“The Wall Street Journal” nəşri Ermənistanın Dağlıq Qarabağı işğal etməsi nəticəsində didərgin düşmüş insanlar və Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi uğrunda apardığı 44 günlük mübarizədən bəhs edən məqalə dərc edib.
Nəşrin əməkdaşı Ann Simmonsun müəllifi olduğu məqalədə, həmçinin, ərazilərin viran qoyulması məsələsinə toxunulub. Qeyd olunub ki, Ermənistan silahlı birləşmələrinin Dağlıq Qarabağ və ətraf ərazilərə təcavüz edərək minlərlə azərbaycanlını ev-eşiklərindən didərgin salmasından təqribən 30 il keçir: “Ötən ilin payızında Azərbaycanın öz ərazilərini bərpa etməsindən sonra köçkün düşmüş insanlar öz dədə-baba yurdlarına qayıdacaqlarını ümidlə gözləyirlər”.
Məqalədə azad olunmuş ərazilərdə dağıntıların miqyasının çox böyük olduğu qeyd edilib.
Qeyd edək ki, erməni işğalından azad olunmuş torpaqların ermənilər tərəfindən viran olunmasını dünyanın məşhur nəşrləri geniş şəkildə işıqlandırıblar. Bununla da bütün dünya ermənilərin necə bir millət olduğunun, onların daşı-divarı belə dağıtmalarının şahidi olur.
“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, artıq dünyanın bir çox mətbu orqanı, televiziya kanalı, informasiya saytı Azərbaycan reallıqlarına dair informasiyaları jurnalistikanın etik dəyərləri çərçivəsində – dəqiq, qərəzsiz, mövqesiz əks etdirir: “Ermənilər işğal etdikləri torpaqlarımızdakı yüzlərlə mədəniyyət müəssisəsini də dağıdıblar. Açıqlanan məlumatlara görə, 4,6 milyon kitab fondu olan 927 kitabxana, mədəniyyət sarayları, klub və teatr müəssisələri, çoxlu sayda tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib. Ermənilərin tarixi, tarixi abidələri, mədəniyyət müəssisələrini necə məhv etmələrini xarici media təmsilçiləri öz gözləri ilə görüblər. Onlar gördüklərindən heyrətə gəldiklərini dəfələrlə dilə gətiriblər. Və öz müşahidələrini çalışdıqları mediada işıqlandırıblar. Beləliklə, bütün dünya ermənilərin necə vəhşi, barbar bir millət olduğunu görür. Hazırda ermənilər yalan məlumat yaymaqla məşğuldurlar. Ancaq artıq bütün dünya onların necə millət olduqlarını çox yaxşı bilir. Dünya mediası 44 günlük müharibə zamanı ermənilərin mülki əhalini hədəfə almasını da işıqlandırmışdı. Xarici media təmsilçiləri Qarabağla bağlı məsələdə qərəzsiz mövqe nümayiş etdirdilər. Onlar haqlının yanında oldular, yəni ölkəmizin”.
Günel CƏLİLOVA