Bazar günü günü, 04 oktyabr 2026
     

Gürcüstanlı soydaşlarımızdan Xocalı soyqırımı ilə bağlı təsirli addım - bütün diaspor bunu edə bilər...

Image


1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilib. 29 il bundan əvvəl baş verən soyqırım aktını azərbaycanlıların genosidi kimi rəsmən tanıyan, qəbul edən dövlətlərlə yanaşı, hələ də tanımayan ölkələr də var.

Xocalı soyqırımını azərbaycanlıların genosidi kimi tanımayan ölkələrdə yaşayan və fəaliyyət göstərən soydaşlarımız və diaspor qurumları Xocalı soyqırımının həmin ölkələrin parlamentləri tərəfindən rəsmən tanınmasına nail olmaq üçün hansı işləri görməlidirlər? Bu istiqamətdə onların üzərinə hansı vəzifələr düşür?

Məsələn, artıq bu proses Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən həyata keçirilməkdədir.

Belə ki, Gürcüstanın azərbaycanlı icmasının üzvləri Xocalı faciəsinin soyqırım kimi tanınması çağırışı ilə bağlı müraciət qəbul ediblər. Sənədi azərbaycanlıların təmsil olunduğu 55 təşkilat və ictimai xadim imzalayıb. Faciə barədə ətraflı məlumat təqdim edən müəlliflər Xocalı qətliamını ötən əsrin ən dəhşətli faciəsi adlandırıblar.

Sənəddə qeyd olunub ki, dünyanın bir neçə ölkəsi tərəfindən Xocalı soyqırımı normativ-hüquqi aktlarda xatırlanıb və tanınıb: “Gürcüstanın aidiyyəti qurumlarının müraciətimizi nəzərə alacaqlarına böyük ümid bəsləyirik. Demokratiya, ədalət və insan haqları üzrə dünyanın irəlidə gedən ölkəsi kimi Xocalı soyqırımının parlamentdə müzakirəyə çıxarılmasına çağırış edirik. Parlamentdə bu müzakirə ədalət naminə sülh qərarı olacaq. Əminik ki, rahat və firavan dünya naminə günahsız insanların, mülki əhalinin ölümünə səssiz qalmayacaqsınız və Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atacaqsınız”.

Artıq sənədin Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir Giorgi Qaxariya, parlament sədri Arçil Talakvadzeyə, Ombudsman Aparatına, Gürcüstanın Xarici İşlər Nazirliyinə və həmçinin, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndiliklərə də göndərildiyi bildirilir.

  • “Bir-iki müraciətlə həmin ölkənin Xocalı soyqırımını tanıması ilə bağlı qərar qəbul etməsinə nail olmaq çətindir”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri, politoloq Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətindəki fəaliyyətlər bir həmrəylik məsələsidir. Bu günə qədər bu istiqamətdə xeyli iş görüldüyünü deyən S.Adıgözəlli hesab edir ki, bu, həmrəyliyin, milli birliyin nümunəsi olub: “Bu istiqamətdə həm dövlət xətti ilə işlər görülüb, həm Heydər Əliyev Fondunun bu məsələdə böyük rolu olub. Leyla Əliyevanın illərdir gerçəkləşdirdiyi “Xocalıya ədalət” kampaniyasının mühüm əhəmiyyətini də qeyd etməliyik. Heç şübhəsiz ki, burada ölkəmizdəki ictimai təşkilatlar da, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının, xaricdə yaşayan soydaşlarımızın da rolu var.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində uzun illərdir proseslər gedir. Hesab edirəm ki, bundan sonra xaricdəki diaspor qurumları və azərbaycanlı icmalarının nümayəndələri, soydaşlarımız fəaliyyətlərini daha da gücləndirməlidirlər. Xocalı soyqırımını azərbaycanlıların genosidi olaraq hələ qəbul etməyən ölkələrin hökumətlərinə, parlamentlərinə soydaşlarımız müraciətlər ünvanlamalıdırlar. Bir sıra ölkələrdə diasporumuzun və soydaşlarımızın bu istiqamətdəki fəaliyyəti daha aydın görünür, onlar öz aktivlikləri ilə diqqət çəkirlər, amma hələ elə ölkələr var ki, biz istədiyimiz effekti ala bilməmişik. Ümumiyyətlə, bir-iki müraciətlə həmin ölkənin Xocalı soyqırımını tanıması ilə bağlı qərar qəbul etməsinə nail olmaq çətindir, bu müraciətlər davamlı olmalıdır, bəzən onun həyata keçməsi üçün bir neçə il lazım gəlir. Xocalı soyqırımının xarici ölkələrin hökuməti, parlamenti tərəfindən tanınması üçün disapor qurumları daha effektiv üsullar işləyib hazırlamalıdır.  Xaricdəki azərbaycanlılar, diaspor təşkilatları Xocalı soyqırımının tanıdılması istiqamətində yalnız fevral ayı yaxınlaşanda iş görməli deyil, bu, il boyu davam edən bir proses olmalı, bu istiqamətdə işlər aparılmalıdır”.

S.Adıgözəlli hesab edir ki, diaspor qurumlarımız bu mövzuda sərgilər, konfranslar, simpoziumlar təşkil etməlidir. Pandemiya dövründə də bu işlərin internet resursları üzərindən görülməsinin mümkün olduğunu deyən müsahibimiz hesab edir ki, soydaşlarımız yaşadıqları ölkələrin ana dillərində elektron portallar yaratmalı və təbliğatı onun üzərindən aparmalıdırlar: “Ümumiyyətlə, Xocalı soyqırımının tanıdılması üçün müxtəlif tanıtım videoçarxlarının, lövhələrin hazırlanması və həmin ölkələrin mərkəzi yerlərində onların quraşdırılması çox vacibdir. Biz illər boyu bu işlərin içində olmuşuq, müxtəlif ölkələrdə Xocalı soyqırımının tanıdılması ilə bağlı bu və digər istiqamətdə işlər görmüşük, Ermənistan səfirliyi qarşısında aksiyadan tutmuş, sərgiyə, konfransa, simpoziuma, Xocalı çadırının qurulmasına qədər bir sıra tədbirlər keçirilib. Xocalının tanıtımı ilə bağlı müxtəlif xarici ölkələrin mərkəzi yerlərində Xocalı ilə bağlı videoçarxların böyük ekranda təqdimatını tələbələrlə birgə həyata keçirmişik. Bu işi Vyanada gördük. Hesab edirəm ki, xaricdəki diaspor qurumları Xocalı ilə bağlı tədbirləri xüsusi şəkildə hazırlamalı, həmin ölkələrin cəmiyyətində Xocalı genosidi barədə məlumatları oturtmalıdırlar. Xocalı soyqırımının tanıdılması üçün çox da dərin faktlara ehtiyac yoxdur, çünki bu, yaxın tarixdə dünyanın gözü qarşısında baş verib. Bu faciə ilə bağlı yerli və beynəlxalq jurnalistlərin çəkdikləri kadrlar, yazdıqları yazılar, faktlar göz qabağındadır.

Biz 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra Ermənistanın faşist mahiyyətinin açılması üçün Xocalı soyqırımının tanıdılması işində daha böyük aktivlik göstərməliyik və daha güclü şəkildə işləməliyik. Bu işdə, əlbəttə, diaspor təşkilatlarımızın, qurumlarımızın üzərinə ciddi vəzifələr düşür”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ