Bazar günü günü, 04 oktyabr 2026
     

Ermənistanda revanşistlər Qarabağdan sonra Zəngəzur kartını işə salmağa can atır...

Image


Azərbaycanın Vətən müharibəsində inamlı qələbəsi bu gün Cənubi Qafqazda tamamilə yeni bir mənzərənin yaranması ilə müşayiət edilməkdədir. İndi ölkəmiz üçün əsas məsələ müharibədən sonra əldə olunan sülhün davamlı xarakter almasına nail olmaqdır. Azərbaycan bu məqsədinə regionda iqtisadiyyat və kommunikasiya əlaqələrinin bərpası ilə nail olmağa çalışır. Ermənistanda bəzi qüvvələr buna müqavimət göstərməyə çalışsa da, onların səyləri, demək olar ki, nəticəsizdir.

Bakı istədiklərinə nail olur

Hazırda Azərbaycan üçün əsas prioritetlərdən biri də kommunikasiya əlaqələrinin bərpası üçün tərəflərin üzərinə götürdüyü öhdəliklərə əməl etməsidir. Bu fonda Azərbaycan Zəngilandan Naxçıvana Ermənistanın Mehri rayonundan keçən dəhlizin inşasının tezləşməsini istəyir. Özü də bu zaman dəhlizin Mehridə təhlükəsizliyi üçün Azərbaycan yaxın ərazilərdə nəzarət prosesini həyata keçirəcək. Ermənistanda isə bu fonda iddialar səslənir ki, proses zamanı Sünik (Zəngəzur) bölgəsinin bəzi əraziləri Azərbaycana təhvil veriləcək. Ermənistanın "Qraparak" qəzeti də bununla bağlı belə bir məlumat yayıb ki, Sünik bölgəsindəki Gorus-David-Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycana veriləcək.

Məlumata görə, bu, gizli sənəddə yer alıb və ikitərəfli razılığa əsasən, yolun bu hissəsi 3 il ərzində Ermənistan və Azərbaycan tərəfindən istismar edilməlidir. Təhlükəsizlik isə Rusiya sülhməramlıları tərəfindən təmin olunacaq. 3 il ərzində Ermənistan tərəfi öz ərazisindən keçid yolu çəkməlidir, bundan sonra bu 21 kilometr tamamilə Azərbaycana veriləcək. Bu razılaşmanın Ermənistanın baş naziri və müdafiə nazirinin birbaşa iştirakı ilə əldə edildiyi bildirilib. Xüsusilə, müdafiə naziri Vaqarşak Arutyunyanın məsələdəki itaətkarlığı Rusiya tərəfini belə təəccübləndirib. Bir daha qeyd edək ki, Sünik Azərbaycanın tarixi torpaqları olan qədim Zəngəzur ərazisində yerləşir. Rusiyanın “Kommersant” qəzeti də bu xüsusda yazır ki, kommunikasiya əlaqələrinin bərpası və Zəngəzur istiqamətində baş verənlər davamlı sülhün təminatçısı ola bilər. Sadəcə, Ermənistanda sülhə əngəl yaratmaq istəyən qüvvələrin mənfi fəaliyyətləri neytrallaşdırılmalıdır. Qəzet yazır ki, müharibə artıq keçmişdə qalıb: “Ermənistan tərəfinin “Dağlıq Qarabağın təhlükəsizlik kəməri” adlandırdığı Azərbaycanın 7 bölgəsi Bakının nəzarətinə qayıdıb. Quru ərazi baxımından bu, 7,5 min kvadrat kilomertrdən çoxdur. Bir zamanlar 600 mindən çox insanın qaçmaq məcburiyyətində qaldığı ərazi. Onlar ölkənin digər bölgələrinə köçürülüb. Ölkə rəhbərliyi ərazilərin reinteqrasiyası ilə bağlı genişmiqyaslı işə başlayıb. Vəzifə asan deyil: ərazinin əhəmiyyətli bir hissəsi minalanıb. Yollar qısa zamanda təmizlənsə də, əkin sahələri də daxil olmaqla, bütün torpaqları təmizləmək uzun illər çəkə bilər. Yerli əhalinin 60%-nin müharibədən əvvəl əkinçiliklə məşğul olduğunu nəzərə alsaq, bu çox vacibdir. Əraziləri bərpa edərkən Azərbaycan rəhbərliyi repatriasiya, yəni müharibədən əvvəl orada yaşayan insanların və onların nəsillərinin torpaqlarına qaytarılması fikrinə üstünlük verib. 10 il ərzində azad edilmiş torpaqların bərpası üçün tələb olunan investisiyaların həcmi 60 milyard dollara çata bilər. Bunun yalnız dövlət investisiyaları olması vacib deyil. Həm özəl şəxslər, həm də Türkiyə və Rusiya kimi Azərbaycana dost dövlətlər buraya sərmayə qoya bilərlər. Qarşılaşdıqları iqtisadi vəzifələri müzakirə edən rəsmi qurumlar qiymətləndirmələrində daha təmkinlidirlər. İqtisadiyyat naziri Mikayıl Cabbarov rusiyalı jurnalistlərə açıqlamasında bildirib: “2021-ci il büdcəsində orta rəqəm təxminən 2,2 milyard manat və ya təxminən 1,5 milyard dollar müəyyən edilib”. Onun sözlərinə görə, Azərbaycanın yığılmış ehtiyatları ölkəyə sosial müavinətlərdən və ya digər əhəmiyyətli dövlət xərclərindən məhrum olmadan reinteqrasiya məsələsini effektiv həll etməyə imkan verir. Cənab Cabbarov qeyd edib ki, Azərbaycan hakimiyyəti mədən sənayesi, kənd təsərrüfatı, turizm və yük daşımalarına diqqət ayıraraq, azad edilmiş ərazilərə özəl investisiya cəlbini fəal şəkildə inkişaf etdirmək niyyətindədir. Onun çıxışında normal iqtisadi fəaliyyətin qurulmasının, Ermənistan da daxil olmaqla, bölgənin bütün dövlətlərinə fayda gətirəcəyi fikri ifadə edilib”.

Ermənistan ona verilən imkanı düzgün dəyərləndirməlidir

Hazırda böyük səfalətə düçar olan Ermənistan bundan xilas ola bilmək üçün Azərbaycanın normal münasibətlər haqda təkliflərini qəbul etmək zorundadır. Nikol Paşinyan hakimiyyəti bu xüsusda hələlik ciddi problem yaratmasa da, müxalif qüvvələr, xüsusən də “Qarabağ klanı” əks mövqedən çıxış edir.  Sabiq prezident Serj Sarkisyanın “ArmNews” telekanalına müsahibəsində səsləndiridiyi fiikirlər də bunun təsdiqidir. Serj Sarkisyan öncə baş verənlərə görə Paşinyan hakimiyyətini ittiham edir: “Bu ağılsız hakimiyyət (Paşinyan və komandası) qazandıqlarımızdan imtina edib danışıqlar prosesinin tarixini İlham Əliyevdən öyrənməyə başladıqda mənə aydın oldu ki, artıq müharibəyə və nəticədə məğlubiyyətə gedirik. Azərbaycan kifayət qədər vaxt qazanmağa çalışırdı və buna nail oldu. Amma bu hakimiyyət nə etdi? Bu dəfə də qazanmaq əvəzinə başqa yol tutdu. Onlar həmsədrlər və Azərbaycan üçün anlaşılmaz bir şərt qoydular – “Artsax” danışıqlar prosesində tərəf kimi iştirak etməlidir. Guman edirəm ki, indiki hakimiyyət bu şəkildə vaxt udacağını düşünürdü. Siz müzakirə tərəfi olan üç həmsədr ölkənin qarşısına şərt qoymağın nə demək olduğunu təsəvvür edirsinizmi? Bu yalnız bir fiasko deyil, bu ölkələrə qarşı hörmətsiz bir münasibət demək idi”. Bunlar fonunda hazırda Ermənistanda revanşist qüvvələr iqtidara gələrək sülh prosesinə zərbə vurmağa can atır. Amma Azərbaycan ən yüksək səviyyədə artıq revanşist qüvvələrə növbəti dəfə xəbərdarlıq edib. Belə ki, Prezident İlham Əliyev Laçın rayonunun Güləbird kəndində olarkən bu xüsusda bildirib: “Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb”. 

Bu şəraitdə Ermənistanın Azərbaycana qarşı yenidən hansısa aqressiv addımlar ata bilməsi mümkünsüz sayılır. Elə “Kommersant” qəzeti də məsələyə bu prizmadan yanaşır: “Qarabağ müharibəsində qalib gəlmiş və özünü bölgədəki nüfuzlu güclərdən biri kimi göstərmiş olan Bakı, nəhayət, həm Rusiya, həm Türkiyə, həm də bölgənin digər güclərinin əsas bərabər məsafəli və ən vacib tərəfdaşı statusu qazanmağa çalışır. Bu ardıcıl bir taktikadır: Bakıda Rusiyanın və NATO-nun ən yüksək hərbi rəsmilərinin görüşlərinin məhz Azərbaycanın paytaxtında keçirildiyini xatırlatmaqdan xoşlanırlar. İndiyə qədər bu taktika torpaqların qaytarılması şəklində həm diplomatik, həm də real bəhrəsini verir. Buna və sülhə qarşı istənilən aqressiyanı Bakı sərt şəkildə aradan qaldıracaq”.

Süni Zəngəzur gündəmi...

Ermənistanda revanşist qüvvələr Qarabağ məsələsinin həllindən sonra Zəngəzur məsələsini qabartmaqla sülh prosesinə zərbə vurmaq üçün fəaliyyətini davam etdirir. Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan iddia edir ki, Ermənistan səlahiyyətlilərinin səriştəsiz siyasəti regionun mövcud geosiyasi sisteminin dağılmasına, Azərbaycan və onun müttəfiqlərinə bütün istiqamətlərdə güzəştlər edərək, bütün təsdiq olunmuş nizamlarının dəyişməsinə gətirib çıxarıb. Lakin burada xatırladaq ki, Ermənistan işğal dövründə dövlət sərhədini Qubadlı və Zəngilan istiqamətdə irəli çəkərək, Gorus-Qafan-Mehri bölgəsini sərhəd bölgə statusundan çıxarmışdı. 44 günlük müharibə nəticəsində 30 illik işğala son qoyan Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədini də bərpa etdi. Hazırda işğal dövründə pozulan dövlət sərhəd xəttinin bərpası işləri davam edir. Ermənistanı narahat edən məsələ Zəngəzurdan İrana çıxış üçün strateji əhəmiyyətli yolun da Azərbaycanın nəzarətinə keçməsidir. İranşünas Vardan Voskanyan deyir ki, Azərbaycan Ermənistanla İran arasında bütün quru yollara nəzarət etmək imkanı əldə edib: “Gorusdan Qafana iki yol uzanır. Bunlardan biri M2 dövlətlərarası magistral yoludur: İrəvan-Yeraks-Gorus-Mehri-İran sərhədi. Azərbaycan magistral yolun Voratan (Şahverdilər), Şurnuxu kəndləri və Qafan yaxınlığından keçən hissəsinə nəzarət əldə edir. Digər dövlət əhəmiyətli yol H46 yolu (Tatev-Aqani-Qafan) cənubda yenidən M2 magistralına bağlanır və Qafan bölgəsində təhlükə altına düşür”. Onun sözlərinə görə, yeganə təhlükəsiz yol Qafan-Tatev yoludur: “Lakin bu yol qışda keçilməz olur. Başqa sözlə, yollarla bağlı yaranan problem təkcə Ermənistanın daxili kommunikasiya yollarının yox, həm də cənuba çıxışın təhlükə altına düşməsi deməkdir”.

“Azatutyun” radiosu isə bildirir ki, Gorus-Qafan yolunun 21 kilometrlik sektorundan başqa, Qafan-Aqarak (Əkərək) yolu, Qafandan Çakaten, Şikahoğ (Şıxovuz), Tsav kəndlərinə gedən yolun 4 kilometri də Azərbaycanın nəzarətinə keçib. Ermənistan Azərbaycanın nəzarətinə keçən yollara alternativ yollar tikməyi planlaşdırır. Lakin Ermənistanın revanşist qüvvələri bildirir ki, hakimiyyət alternativ yollar əvəzinə Zəngəzurun Azərbaycanın nəzarətinə keçməsinin qarşısını almalıdır. Əks halda onlar özləri hərəkətə keçəcəklərini bildirir. Bu isə sülh prosesinə maneədir. Bu halda Azərbaycan, eləcə də sülhün təminatçısı olan Moskva və Ankara süni Zəhgəzur gündəminin aradan qalxmasında iştirak etməlidir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ