Bazar günü günü, 04 oktyabr 2026
     

Polşada “media qiyamı”nı kim alovlandırır?

Image


Polşada nüfuzlu media qurumları ilə hökumət arasında gərginlik yaranıb, münasibətlər kəskinləşib. Fevralın 10-14-ü aralığında ölkənin nüfuzlu KİV-ləri silsilə etiraz aksiyaları keçiriblər.

 

Kampaniyaya təqribən 45 nüfuzlu KİV qurumu qatılıb. Etiraz nümayişi üçün hələlik sadə forma seçilib: qəzetlər bəzi səhifələrini boş, materialsız çap ediblər; sadəcə bir cümlə-“Burada sizin üçün çox maraqlı, oxunaqlı material olmalıydı” yazıblar. TV-lər də müəyyən efir saatlarını boş saxlayıblar, qara ekran nümayiş etdiriblər, “İndi sizin ən çox sevdiyiniz proqram olmalı idi” –deyə tamaşaçıya müraciət ediblər. Radiolar isə dinləyicilərə müraciətlə “bu gün normal bir proqram eşitməyəcəksiniz” kimi mesajlar yayımlayıblar. Aksiyanın koordinatorları biliriblər ki, hökumət geri addım atmazsa, növbəti mərhələdə daha sərt taktikalardan istifadə ediləcək.

Etirazlara səbəb Polşada yeni reklam qanunu layihəsinin hazırlanması və parlamentin müzakirəsinə çıxarılmasıdır. Layihənin 1 iyul tarixinə qədər qəbul ediləcəyi gözlənilir. Layihə qəbul edilərsə, ölkədə reklam/maliyyə gəlirləri yüksək olan KİV qurumları, naşirlər, yayımçılar, kinoteatr sahibləri, reklam xidməti göstərən şirkətlər, mediaya reklam verən şirkətlər, o cümlədən, rəqəmsal texnologiya nəhəngləri, ilk növbədə Google, Facebook, Apple və Amazon özlərinin reklam gəlirlərindən vergi verməli olacaqlar. Yeni qanun medianı reklam gəlirlərinə cəlb etməyi hədəflədiyi üçün onu ironiya ilə “Media vergisi” də adlandırırlar.

Baş nazir Mateusz Morawiecki dünən özünün sosial şəbəkə hesablarında status paylaşaraq, KİV-ləri etiraz aksiyası keçirməyə təşviq edənləri kəskin ifadələrlə qınayıb. Bildirib ki, yeni qanun yerli, milli KİV-lərə heç bir neqativ təsir göstərməyəcək. Dəyişikliklərin hədəfi Polşada media fəaliyyəti və reklam sahəsindən böyük vəsaitlər əldə edən, amma bu gəlirlərdən milli büdcəyə fayda verməyən şirkətlərdirlər. Layihədə prosedurlar elə qurulub ki, rəqabətə az davamlı olan milli KİV –lərə şamil olunmayacaq. Belə ki, yeni reklam vergisi medianın növündən və reklam gəlirlərindən asılı olacaq. Vergilər gəlirləri minimum 15 - 30 milyon PLN ( 15 milyon PLN=3. 3 milyon Eur ) arasında olan KİV-lərə tətbiq ediləcək. Bu həddə gəliri olan şirkətlər 2% vergi ödəyəcəklər. Reklam dövriyyəsi və gəlirilərin həcmi artıqca, vergi yükü də yüksələcək. Məsələn, gəlirləri 50 milyon PLN-ə qədər olan təşkilatların reklam dövriyyəsindən vergi yükü 7,5% olacaq. Maksimum hədd isə 15% həcminə qədər arta bilər. Polşada milli KİV-lərin dövriyyəsi bu standartlara cavab vermədiyindən , yeni qanunun tətbiq sahəsinə daxil olmurlar.

Hökümət sözçüsü Piotr Müller Polşa Mətbuat Agentliyinə (PAP) verdiyi açıqlamada yeni qanun layihəsinin reklam bazarındakı ən böyük oyunçulara təsir edəcəyini söyləyib. Əlavə edib ki, bunlar, ilk növbədə xarici şirkətlər olacaqlar: “Uzun müddətdir ki, Avropa Birliyində rəqəmsal texnologiya nəhənglərinin ədalətli vergiyə cəlb edilməsinə dair müzakirələr gedir. Təəssüf ki, bu müzakirələr lüzumsuz halda uzadılır. Biz ilk nümunəni tətbiq edirik. Təklif etdiyimiz "həmrəylik" vergisi Google, Facebook, Apple və Amazon kimi nəhəng şirkətləri ədalətli vergi ödəməyə məcbur edəcək. Onlar isə bizə müqavimət göstərirlər, milli KİV-ləri çaşqın salaraq hökumətə qarşı qaldırırlar”.

Avropalı ekspertlər qeyd edirlər ki, Polşanın hökümət sözçüləri niyyətlərini yarımçıq açıqlayırlar. Onların hədəfi təkcə rəqəmsal texnologiya nəhəngləri deyil, həm də Polşada media sahəsində inhisarçı mövqeyə malik olan Almaniya sərmayəçiləridirlər. Çünki, Polşada media sahəsində ən böyük şirkətlər Almaniya sərmayəçilərinə məxsusdurlar. Təsadüfi deyil ki, son həftə ərzində hökumətə qarşı KİV-lərin etiraz aksiyalarını stimullaşdıranlar sırasında “Ringier Axel Springer Polska” nın adı daha çox halandırılır. İsveçrə-Almaniya ortaq müəssisəsi olan “Ringier Axel Springer Polska” Polşada mətbuat yayımı və internet media sahəsində inhisarçı gücə malik ən böyük şirkətlərdəndir. Bu məqamı qabardan ekspertlər vurğulayırlar ki, Polşada hökumətin informasiya məkanını milliləşdirmək təşəbbüsləri xarici güclərin inhisarçılığını sarsıdacağı üçün, onlar medianı təşkilatlandırır, hökumətə qarşı yönləndirirlər.

Yekun olaraq bu rəyə gəlinir ki, Polşa hökuməti yeni qanun layihəsi ilə iki mühüm hədəfə çatmaq niyyətindədir. Birinci hədəf ölkədə 100 milyonlarla dollar həcmində gəlir götürən rəqəmsal texnologiya nəhənglərini ədalətli vergiyə cəlb etmək, onların ölkə büdcəsinə fayda verməsini təşkil etməkdir. İkinci hədəf isə ölkənin informasiya məkanını milliləşdirmək, xarici inhisarçıların təsirindən çıxarmaqdır. Bu məqamda hər iki hədəf obyektləri öz güclərini birləşdirərək, Polşa hökumətinə təzyiq göstərmək, onu öz niyyətindən çəkindirmək istəyirlər. Bu sırada texnologiya nəhəngləri daha aktiv görünürlər. Ekspertlər qeyd edirlər ki, Polşada son həftə ərzində yaşanan hadisələr rəqəmsal texnologiya nəhənglərinin yanvar ayında Donald Trampa qarşı sərgilədikləri güc nümayişinin davamı, yeni versiyasıdır.

Yeri gəlmişkən qeyd edək ki, rəqəmsal texnologiya nəhənglərinin ədalətli vergiyə cəlb edilmələri təşəbbüsləri artıq bir ildən yuxarıdır ki, Avropada trend müzakirə mövzuları sırasındadır. Xüsusi olaraq COVİD-19 pandemiyası dövründə bu təşəbüslər daha da intensivləşib. Pandemiya şərtlərinə uyğun olaraq tətbiq edilən sosial təcrid proqramları ənənəvi medianın imkanlarını azaldıb, rəqəmsal medianın imkanlarını isə artırıb. Ənənəvi media özünün istehsal etdiyi məzmunu internet üzərindən yaymaq məcburiyyətində qalıb. Sosial şəbəkələr daha da məşhurlaşıb, auditoriyanı özünə cəlb edib. Uyğun olaraq, reklamlar, elanlar da sosial şəbəkələr üzərinə yönləndirilib. Beləliklə, işləyən peşəkar jurnalistika, qazanan isə rəqəmsal texnologiya adminləri olublar. "Keyfiyyətli Jurnalistika uğrunda Qlobal Platforma" dünya dövlətlərinə müraciət edərək, GAFAM-ın (Google, Apple, Facebook, Amazon, Microsoft) ayrı-ayrı ölkələr ərazisində əldə etdikləri gəlirlərə ümumi və xüsusi vergi tətbiq etməyə çağırıb. Qeyd edirlər ki, bu şirkətlər dünyada ümumilikdə 900 milyard dollar dəyərində gəlir əldə etsələr də, ölkələrin əksəriyyətində vergi ödəmirlər: Bu gəlirlərə 6% səviyyəsində vergi tətbiq etməklə və əldə edilən gəliri peşəkar jurnalistikanın inkişafına yönəltməklə, jurnalistikaya 54 milyard dollar qazandmaq mümkündür. Çünki onlar əldə etdikləri gəlirlərin böyük bir qismini “medianın əlindən ədalətsizcəsinə alıblar”.

Texnologiya nəhəngləri isə bu təşəbbüslərin inkişaf etməsini əngəlləmək üçün bütün vasitələrdən istifadə edirlər, hətta, Polşada olduğu kimi, hökumətlərə qarşı güc nümayiş etdirməkdən də çəkinmirlər. Deyə bilərik ki, dünyada yeni güc mərkəzi, yeni situasiya formalaşır.

Müşfiq ƏLƏSGƏRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ