Bazar günü günü, 04 oktyabr 2026
     

"Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransındakı bəyanatları Vətən müharibəsində Zəfərimizlə təsdiqləndi" - Vüqar Rəhimzadə

Image


“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz perspektivlərlə yanaşı, Azərbaycanın bu Zəfərini şərtləndirən amillərə, ən əsası diplomatik müstəvidə qazandığı uğurlara nəzər salmağı da bir zərurətə çevirir.

Vətən müharibəsində tarixi Zəfərimiz 30 ilə yaxın müddətdə münaqişənin hərbi, savaşın davam etdiyi dövrdə isə diplomatik müstəvidə həllinin mümkünsüzlüyünü bildirən Ermənistan hakimiyyətinə əsl həqiqəti çatdırdı. Bir daha işğalçıya və ona havadarlıq edənlərə sübut edildi ki, saxta tarix yazıb yalanları həqiqət kimi qəbul etdirməyə çalışmaq, ən əsası beynəlxalq hüququn prinsiplərini arxa plana keçirib zamanın hakimliyini, tarixin yaddaşını inkar etmək heç bir dövlətə uğur gətirə bilməz. Necə ki, 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi. Ermənistan silahlı qüvvələri rəşadətli ordumuz qarşısında diz çökdü, Nikol Paşinyan ölkəsinin kapitulyasiya aktına imza atdı, Azərbaycanın siyasi Qələbəsini təsdiqlədi.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə diqqəti ötən il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə səsləndirilən fikirlərə və paralel olaraq ötən dövrdə münaqişənin həlli istiqamətində atılan addımlara yönəldərək bildirib ki, dövlətimizin başçısı daim ən yüksək tribunalardan Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırıb: “Möhtərəm Prezidentimizin 2019-cu ildə Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı işğalçı dövlətə sarsıdıcı diplomatik zərbə oldu. Diqqəti BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə yönəldən Prezident İlham Əliyev Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Həqiqətlərimizin təbliği, münaqişənin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əsas tribunalardan biri də ənənəvi keçirilən Münxen Təhlükəsizlik Konfransıdır ki, Azərbaycan bu tribunadan da maksimum istifadə edərək erməni yalanların ifşa etmiş, hər zaman haqqa, ədalətə çağırış etmişdir.”

“Möhtərəm Prezidentimiz İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə ötən il Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə də dövlətimizin başçısı bir daha qarşı tərəfə sözün əsl mənasında tarix və hüquq dərsi keçdi” söyləyən baş redaktor bildirib ki, dövlətimizin başçısı “Biz həqiqətləri söyləməliyik” fikrinin ardınca tarixə nəzər salıb Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını faktlar əsasında bir daha beynəlxalq auditoriyaya çatdırdığı halda Ermənistanın baş naziri tarixlə bağlı mücərrəd fikirləri ilə özünü gülünc vəziyyətinə salmış, yeganə amalı, məqsədi iştirakçıların diqqətini yayındırmaq və çaşqınlıq yaratmaq olmuşdur: “Amma Nikol Paşinyan unutdu ki, bu təlxəkliyinin ömrü uzun ola bilməz. İşğalçı ölkənin baş naziri beynəlxalq hüququ, tarixi nə qədər inkar etməyə çalışsa da, bunun uzunmüddətli olması mümkün deyil. Beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüquq amillərinin əsas yer tutduğunu önə çəkən Azərbaycan gücləndi, bütün sahələrdə qazandığı təcrübəni birləşdirdi, Ermənistana layiq olduğu yeri göstərdi. 30 ilə yaxın müddətdə münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü bildirən işğalçı Ermənistan danışıqlar prosesini uzatmaqla əlavə vaxt qazanmağın açı nəticəsini 44 günlük İkinci Qarabağ müharibəsində gördü. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində aparılan müzakirələrdə təlxəkliyi ilə yadda qalan Ermənistanın baş naziri Nikol Paşinyan dünya ictimaiyyətinin 25-30 ildə Azərbaycan və Ermənistan liderlərindən eyni sözləri təkrar eşitməsindən nə zamansa yorulacağını bildirəndə özünü necə gülüş obyektinə çevirdiyindən xəbərsiz idi. Bir daha işğalçıya xatırladıldı ki, beynəlxalq hüquq hər bir məsələnin həllində əsasdır. Başına çəkilən sığallardan ərköyünləşən, həqiqətləri eşitməkdən utanmaq əvəzinə, beynəlxalq ictimaiyyətin adından özünü yorğun hiss edən Paşinyan Azərbaycanın apardığı Vətən müharibəsinin təcavüzkara verdiyi tarixi dərsi ömür boyu unutmamaqla yanaşı, əsl yorğunluğunu biabırçı məğlubiyyətləri ilə yaşadı.”

Baş redaktor bildirib ki, artıq nəinki Münxen Təhlükəsizlik Konfransındakı müzakirələr, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. 44 günlük İkinci Qarabağ müharibəsi həm qeyd olunan konfransda Azərbaycan liderinin səsləndirdiyi tarixi həqiqətlərin, Azərbaycanın haqlı mövqeyinin, həm də bütövlükdə bu illər ərzində diplomatik müstəvidə qazanılan uğurlarımızın təqdimatı oldu: “Məhz bu illər ərzində münaqişənin həlli ilə bağlı yaradılan möhkəm hüquqi baza döyüş meydanında Qələbəmizi şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb variantına üstünlük veriləcəyi şəksizdir. Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması haqqın, ədalətin Zəfərinin əyani təsdiqidir.”




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ