44 günlük müharibədə Azərbaycanın hərbi gücü qarşısında darmadağın olan Ermənistan cəbhəsindən etiraflar gəlməkdə davam edir.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ermənistanda nəşr olunan "Johovurd" qəzeti Azərbaycan Ordusunun Dağlıq Qarabağda göydən alov yağdırdığını görüb qaçan, fərarilik edən erməni əsgərlərinin sayının 10 mindən çox olduğunu yazıb.
"44 günlük müharibədə cəbhədən qaçan erməni əsgərlərinin sayı 10 mindən çoxdur” - qəzet yazır.