Bazar günü günü, 04 oktyabr 2026
     

İranı başa düşdük, Nizamini ciddi cəhdlə “farslaşdıran” ermənilərin hədəfləri nədir...

Image


Sovet dövründən başlayaraq indiyə qədər bir sıra erməni tədqiqatçıları Nizami Gəncəvini “fars şairi” kimi təqdim edirlər.

Məlumatlara görə, Ermənistanda Şərqi öyrənən mərkəzlər var ki, onlar Nizami irsini saxtalaşdırmaqla, Nizamini “fars şairi” kimi təbliğ etməklə məşğuldurlar. Onu da qeyd edək ki, bəzi məlumatlara görə, ermənilər və İran tərəfi birləşərək ortaya çox çürük və əsassız bir iddia atıblar, guya Stalin “fars şairi” Nizamini Azərbaycana verib. Hətta İranda bu iddianı “əsaslandıran” xüsusi nəşrlər də var.

İranın addımlarının səbəbi məlumdur, bu ölkə fars dilində yazan şairləri farslaşdırmaq, öz adlarına çıxmaq məqsədi güdür. Bəs ermənilərin marağı nədir ki, dahi Azərbaycan şairini “farslaşdırmaq” üçün əldən-ayaqdan gedirlər?

Ekspertlər bildirirlər ki, ermənilər Nizami Gəncəvini “farslaşdırma”dan əvvəl hətta “erməniləşdirib”lər də. Mətbuatda gedən bəzi məlumatlara görə, ermənilər ötən əsrin 40-cı illərində hətta Nizaminin məzarının təmiri zamanı onun sinə daşının üzərinə erməni əlifbası ilə “İlyas Qandzakesi” yazıblar. Ekspertlər deyirlər ki, hazırda xüsusi avadanlıqlar vasitəsilə ermənilər tərəfindən yazılan o sözlərin saxta olduğunu tam müəyyən etmək olur. Ekspertlərin sözlərinə görə, həmin dövrdə ermənilərin əsas niyyəti Nizamini “erməniləşdirmək” olub, bundan əlləri üzüldükdən sonra isə farsların tərəfini tutaraq dahi Azərbaycan şairini “farslaşdırıblar”.

Ermənistanın bu məsələdə İrandan çox canfəşanlıq etdiyini öz rəsmi “Facebook” səhifəsində yazan görkəmli alim, professor Vilayət Quliyev çox maraqlı məqamlara diqqət çəkir: “Nizami Gəncəvini Azərbaycan ədəbiyyatı tarixindən qoparmaq, İran mədəniyyətinin yetirməsi və fars şairi kimi qələmə vermək baxımından İrəvan Tehrandan daha çox canfəşanlıq edir. 2012-ci ildə İrəvandakı Qafqaz İran Araşdırmaları Mərkəzi Viktoriya Arakelovanın naşirliyi ilə müasir İran alimləri Siyavuş Lornecad və Əli Dostzadənin guya Nizaminin "Stalinin əmri ilə Azərbaycana verilməsindən" bəhs edən "On the modern politicization of the Persian poet Nizami Gancavi" ("Fars şairi Nizami Gəncəvinin indiki siyasiləşdirilməsinə dair") kitabı çap edilib. Nəşrə rəy yazan Nyu-Yorkdakı İona Collegenin yardımçı professoru Georg Burnutyan isə daha irəli gedərək Azərbaycanın təkcə "həqiqi fars şairi" Nizamiyə deyil, "İran Azərbaycanına" da sahib çıxmaq istədiyini iddia edir”.

V.Quliyev haqlı olaraq bir əsas məqamı da qeyd edərək yazır ki, Nizaminin Azərbaycan şairi və Gəncədə yaşamış bir türk olduğunu ilk dəfə  ədəbiyyat tarixçimiz Firudin bəy Köçərli 1903-cü ildə Tiflisdə nəşr olunan "Literatura aderbidjanskix tatar" əsərində bəyan edib.

Bildiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Əlbəttə, “Nizami Gəncəvi İli” çərçivəsində beynəlxalq tədbirlər, elmi simpoziumlar və sair keçirməklə bu ziddiyyətlərə son qoymaq lazımdır.

  • “Azərbaycan ədəbiyyatşünaslarının da üzərinə düşən əsas vəzifələr Nizami ilə bağlı həqiqətləri təkcə Azərbaycan miqyasında deyil, daha geniş coğrafiyada, elmi dairələrdə tanıtmaq, təqdim və təlqin etməkdir”

Filologiya üzrə fəlsəfə doktoru, tanınmış tədqiqatçı Səadət Şıxıyeva baki-xeber.com-a bildirdi ki, ermənilərin Nizami Gəncəvi ilə bağlı iddiaları tamamilə əsassızdır.  Ermənilərin marağının məlum olduğunu deyən S.Şıxıyeva hesab edir ki, uzun illərdir məkrli düşmən Nizami Gəncəvi kimi bir dahinin, xalqımızın böyük oğlunun  bizim ədəbiyyatımızdan, mədəniyyətimizdən qoparılması üçün uğursuz cəhdlər edir. “Ermənilərin Nizamini “fars şairi” kimi qələmə verməkdə məqsədləri İrana xidmət etmək və bu ölkəyə yarınmaqdır. Ermənilər təkcə ədəbiyyatımıza deyil, tariximizə də şərik çıxırlar.

Siz, əslində, çox problemli, illərdən bəri öz həllini gözləyən bir məsələyə toxunmusunuz. Doğrudan da gündəmə çox gərəkli və çox düşündürücü bir məsələ gətirilib. Nizaminin “fars” sayılması, əslində, yeni bir məsələ deyil. İran ədəbiyyatşünaslığında, eyni zamanda, təəssüflər olsun, qardaş Türkiyənin bəzi ədəbiyyatşünaslarının əsərlərində də çox zaman Nizaminin “İran”, yaxud “fars şairi” kimi qələmə verilməsi faktı ilə qarşılaşırıq. Bu yanlış ənənə, bu yanlış düşüncə ciddi müzakirələrə möhtacdır. Bunun kökündə təkcə dil amili dayanmır. Yəni məlumdur ki, orta əsrlərdə təkcə Azərbaycanda deyil, Hindistanda belə farsca yazanlar çox idi, amma heç kəs onları fars şairi adlandırmır. Məsələ burasındadır ki, Azərbaycanda farsca yazan şairlər içərisində ən çox Nizaminin üzərində durulur. Bu da onunla bağlıdır ki, Nizami məhəlli xarakterli bir şair deyil, dünyaşöhrətli şairdir, özündən sonra ədəbiyyata yön verən, ədəbiyyatın yönünü dəyişən, çoxlu sayda şairi öz düşüncəsinə uyğunlaşdırmağı bacaran qüdrətli bir söz ustadıdır. Əlbəttə, hər kəs onun iddiaçısı ola bilər, iddiaçısıdır da. Amma bizim Azərbaycan ədəbiyyatşünaslarının da üzərinə düşən əsas vəzifələr Nizami ilə bağlı həqiqətləri təkcə Azərbaycan miqyasında deyil, daha geniş coğrafiyada, elmi dairələrdə tanıtmaq, təqdim və təlqin etməkdir. Yəni Nizami Azərbaycan şairidir deyib özümüz öz sözümüzə heyran olacağıqsa, bundan Nizamişünaslıq heç nə qazanmayacaq”.

S.Şıxıyeva hesab edir ki, Nizaminin Azərbaycan şairi olduğu o dövrün elmi, ədəbi dilinə istinadən, eləcə də onun öz əsərlərinə söykənilməklə əsaslandırılmalıdır, yoxsa, sadəcə, Nizami haqqında Azərbaycan şairi deməklə bu problem həll olunmaz. “Çünki Nizaminin öz əsərlərində onu Azərbaycan şairi kimi qəbul etməyə, düşünməyə əsas verən yetərincə əsas, sübut, dəlil var, o ədəbi faktlar üzə çıxarılmalı, təhlil olunmalıdır.

Nizaminin “fars şairi” adlandırılması təkcə onun fars dilində yazması ilə əlaqədar deyil, bu, eyni zamanda, Azərbaycanın siyasi, tarixi keçmişi ilə də bağlıdır. Çünki İran elmi ədəbiyyatında çox zaman o dövrkü Azərbaycan həm də “İranın bir parçası” hesab olunur, bu gün XII əsr Azərbaycanı “İran Azərbaycanı” kimi qələmə verilir, o dövrdə Azərbaycanın özünün siyasi dövlətinin olması “qəbul edilmir”. Bilirsiniz, bunun kökü dərindədir”.

S.Şıxıyeva hesab edir ki, Nizami ilə bağlı geniş müzakirələr olmalı, İran, Türkiyə və digər ölkələrin ciddi mütəxəssisləri, alimləri də bu müzakirələrə cəlb olunmalı, qarşılıqlı diskussiya şəraitində bu məsələyə aydınlıq gətirilməlidir. “Bizim imkanımız var ki, “Nizami Gəncəvi İli”ndə dünyanın ciddi alimlərini, Nizami irsini sevən, öyrənən mütəxəssisləri bu müzakirəyə cəlb edək, Nizaminin əsərlərinə söykənməklə bu məsələyə aydınlıq gətirək. Çünki bu, təkcə Nizami məsələsi deyil. Fars dilində yazıb yaratmış Xəqani, Məhsəti Gəncəvi, Fələki Şirvani, Mücirəddin Beylaqani kimi şairlərimizin dili ilə bağlı məsələlərə bəs necə aydınlıq gətirək? Çünki eyni problemlərlə həmin bu şairlərin yaradıcılığını araşdırarkən də rastlaşırıq. Yəni ona görə ki, bu məsələlərin kökü dərindədir, biz də bu kimi məsələlərdə ancaq tarixi dəlillərə söykənməklə, o dövrün Azərbaycan anlayışına aydınlıq gətirməklə nail ola bilərik” - deyə S.Şıxıyeva qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ