Bazar günü günü, 04 oktyabr 2026
     

Azad edilmiş rayonlarda dini irsə münasibət Azərbaycanın tolerant mahiyyətinin yeni nümayişi olacaq - Birinci vitse-prezidentin ideyası...

Image


Məlumdur ki, Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb. Ayrı-ayrı dövrlərdə Bütpərəstlik, Zərdüştilik, İudaizm, Xristianlıq, İslam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilməklə bir-birinə qarşılıqlı təsir göstərib.

Azərbaycanda ötən onilliklər ərzində, dini mənsubiyyətindən asılı olmayaraq, yüzlərlə tarixi-dini abidə bərpa edilib, tikilib və ya yenidən qurulub. Əlbəttə ki, ölkə üçün bu prosesi səciyyəvi edən və onu dünya ölkələrinə nümunəvi edəcək bir sıra məqamlar var. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan ilk səmavi dinlər sayılan Yəhudilik və Xristianlığın erkən dövrlərdən etibarən yayıldığı məkandır. Odur ki, tarix boyu müxtəlif millətlərin, dinlərin vətəni olan Azərbaycanın hər bir guşəsində kilsə və sinaqoqlara, məscidlərə, habelə atəşpərəst məbədlərinə rast gəlmək olar.

  • Bərpa prosesi digər səmavi dinlərə məxsus abidələri də ehtiva edir...

Azərbaycanda tarixi-dini abidələrin bərpası təkcə İslam dininə aid abidələrlə məhdudlaşmır, digər səmavi dinlərə məxsus abidələri də ehtiva edir. Belə ki, Bakıda Rus Pravoslav Baş Kafedral kilsəsi olan Jen-Mironosets kilsəsi 1920-ci ildə bağlanıb, Sovet hakimiyyəti dövründə anbar kimi istifadə olunub və dağıntılara məruz qalıb. Dövlət müstəqilliyimizin bərpasından sonra məbəd təmir edildi. Hazırda Qafqazın ən böyük Rus-Pravoslav kilsəsi olan Jen-Mironosets məbədi memarlıq xüsusiyyətlərinə və tarixi keçmişinə görə Pravoslav aləminin ən görkəmli kilsələrindən biri kimi qəbul olunur.

Bundan başqa, Bakıda Xilaskar Yevangelik Lüteran Kilsəsi, Gəncə şəhərindəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi də dövlət tərəfindən təmir olunub.

Xristian dini mirasına qayğı və diqqətin digər göstəricisi Qafqaz Albaniyasının xristian abidələridir. Alban xristian memarlıq nümunələri, tarixi dini abidələri əsasən ölkənin Qarabağ, Qəbələ, Qax, Şəki, Zaqatala bölgələrində yerləşir. Qax rayonunun Lətik Kötöklü kəndi ərazisində Yeddi kilsə monastırı, Şəkinin Kiş kəndindəki Qafqazda ən qədim xristian məbədlərindən olan Kiş-Yelisey məbədi, Qax rayonunun Qum kəndi ərazisində yerləşən Qum bazilikası və Mamrux məbədi, habelə digər alban abidələri dövlət tərəfindən bərpa edilərək mühafizə olunur.

  • Bakıda köhnə məbədin yerində tikilən yəhudi sinaqoqu Avropada ən böyük sinaqoq sayılır

Qafqazın ən qədim xalqlarından olan udilərin kompakt şəkildə yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki “Çotari” Alban Udi kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir edilib. Qəbələ rayonu ərazisindəki digər Alban kilsəsi olan Müqəddəs Məryəm Ana Kilsəsi isə bu ilin noyabr ayının 7-də  (baxmayaraq ki, həmin ərəfədə ölkədə Vətən müharibəsi gedirdi) Heydər Əliyev Fondu tərəfindən təmir və bərpa edilərək xristian dindarların istifadəsinə verildi. Azərbaycanda katolik xristianlarının sayının az olmasına baxmayaraq, ibadətlərinin yerinə yetirilməsi üçün məbədə ehtiyac duyan katoliklər üçün bolşeviklər tərəfindən 1934-cü ildə dağıdılan “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kostyolu - polyak katolik kilsəsinin əvəzinə yenisi inşa edildi. Yəhudi sinaqoqlarına gəlincə isə, Bakıda köhnə məbədin yerində tikilən yəhudi sinaqoqu Avropada ən böyük sinaqoq sayılır. Sinaqoqun tikintisində Qafqazın müsəlman icmalarının tarixi-dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi, Rus-Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası yaxından iştirak edib. Yəhudilərin kompakt şəkildə yaşadığı, “Qafqazın Yerusəlimi” adlandırılan Quba rayonu ərazisindəki “Qırmızı qəsəbə”dəki altı günbəzli sinaqoq da bərpa edilib.

  • Azərbaycan müsəlman ölkəsi kimi xristian abidəsinin bərpasına töhfə verib

Dövlət tərəfindən bərpa edilərək mühafizə olunan digər dini abidə isə Bakının mərkəzindəki Müqəddəs Qriqori erməni kilsəsidir. Hazırda Prezident Kitabxanasının balansında olan erməni kilsəsində nadir erməni ədəbiyyat fondu və depozitar fond saxlanılır.

Tarixi-dini abidələrə münasibət məkandan asılı olaraq dəyişməyib, Azərbaycan ölkə xaricində də eyni dəyərlərə sadiq qalıb. Tarixdə ilk dəfə Azərbaycan müsəlman ölkəsi kimi xristian abidəsinin bərpasına töhfə verib – Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Vatikanda Müqəddəs Marçellinio, Pietro, Müqəddəs Sebastian katakombalarının bərpası həyata keçirilib, Fransada Notr-Dam kilsəsinin təmirinə maliyyə vəsaiti ayrılıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyinə və Həştərxanın təməlinin qoyulmasının 455 illiyinə həsr edilən Müqəddəs Vladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi ucaldılıb. Bununla yanaşı, Fransanın Orn departamentinin Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və Mal yaşayış qəsəbələrində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edilib.

  • Xristian memarlığını özündə əks etdirən əsir abidələrimiz artıq yenidən əmin əllərdədir

Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti bu illər ərzində öz torpağında əsir abidələrə çevrilən tarixi-dini abidələrə - məscid, ziyarətgah, kilsə və monastırlarına erməni təcavüzü ilə əlaqədar olaraq yardım əlini uzada bilməyib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı qətiyyətli siyasət nəticəsində ordumuzun hərbi qələbələri ilə 30 ilə yaxın müddət ərzində erməni işğalı altında qalan ərazilərimiz azad edilib. İşğalçı ermənilər tərəfindən dağıdılan, tövlə kimi istifadə edilməklə təhqir olunan məscidlərimizlə yanaşı, Alban xristian memarlığını özündə əks etdirən əsir abidələrimiz artıq yenidən əmin əllərdədir. Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir. Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Azərbaycanda dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilib. Baxın, görün, nələr deyilib bizim haqqımızda. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib, Pravoslav kilsələrində olub. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb”.

  • “Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə videoformatda çıxışı zamanı işğal altından qurtarılan müxtəlif dinlərə məxsus abidələrə eyni münasibətin sərgilənəcəyini bildirib: “Hörmətli tədbir iştirakçıları, qeyd edilənlərlə yanaşı mən fürsətdən istifadə edərək, Ermənistanın işğal etdiyi ərazilərimizin 30 ildən sonra Azərbaycan tərəfindən azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnən ötənilki 44 günlük Vətən müharibəsi zamanı dəyərli dəstəyinə görə ICESCO-ya, şəxsən onun Baş direktoru doktor Salim Al Malikiyə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Bir ay bundan əvvəl Azərbaycan Prezidentinin dəvətinə əsasən Baş direktorun rəhbərliyi ilə ICESCO-nun nümayəndə heyəti Azərbaycanda səfərdə olmub.  Qonaqlarımız azad olunmuş bəzi ərazilərə səfər etmək imkanı əldə etmiş və onlarla məscidlərimizin təhqir olunması və yüzlərlə tarixi abidələrimizin dağıdılması daxil olmaqla, ümumi dağıntı və vandalizmin miqyasının şahidi olublar.

Hazırda dövlət qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk. Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk. Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər”.

  • Onlardan hər hansı formada istifadə etməmək şərti ilə...

Ən vacib məqamlardan biri budur ki, Azərbaycan dövləti bu siyasəti həmin dini və etnik qruplara onlardan hər hansı formada istifadə etməmək şərti ilə yürüdür. Bir daha təsdiq olunur ki, Azərbaycanda müxtəlif xalqların, mədəniyyətlərin, dinlərin sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Dövlətin və ölkə rəhbərliyinin bütün dinlərə bərabər münasibəti dinlərarası əlaqələrin inkişafına və bu münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasına kömək edir. Bundan əlavə, Azərbaycan ailəsində müxtəlif xalqların nümayəndələrinin dinc yanaşı yaşaması və çalışması ölkənin təməl mənəvi dəyərlərindən biridir. Azərbaycanda güclü multikultural bazaya sahib olan tolerant mühit müasir inkişafın əsas göstəricilərindəndir. Bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyev, haqlı olaraq, ölkəmizdəki multikulturalizmi "normal həyat tərzi" kimi qiymətləndirir və bu istiqamətdə dövlət səviyyəsində inkişafa böyük dəstək verir. Bu mənada, müasir dövrdə Azərbaycan Respublikasında multikulturalizmlə bağlı həyata keçirilən məqsədyönlü dövlət siyasəti həyat həqiqətlərini tamamlayır.

Azərbaycan cəmiyyətindəki uğurlu tolerantlıq atmosferi, mədəniyyətlərarası dialoq, multikulturalizmin inkişaf modeli dünyanın diqqətini çəkir. İndi dünyada çoxmədəniyyətli modelin humanizm və tolerantlıq prinsiplərinə əsaslandığı qəti şəkildə qəbul edilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və apardığı sabit, müdrik siyasət Azərbaycanda tolerantlıq ənənələrinin qorunub saxlanılması və daha da inkişafı üçün əlverişli şərait yaradıb. Multikulturalizm siyasətinin bu gün uğurla həyata keçirilməsi, şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin bu mövzuda işini fədakarlıqla davam etdirən Prezident İlham Əliyevin adı ilə əlaqələndirilməlidir. Prezident İlham Əliyev multikulturalizm siyasətini günü-gündən yeni tarixi şəraitdə inkişaf etdirir və ölkənin daxili və xarici siyasətinin vacib tərəfi kimi təqdim edir.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ