Bazar günü günü, 04 oktyabr 2026
     

Ermənistanda Zəngəzur qalmaqalı böyüyür, müəmmalı "Əliyev-Paşinyan gizli sənədi" siyasiləri "yeyib-bitirir"...

Image


Məlum olduğu kimi, bu günlərdə Ermənistan mediasında Azərbaycanla sərhəddə yerləşən Sünik (Zəngəzur) vilayətinin bölgələri barədə məlumat yaymaq üçün ölkənin Milli Təhlükəsizlik Xidmətindən xüsusi icazə almaq tələb olunur. Belə ki, mətbuat nümayəndələri sərhədyanı bölgələr barədə xəbər yazmazdan əvvəl Milli Təhlükəsizlik Xidmətinə yazılı müraciət etməlidirlər. Bütün bunlara əsas səbəb həmin vilayətlə bağlı artan qalmaqal və bəzi sərhədyanı ərazilərin Azərbaycana təhvil verilməsi haqda erməni mediasında yayılan məlumatlardır.

Erməni mediası yazır ki, bu xüsusda İrəvan və Bakı arasında gizli razılıq var. Ermənistan parlamentinin "İşıqlı Ermənistan" fraksiyasının deputatı Karen Simonyan bu xüsusda bildirir: "Baş nazirin müavini Tiqran Avinyanın parlamentdə səsləndirdiyi cavabdan güman edə bilərəm ki, bəli, ikitərəfli, yəni 9 noyabr və 11 yanvar sənədindən başqa daha bir Əliyev-Paşinyan gizli sənədi var". Erməni deputat bildirib ki, yazılı sorğu göndərməyə və nəticələr barədə ictimaiyyətə məlumat verməyə hazırlaşır. Simonyanun sözlərinə görə, gizli sənəd var, Azərbaycan Süniki ələ keçirməyə hazırlaşır. Qeyd edək ki, baş nazirin müavini Tiqran Avinyan heç bir gizli sənədin olmadığını bildirib. O, Sünikdə bəzi ərazilərin 10 noyabr və 11 yanvar bəyanatlarında "mübahisəli bölgələr" olduğunu demişdi. Amma Ermənistanda hakim "Mənim addımım" blokundan olan millət vəkili Ayk Qevorqyan qeyd edir ki, Sünikdə Qafana gedən yolun bir hissəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən keçir: "Bilirsiniz ki, 21 km uzunluğundakı Gorus-Qafan yolunun bir hissəsi Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri xaricindən, yəni Azərbaycan ərazisindən (beynəlxalq səviyyədə tanınmış) keçir. Bu yol bağlanmamışdı. Məsələ heç bir razılaşma ilə tənzimlənməməlidir, bu onsuz da razılaşmaların nəticəsidir". Beynəlxalq təhlükəsizlik məsələləri üzrə erməni ekspert Armen Manvelyan isə məsələni fərqli prizmadan şərh edir: “Səlahiyyətlilərin qəbul etdiyi siyasət özündə gizli, örtülü addımları birləşdirir, bu addımlar noyabrın 10-da və bundan sonra gördüyümüz və başa düşdüyümüz kimi, bir qayda olaraq, Ermənistan Respublikası üçün milləti məhv edən nəticələrə malik olur. Eyni prinsiplə də gizli saxlanmış memorandumun mövcudluğunu analiz etmək lazımdır. Artıq bu fonda Sünikin təhvil verilməsi prosesi gedir”. Məhz belə bir vaxtda internetdə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin noyabrın 9-da imzalanmış birgə bəyanatının 9-cu bəndi ilə bağlı ikitərəfli memorandum yayılıb. “Yerkir.am” nəşri yazır ki, bu memorandumla Gorus-Davit Bek-Qafan-Tsakaten avtomobil yolunun təhlükəsiz istifadə şərtləri müəyyənləşdirilir: “2020-ci il dekabrın 27-də Nikol Paşinyan Ermənistan parlamentində bildirmişdi ki, 9 noyabr bəyanatında yer tapmamış çoxsaylı fəaliyyətlər şifahi razılaşma ilə həyata keçirilir. Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan isə bundan sonra açıq şəkildə bildirib ki, məlum sənəddən (9 noyabr sənədi) əlavə hər hansı başqa sənəd mövcud deyil. Lakin artıq internetdə yayılmış sənəd bunun əksini sübut edib. Belə ki, məlum kapitulyasiya sənədindən başqa ən azı bir sənəd də var. Süniklə bağlı gizli sənəd imzalanıb, bu sənəddə Qapan əvəzinə Qafan qeyd olunub.”

Ermənistanın müdafiə nazirinin keçmiş birinci müavini Artak Zakaryan da eyni mövqedədir: “Əgər ağlımızı başımıza toplamasaq, çox tezliklə Süniki itirəcəyik. Azərbaycan Sünikdən ermənilərin çıxarılmasına başlayıb. Sünikdəki 13 sərhəd kəndinin boşaldılıması ilə bağlı aktiv proses gedir, bundan sonra növbə Qafana və bu şəkildə davam edərək bütün Sünikə çatacaq”.

Erməni mediası yazır ki, Sünik məsələsində Rusiyanın İrəvanın yanında olmamasi Ermənistanın vəziyyətini daha da ağırlaşdırır. Rusiyalı hərbi ekspert İqor Korotçenko isə qeyd edir ki, Moskvanın bu gün İrəvanın yanında yer alması mümkünsüzdür. Onun sözlərinə görə, Rusiya Ermənistandan daha çox Azərbaycanı postsovet məkanında özünün mühüm strateji tərəfdaşı hesab edir: “Siyasət, iqtisadiyyat, mədəni əlaqələr sahəsində Azərbaycanla Rusiyanın münasibətləri əladır. Ən başlıcası, ölkələrimizə çox güclü prezidentlər rəhbərlik edir. Bu çox vacibdir. Müasir dünyada kənardan diqtənin, daxili və xarici proseslərə təsir göstərmək cəhdlərinin hər hansı formalarını inkar edən, müstəqil, suveren siyasət yürütməyi bacaran ölkələrin sayı azdır, yəqin ki, belə ölkələrin sayı 10-dan çox olmaz. Şübhəsiz, həmin ölkələr arasında Rusiya və Azərbaycan da var. Dövlətlərimizin başçıları arasında çox səmimi, dostcasına münasibətlər var, Azərbaycan və Rusiya liderləri bir-birinə qarşılıqlı hörmət edir”. Korotçenkonun sözlərinə görə, həqiqətən ədalətli müharibə, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda Vətən müharibəsi olmuş İkinci Qarabağ savaşında qələbə Azərbaycanın nüfuzunu və gücünü göstərdi: “Şəxsən mən hesab edirəm ki, Azərbaycanın qələbəsi bir sıra amillərə görə qanunauyğun və labüd idi.  2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatı Ermənistanın qeyd-şərtsiz kapitulyasiyası aktı adlandırmaq olar. Ermənistanın hərbi-siyasi iflası elə bir amildir ki, onu hər hansı siyasətçinin hakimiyyətə qaytarılması yolu ilə inkar etmək mümkün deyil”.

Samirə SƏFƏROVA

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ