Bazar günü günü, 04 oktyabr 2026
     

Hindistan Azərbaycanın hərb təcrübəsini daha dərindən öyrənməyə başlayır

Image


Çinlə münasibətləri gərgin həddə olan Hindistan Azərbaycanın 44 günlük Vətən müharibəsində tətbiq etdiyi döyüş təcrübəsini diqqətlə öyrənən dövlətlər sırasında yer almaqdadır. Ümumiyyətlə, Qarabağda gedən döyüşlərin müasir hərb tarixinə yazılacağı artıq aydındır. Bu döyüşlərdə Azərbaycan ordusunun düşmənə qarşı həmlələri yeni müharibə taktikası kimi dünya miqyasında təhlil edilir. Hindistan hərbi mütəxəssisləri də bu döyüşləri diqqətlə izləyib təhlil etməkdədir. Xüsusən də Çinlə yaşanan qarşıdurma fonunda.

Xatırladaq ki, Hindistan Çinlə həmsərhəd mübahisəli Şərqi Ladakx yüksək dağlıq regionunda tanklarla gücləndirilmiş kifayət qədər güclü ordu qruplaşması yerləşdirib. Həmin regionda Çin ordusunun yüngül “Type15” tanklarına qarşı Hindistan ordusunun T-72 və T-90 tankları dayanıb. Lakin indi Qarabağda gedən döyüşləri izləyəndə hindistanlı hərbi ekspertlər deyirlər ki, belə landşaft şərtlərində tanklar havadan ilk növbədə pilotsuz təyyarələr üçün əlçatan hədəfə çevrilir. Hindistanın Şimal ordusunun keçmiş komandanı, general-leytenant Dependera Sink Xuda bundan əvvəl qeyd edib ki, Dağlıq Qarabağda tankların tətbiq edilməsi şərtləri Ladakxdakı şərtlərə oxşayır:  “Azərbaycan hərbçiləri həm müşahidə, həm hücum üçün çoxsaylı dronlar istifadə edib. Bunlar həm də dron-kamikadzelərdir. Onlar sadəcə olaraq döyüş meydanı üzərində fırlanır, hədəfi müəyyən edir, məsələn tankı və ona yuxarıdan hücum edərək məhv edir. Azərbaycan qoşunları Türkiyə və İsrail pilotsuz uçuş aparatlarından istifadə edib, son illərdə bu ölkə çoxsaylı dronlar alıb”. Hindistan generalı qeyd edib ki, zərbə və kəşfiyyat dronlarının kütləvi tətbiq edilməsi zamanı tankların rolu daha az nəzərə çarpır. İstənilən tank, hətta ən müasir tank güclü havadan müdafiə sistemi qurulmadan açıq hədəfə çevrilir. General hesab edir ki, bu münaqişə gələcək müharibələrdə tankların roluna dair suallar yaradır. Ona görə də Hindistan ordusunun tank bölmələri Qarabağda gedən döyüşlərin formatından dərs çıxarmalıdır. Bunun ardınca Hindistan ordusunun Baş qərargah rəisi, general Manoj Mukund Naravane də Azərbaycanla Ermənistan arasında Qarabağda gedən 44 günlük savaşı gələcəyin müharibələrinə dair nümunə adlandırıb. Hindistan-Çin sərhədində gərginliyin artmaqda olduğu bir vaxtda general ordunun gələcəyin münaqişələrinə hazırlaşdığını, ancaq sərhədlərindəki hazırkı münaqişələri də nəzərdən qaçırmadığını vurğulayıb. Gələcək müharibələrə dair “Centre for Land Warfare Studies” tərəfindən təşkil edilmiş seminarda çıxışı zamanı Hindistan ordusunun rəhbəri bildirib ki, XX əsrdə döyüş meydanında həlledici rol oynayan tanklar, qırıcılar, suüstü gəmilər yeni meydana çıxan problemlər qarşısında daha az əhəmiyyət daşımağa başlayıb: “Biz İdlibdə, daha sonra Ermənistan-Azərbaycan müharibəsində dronların necə yaradıcı şəkildə və hücum məqsədi ilə istifadə edildiyini gördük. Onlar ənənəvi döyüş alətlərinə - tanklara, artilleriyaya və səngərdə mövqe tutmuş piyadalara meydan oxuyurdu”. Bir daha qeyd edək ki, Hindistan  Azərbaycan ordusunun Qarabağda ortaya qoyduğu beşinci nəsil müharibə təcrübəsini öyrənən ilk ölkə deyil. ABŞ başda olmaqla, bir çox qabaqcıl ölkələr də bu müharibədə dronların kütləvi tətbiqi təcrübəsini nəzərə alaraq silahlanma konsepsiyasına dəyişiklik edir.

ABŞ-ın “Bulletin of the Atomic Scientists” analitik mərkəzinin onlayn nəşri olan “The Bulletin” də yazır ki, Azərbaycan Qarabağda möhtəşəm taktikadan istifadə edib. Nəşrin analitikləri Benjamin Fogel və Andro Metyuson yazırlar ki, 2020-ci ilin sentyabrında, Qarabağda hərbi əməliyyatların ikinci günündə erməni komandanlığı öz bölmələrindən birinin aşağıdan və yavaş sürətlə uçan hansısa hava hədəfinə “yer-hava” tipli raketlə atəş açdığına dair görüntüləri yaymışdı: “Lakin erməni əsgərlərinin vurduğu ultramüasir avtonom uçan aparat deyildi, ilk dəfə 1940-cı illərdə keçmiş Sovet İttifaqında kənd təsərrüfatı sahələrinin monitorinqi və dərmanlanması üçün istehsal olunan birmühərrikli təyyarə idi. Sonradan Azərbaycanın bir neçə An-2 təyyarəsini pilotsuz uçan təyyarəyə çevirdiyi məlum oldu. Müharibə zamanı onları dəfələrlə kamikadze-dronlar qismində Ermənistan HHM sistemlərinin yerini müəyyən etmək üçün havaya qaldırdılar. Ermənilər isə öz zenit-raket komplekslərindən bu hava hədəfinə atəş açmağa məcbur oldular və beləliklə, öz mövqelərinin yerini Azərbaycan komandirlərinə bildirmiş oldular. Növbəti mərhələdə isə həmin zenit-raket komplekslərinə müasir kamikadze-dronlar istiqamət alırdı. Bununla da Azərbaycan dünyaya nümayiş etdirdi ki, hətta An-2 kimi köhnəlmiş texnikanı da yeni profilə gətirmək və dron qismində effektiv şəkildə müharibədə istifadə etmək olar. Bu da hərbçilərin avtonom sistemlərdən istifadəyə dair novator üsullar axtarıb tapmaqda olduqlarını göstərir. Azərbaycanın bu taktikası gələcək münaqişələrdə istifadə olunacaq. Bu tip pilotsuz təyyarələr düşmənin yerini və imkanlarını aşkarlamaq üçün effektiv alət ola bilər və eyni zamanda onu əsas missiyasından yayındırar. Onlar həm də ucuzdur, dəyəri hansısa sınıq-salxaq avtomobilin dəyəri ilə müqayisə oluna bilər və nəticədə belə aldadıcı hədəfləri itirmək risq yaratmır. Qeyd etmək lazımdır ki, əvvəllər pilotlu təyyarə olmuş An-2 təyyarələrini yarımavtonom vasitəyə çevirməklə Azərbaycan hərbi təyinatlı dronların yayılmasını ləngitməyə yönəlmiş beynəlxalq səylərin də zəif yerini aşkara çıxarmış oldu”.

Tahir TAĞIYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ