Bazar ertəsi günü, 05 oktyabr 2026
     

“Cənub Qaz Dəhlizi tərəfdaşlar və bütövlükdə Avropa üçün dostluq, qardaşlıq, əməkdaşlıq körpüsüdür” - Vüqar Rəhimzadə

Image


«Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi regional və beynəlxalq əməkdaşlığın coğrafiyasının genişləndirilməsində stimulverici amil rolunu oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurları bugünümüzün reallıqlarıdır. Enerji sahəsində əməkdaşlığın regional çərçivədən çıxaraq  coğrafiyasını daha da genişləndirməsi Azərbaycanın artan rolunun, möhkəmlənən mövqeyinin təqdimatıdır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu  enerji layihərinin uğurlu icrası nəticəsində həm iştirakçı, həm də bütövlükdə dünya dövlətlərinin uzunmüddətli iqtisadi inkişafının təmin olunması üçün  geniş  imkanlar yaranır.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə diqqəti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ənənəvi olaraq Bakıda  keçirilən görüşlərinin növbəti 7-ci toplantısına yönəldərək bildirib ki, Cənub Qaz Dəhlizi  çoxtərəfli  əməkdaşlığın başlanğıcı, ən əsası bu günədək enerji sektorunda görülən işlərin zirvəsi olaraq Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qazandığı nüfuzun təsdiqidir: « 2014-cü ildə bu layihənin təməli qoyuldu. Layihə uğurla, vaxtında icra edilərək 2018-ci ildə rəsmi açılışı oldu.  Azərbaycan ilk dəfə olaraq  belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı əhatə edən layihəyə start vermiş, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır.»

Baş redaktor bildirib ki, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə yanaşı, iyun ayında onun əsas tərkib hissələrindən biri olan TANAP-ın istifadəyə verilməsi   dünyanın enerji xəritəsinin  yenidən tərtib edilməsi  istiqamətində  Azərbaycanın təşəbbüslərinin dəstəklənməsi kimi dəyərləndirildi: «Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bu layihə əməkdaşlıq və qarşılıqlı etimadın uğurudur. Ümumilikdə, Cənub Qaz Dəhlizinin icrası Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına geniş imkanlar açacaq.»

«Müstəqilliyin başlıca şərti olan milli təhlükəsizliyin bilavasitə enerji təhlükəsizliyindən asılı olması ilə bağlı  deyilənlərin sübutu Azərbaycanın timsalında özünün  aydın ifadəsini tapır» söyləyən V.Rəhimzadə qeyd edib ki, son illərdə  ölkəmizin  təşəbbüsü ilə reallaşan möhtəşəm enerji və nəqliyyat layihələri bu həqiqətin təsdiqidir: «Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum  kimi iri neft-qaz layihələrinin ardıcılları, Avropanın ən nəhəng enerji layihələri olan TANAP və TAP Azərbaycanın dünyanın enerji  gündəmindəki mövqeyini möhkəmləndirir, ölkəmizə regional və beynəlxalq  marağı daha da  artırır. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın 2020-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdu. Baxmayaraq ki, ötən ildə  dünyanın, o cümlədən Azərbaycanın əsas diqqəti  koronavirus infeksiyası ilə mübarizəyə yönəlmişdi,  yenə də ölkəmiz heç bir layihənin icrasını yarımçıq saxlamadı, uğurlu sonluqla başa çatdırılmasına nail oldu.  2020-ci il dekabrın 31-də TAP-ın istifadəyə verilməsi də bunun təsdiqidir. Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsində önəmi ilə fərqləndiyi kimi,  həm də   tərəfdaşlar, bütövlükdə Avropa məkanı üçün üçün dostluq, qardaşlıq, əməkdaşlıq körpüsüdür. Cənub Qaz Dəhlizi həm yeni yollar, həm də yeni mənbə layihəsidir.»

Baş redaktor bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin hər bir toplantısı  ötən bir ilin yekunlarının və yeni muəyyənləşdirilən prioritetlərin  təqdimatıdır: «O da məlumdur ki, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyulduqdan sonra  bu toplantıların 2015-ci ildən  ənənəvi olaraq keçirilməsinə başlanıb. 7-ci toplantı bu mənada  xüsusi  diqqətçəkəndir ki, artıq Cənub Qaz Dəhlizinin  sonuncu seqmentinin də  icrası başa çatıb, bu layihənin  perspektivləri, qarşıdakı dövrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılır. Uğurlarımız fonunda bu həqiqət də  etiraf edilir ki,  dünya birliyi üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrin, beynəlxalq tədbirlərin reallaşması  yalnız ən etibarlı və  əsas tərəfdaş olan Azərbaycanın iştirakı ilə mümkündür: «Regionda dinamik inkişafı ilə liderliyini qoruyan, dünya siyasətinə  təsir imkanları getdikcə genişlənən Azərbaycan daim iqtisadi əməkdaşlığın genişləndirilməsinə diqqəti  artırır, region və dünya  dövlətlərini bir araya gətirmək istiqamətində  mühüm təşəbbüslərin müəllifi kimi çıxış edir, bu ideyaların gerçəkləşməsinə nail olur. Enerji layihələrinin müəllifi, istehsalçısı, təchizatçısı, tranzit ölkə kimi də tanınan, neft-qaz kəmərləri şəbəkəsini şaxələndirməklə  dənizləri birləşdirən Azərbaycan əldə etdiyi nailiyyətlərə düşünülmüş siyasəti, beynəlxalq hüquq normalarına sadiqliyi ilə nail olur. Qarşılıqlı əməkdaşlığa, maraqlara xidmət edən bütün layihələrə böyük həssaslıqla yanaşan Azərbaycan hər zaman etibarlı tərəfdaş statusunu əməli işi ilə doğruldur.»

Vüqar Rəhimzadə  bu ümumiləşdirməni aparıb ki, Cənub Qaz Dəhlizi layihəsi tərəfdaşlarının iştirakı ilə Bakıda keçirilən Məşvərət Şurası çərçivəsində nazirlərin bütün  toplantılarında  Azərbaycanın səyləri  dünya enerji bazarına  töhfələr verən və layihələrin  şaxələndirilməsində  təşəbbüskarlğı ilə fərqlənən  tərəfdaş kimi dəyərləndirilir: «Hesab edirəm ki, Cənub Qaz Dəhlizinin icrası Azərbaycanın enerji diplomatiyasının  növbəti təntənəsidir. Məsələyə bu nöqteyi-nəzərdən yanaşdıqda şübhəsiz ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması  ölkəmizin  iqtisadi qüdrətini daha da artıracaq, ölkəyə  investisiya axınını gücləndirəcək. Neft-qaz ixracından əldə olunan gəlirlər regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarından irəli gələn tapşırıqların icrasına yönəldilir. Nəzərə alaq ki, İkinci Qarabağ müharibəsində Zəfərimiz Böyük Qayıdışa yol açdı. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa  işlərinə start verilib. Bu ərazilərin malik olduğu imkanlardan səmərəli istifadə daim öz aktuallığını qoruyan iqtisadiyyatın şaxələndirilməsini daha da sürətləndirəcək.»




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ