İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Növbər Ferit Veçhi ilə görüşüb.
Bu haqda İSBAM mətbuat xidməti məlumat verib.
İSBAM sədri Samir Adıgözəlli görüşdə Azərbaycan və Şimali Kiprlə mövcud əlaqələr barədə geniş müzakirələr aparıb. İki qardaş Türk Cümhuriyyəti arasında iqtisadi, siyasi, mədəni və təhsil sahəsində əlaqələrin daha da inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. Həm Azərbaycan, həm Şimali Kipr Türk Cümhuriyyəti vətəndaş cəmiyyəti sektorunun qarşılıqlı əməkdaşlığı barədə, eyni zamanda, Türk dünyasını əhatə edən bir sıra layihələr haqqında təkliflər irəli sürülüb.
Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Növbər xanım ziyarət üçün təşəkkür edərək Qarabağda Azərbaycan Ordusunun qazandığı qələbə sevincini bölüşüb. Eyni zamanda, iki qardaş ölkə arasında birliyi daha da yaxınlaşdıran ictimai təşəbbüsləri dəstəklədiklərini qeyd edib.
İSBAM rəhbəri tərəfindən Növbər Ferit Veçhiyə Şuşa ilə bağlı xatirə hədiyyəsi təqdim edilib. Görüşdə, həmçinin, İSBAM sədrinin müavini Natiq Bədəlov, sədrin müşaviri Yasəmən Möhübbətqızı, qurumun departament rəhbəri Şahin Həsənov və boyukmillet.com informasiya portalının redaktoru Sima Babayeva iştirak ediblər.