Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Erməni ekspertin “DQR”dən yalnız Araik və dostlarının yığışdığı kiçik bir ofis qalıb” fikri bu ölkədəki son ümidləri də puç etdi

Image


Məlum olduğu kimi, bu il fevralın əvvəlindən Ermənistanda vətəndaşların orduya qış hərbi çağırışı başlayıb. “Sputnik Armeniya” portalı yazır ki, Ermənistandan olan çağırışçılar ancaq respublika daxilində yerləşən hərbi hissələrdə xidmət edəcək. Belə ki, ənənəvi püşkatma zamanı Qarabağın hərbi hissələri variantlar arasında göstərilməyib.

Beləliklə, ötən əsrin doxsanıncı illərinin əvvəllərindən bəri ilk dəfə olaraq Ermənistan möhlətli hərbçilərini Qarabağa göndərməyəcək. Erməni mediası qarşıdakı dövr ərzində də göndərişlərin olmayacağını, prosesin birdəfəlik dayandığını yazır. Ermənistan Müdafiə Nazirliyi hələlik çağırışçıların artıq Qarabağa xidmətə göndərilməyəcəyi barədə məlumatı şərh etmir. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gevorq Altunyan jurnalistlərin bununla bağlı suallarını şərh edərkən bildirib: “Silahlı Qüvvələrin doldurulması ilə əlaqəli yer, miqdar, infrastruktur və sairdən başlayaraq bütün məlumatlar dövlətin rəsmi sirri sayılır”. Erməni mediası isə çağırışçıların daha Qarabağda olmayacağının artıq dəqiqləşdirilmiş qərar olduğunu vurğulayır. Digər tərəfdən, bundan öncə yenə mətbuatında və sosial şəbəkələrdə Dağlıq Qarabağın "müdafiə ordusu"nun buraxılması haqda xəbərlər yayılıb. Erməni siyasi şərhçi Tevos Arşakyan baş verənlərlə bağlı qeyd edir: “Artıq nə Ermənistan hökuməti, nə də Ermənistan ordusu Qarabağda nəyəsə təsir edə biləcək. Ermənistandan olan müddətli hərbi qulluqçuların Qarabağa göndərilməməsi barədə xəbərlər buna əyani sübutdur”. Onun sözlərinə görə, Ermənistan cəmiyyəti döyüş meydanında total məğlubiyyətdən sonra hələ də Qarabağla bağlı xülyalar qururdu: “Bəzi ermənilər hesab edirdilər ki, guya “DQR”in tamamilə yox olmasına imkan vermədilər. Məsələn, bu günlərdə Nikol Paşinyan və Araik Arutyunyanın iştirakı ilə müşavirə keçirildi. Amma nə olsun? Əslində bu heç nədir! “DQR”dən yalnız Araik və onun dostlarının yığışdığı kiçik bir ofis qalıb. Burada sərt reallığı yumşaltmağa çalışmaq lazım deyil, çünki bundan heç nə dəyişməyəcək. Qısası, Ermənistan artıq “DQR”in təhlükəsizliyinin qarantı deyil, sonuncusu isə artıq Ermənistanın bir hissəsi deyil. Üstəlik, “DQR”in özü də yoxdur. Müəyyən mənbələrin məlumatına əsasən deyə bilərəm ki, yaxın vaxtlarda “DQR” adını belə çəkməyə icazə verilməyəcək”.

Erməni mediası xaricilərin Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfərlərinə son verilməsini də bu fonda Bakının növbəti mühüm qələbəsi sayır. Bildirilir ki, Azərbaycanın icazəsi olmadan bir sıra avropalı siyasətçilərin, media nümayəndələrinin Qarabağa qanunsuz səfərlərinin baş tutmaması da qeyd edilənlərin real təsdiqidir. O cümlədən, Fransadan qanunsuz yolla Qarabağa səfər etmək istəyənlərin sülhməramlı qüvvələr tərəfindən geri qaytarılması da Azərbaycanın Qarabağda suveren hüquqlarını reallaşdırmasının mühüm sübutu kimi xarakterizə olunur. Xatırladaq ki, bu günlərdə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan da bildirib ki, Bakının icazəsi olmadan Qarabağa gələn xarici jurnalistlər əraziyə buraxılmır: “Fransada keçmiş merlərdən birinin rəhbərliyi ilə fransalı jurnalistlər Qarabağa gəlmək və orada baş verənləri işıqlandırmaq istəyib. Onlar bir neçə gün öncə İrəvana gəlib, rəsmi icazə alaraq Xankəndiyə yola düşüb. Lakin rus sülhməramlılar Laçın dəhlizində onların qarşısını kəsərək bildiriblər ki, Ermənistanın verdiyi icazə etibarsızdır, çünki bura Azərbaycan ərazisidir və icazəni Bakıdan almaq lazımdır”. Bu, faktiki olaraq, Qarabağa gələn xarici vətəndaşların Bakının icazəsi olmadan bölgəyə buraxılmaması ilə bağlı ilk hadisədir və bir daha təsdiq edir ki, Azərbaycan lideri prinsipial mövqeyindən geri çəkilmir. Bundan sonra da Azərbaycanın icazəsi olmadan heç bir xarici ölkə vətəndaşı Qarabağa səfər edə bilməz.

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan isə məsələnin təkcə Qarabağla məhdudlaşmadığını bildirir. O hətta iddia edir ki, 5 il sonra Azərbaycan Sünikə (Zəngəzur) girəcək. Baqratyan Qafana səfərindən sonra bu qənaətə gəldiyini də xüsusi olaraq vurğulayır: “6-9 fevral tarixlərində Qafanda idim, əhali ilə danışmağa, 9 noyabrdan sonra necə yaşadıqlarını görməyə getmişdim. Söhbət alınmadı, çünki əlavə izaha ehtiyac yox idi. Azərbaycan əsgərləri və bayraqlarını şəhəri əhatə edən şərq təpələrində görəndə şok oldum. Bu qədər yaxın olmamalı idilər. Bir müddət əvvəl inşa edilmiş Qafan-Qeqanuş-Çakaten-Sikahoq-Srasen-Tsav-Svanidzor (son iki kənd Mehri bölgəsindədir) yolu ilə getdikcə, bir neçə yerdə quraşdırılmış yol işarələri buranın Azərbaycan ərazisi olduğunu göstərirdi, başqa sözlə, adıçəkilən kəndlər bu yol olmadan nə Mehriyə, nə də Qafana çıxış əldə edə bilər, yəni ümid azərbaycanlıların yolları bağlamamasına qalıb”. Baqratyan rus zabitin ona dediklərini də qeyd edib: “Hər yerdə rus patrulunu görürəm, onlardan burada nə etdiklərini soruşuram. Rus zabit mənə səbrlə izah edir ki, imzalanmış memoranduma görə, yolun təhlükəsizliyini qoruyurlar. Hansı memorandum? Mənə Ermənistan və Azərbaycan arasında imzalanmış 6 maddəlik memorandumu göstərir və məlum olur ki, tərəflər yolların təhlükəsizliyinin təmin edilməsi üçün sənəd imzalayıb. Sənəddə koordinatlar aydın şəkildə qeyd olunur. Məlum olur ki, Nikol Paşinyan Azərbaycanla sərhədlərin şifahi şəkildə razılaşdırıldığını deməklə yalan danışıb, 9 noyabr razılaşmasından savayı da sənəd var. Bu “xoşbəxtlik”, ən yaxşı halda, 5 il davam edəcək, bundan sonra azərbaycanlılar Sünikə (Zəngəzur) girəcəklər”. Buna qarşı Ermənistanda etirazlar hansısa nəticə vermir. Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın mövcud hakimiyyətə qarşı çıxışları da səmərə vermir. Bunun bir səbəbi də cəmiyyətdə artıq onlara heç bir inamın olmamasıdır.

Samirə SƏFƏROVA

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ