Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Bakının gedişləri Ermənistanın revanşist qüvvələrinin fəaliyyətini tam iflasa uğradıb

Image


Ermənistnaın 44 gün davam edən Vətən müharibəsində məğlubiyyətindən sonra bu ölkə daxilində siyasi müstəvidə vəziyyətin kəskinləşməsi davam edir.

Xatırladaq ki, Ermənistanın məğlubiyyətindən sonra müxalifət baş nazir Nikol Paşinyanın devrilməsi istiqamətində fəaliyyətə başladı, bu məqsədlə etiraz aksiyaları təşkil etdi. Lakin cəmiyyətdən lazımi dəstək ala bilmədi. Məhz bu vəziyyətdə Paşinyan müxalifətə qarşı yeni gedişlər etməyə başladı.

  • Paşinyandan “Qarabağ klanı”nın revanşına qarşı sərt müqavimət

Etiraz aksiyaları ilə hakimiyyətdən devrilməsinin mümkünsüzlüyünü görən Nikol Paşinyan hələ ötən ilin dekabrında növbədənkənar parlament seçkiləri keçirilməsi ilə bağlı təkliflərini gündəmə gətirdi. Lakin 17 müxalifət partiyasının birləşdiyi “Vətənin xilası uğrunda hərəkat” Nikol Paşinyan qatılmayacağı halda  növbədənkənar parlament seçkilərinin keçirilməsini mümkün saydığını bəyan etdi. Buna da Paşinyan razı olmadı. Belə bir vaxtda “Qarabağ klanı” və onun liderlərindən olan sabiq prezident Robert Köçəryan  növbədənkənar parlament seçkilərində iştiraka hazır olduğunu bəyan etdi. Köçəryan artıq böyük siyasətə qayıtdığını da bildirir. Onun sözlərinə görə, indi aydın və güclü şəxsiyyətlərə böyük tələbat var: “Buna görə də yeni parlament seçkiləri ikiqütblü olacaq -  mövcud hökumət və antipodlar arasında. İnsanlar populizmin meyvələrini daddılar, rəngli inqilabların nəticələrini və təcrübəsi olmayanların işlərini gördülər. Tamamilə fərqli tiplərə, komandalara, peşəkar menecer komandalarına, iradəsi olan insanlara, rəqiblərinin gözünə baxaraq həqiqəti söyləyə bilənlərə ehtiyac var. Və Ermənistanda belə bir komanda var”. Həmin komanda qismində isə Köçəryan  məhz özünü təqdim edir. O, müharibədə Ermənistanın məğlubiyyətindən sonra xalq arasında Paşinyanın dəstəyinin azaldığına ümid edərək, qalib gələ biləcəyini düşünür. Lakin belə görünür ki, bu dəfə Paşinyan növbədənkənar parlament seçkilərindən imtina edir. Məsələ burasındadır ki, bu günlərdə hakim "Mənim addımım" blokunun parlament fraksiyası Nikol Paşinyanla görüşüb. Görüşün təfərrüatları fraksiyanın “facebook”dakı rəsmi səhifəsində təqdim olunub. Məlumatda görüşün yekunlarına əsasən baş nazirin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı təklifinin parlament müxalifəti tərəfindən dəstəklənmədiyi vurğulanıb. Bundan əlavə, geniş ictimaiyyət arasında növbədənkənar seçkilərin keçirilməsinə dair tələbin formalaşmadığı qeyd olunub. Bu səbəbdən növbədənkənar parlament seçkilərinin olmayacağı bildirilir. Bu da indiki halda Köçəryanın seçkilər vasitəsilə Paşinyanı devirmək planlarını alt-üst edir. Erməni politoloq Suren Surenyants belə vəziyyətdə Köçəryanın Paşinyan tərəfindən çıxılmaz vəziyyətə salındığını bildirir. Onun fikrincə, Köçəryan siyasətdən əsla ayrılmayıb, son müsahibələrində erkən seçkilərə qatılmaq planlarını elan etməsi isə Paşinyanın gedişi ilə pozulmuş hala gəlib: “Beləliklə, onun mövqeyi müxalif “Vətənin xilası uğrunda hərəkat”a  mənsub partiyaların erkən seçkilərin keçirilməsi fikri ilə bağlı çox bədbin olan düşüncələrindən bir qədər fərqlidir. Serj Sarkisyanın prezidentliyi dövründə də Köçəryan ildə ən azı bir neçə dəfə bəyanatlar və müsahibələr vermiş, əsasən hakimiyyət orqanlarının iqtisadi siyasətini tənqid etmiş, yəni Köçəryanın siyasi karyera səhifəsi bağlanmamışdı. Paşinyan hökumətinin fiaskosu fonunda tamamilə təbii olan "güclü əllər" texnologiyasını tətbiq etməyə çalışır. Bu başqa bir məsələdir ki, cəmiyyətdə və Köçəryanda "güclü əl" fikirləri bir qədər fərqlidir”. Surenyantsın fikrincə, “güclü əl” legitimliyi olan demokratik liderlə əlaqələndirilməlidir. Politoloq hesab edir ki, Köçəryan "güclü əldən" danışarkən hakimiyyət dövrünü nəzərdə tutursa, o zaman sadəcə avtoritar sistemin varlığından söhbət gedir. Bu səbəbdən Köçəryanın yenidən hakimiyyətə gəlişi ciddi sual altına düşür. Bununla onun Qarabağ məsələsində revanş planlarının həyata keçməsi də mümkünsüz hala gəlir.

“1in.am” saytı isə yazır ki, Köçəryan “Vətənin xilası uğrunda hərəkat” tərəfindən də lazımı dəstək ala bimədiyindən çətin durumdadır: “Onunla “Vətənin xilası uğrunda hərəkat” nümayəndələrinin bəzi fikir ayrılıqları var. Söhbət onların növbədənkənar seçkiyə münasibətindən gedir. Vazgen Manukyanın rəhbərlik etdiyi hərəkat yekdil şərt kimi Paşinyanın istefası və müvəqqəti hökumətin formalaşdırılmasını irəli sürüb. Görünür, Köçəryan bu variantdan imtina edir, seçkidə iştiraka üstünlük verir. Bu da onu “Vətənin xilası uğrunda hərəkat”ın dəstəyindən məhrum edir. Müxalifət ya Köçəryanın iradəsi altında olmalıdırlar, ya da buna qarşı çıxmalıdır ki, bu zaman da onların məğlubiyyəti zəmanət altına alınıb. Bu halda Köçəryan parlamentdə ikinci güc olacaq, gələcəkdə onu gücləndirmək ümidi ilə yaşayacaq. Prezident olduğu dönəmdə Köçəryanı hakimiyyətə qaytarmamaq üçün hər şeyi edən və hətta inqilaba yardım edən Sarkisyan isə Köçəryanın təsiri altında qalacağı fikri ilə barışmalı olacaq. Bu planda kifayət qədər abstrakt situasiya yaranır. Belə ki, bir tərəfdən Serj Sarkisyanın Köçəryanı neytrallaşdırmaq üçün kifayət qədər resursu olmur, digər tərəfdən Köçəryana Sarkisyanı neytrallaşdırmaq həddən artıq çətinləşir”. Bütün bunlar Paşinyanın lehinə işləməklə Köçəryanın revanşist planlarının da üzərindən xətt çəkir.

  • Paşinyan sərbəst fəaliyyət imkanı qazanır

Real vəziyyətin təhlili göstərir ki, müxalifərt, o cümlədən Köçəryan tərəfindən ciddi təhdidlə üzləşməyən Paşinyan üçün Azərbaycanla münasibətlərin normallaşması istiqamətində müvafiq addımlar atmaq elə də çətin olmayacaq. Bura ilk növbədə kommunikasiya əlaqələrinin bərpası daxildir. Rus ekspert Stanislav Pritçin “Moskva-Baku” portalına müsahibəsində bunun Ermənistanın özü üçün də vacib əhəmiyyət kəsb etdiyini bildirir: “Təbii ki, Azərbaycan üçün də Naxçıvanla yerüstü rabitənin bərpası vacibdir. İndiki halda Rusiya, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar çərçivəsində dəmir yolu ilə bağlı iki variant nəzərdən keçirilir. Birincisi cənub marşrutudur ki, bu, Azərbaycan üçün çox faydalıdır. Bu, Mehridən keçən ən qısa yoldur. İkinci variant şimal marşrutudur. Ermənistan tərəfi bunda israr edir. Çünki bu, Ermənistanın bütün ərazisindən keçir və bununla da bütün tranzit potensialından istifadə etmək imkanı yaradır. Fikrimcə, ideal olaraq hər iki marşrutdan istifadə etmək yaxşı olardı. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nəticəsində ölkələrin qarşılıqlı iqtisadi əlaqələr və onun çərçivəsində ortaya çıxan bütün pozitiv qərarlar ideal mənzərə yaradır. Yəni Azərbaycan, Ermənistan, Türkiyə arasında sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması və sair. Ermənistanın hər iki ölkə ilə əlaqəsi yoxdur. İndi Ermənistan üçün vəziyyət kökündən dəyişə bilər. Münasibətlərin blokdan çıxarılması və normallaşdırılması ssenarisi ölkənin inkişafı üçün ciddi təkan olacaq”. Ekspert bu halda Paşinyanın ölkə daxilində dəstəyinin əhəmiyyətli dərəcədə artacağaını da qeyd edir. Çünki maddi rifahı yüksələn erməni əhalisi üçün Qarabağ məsələsi çox arxa plana keçəcək.  Bu xüsusda ekspert qeyd edir: “Əvvəllər hamı müharibəyə hazırlaşırdı və ÜDM-nin əhəmiyyətli bir hissəsi silahlanmaya, ordunun hazırlanmasına sərf edilirdi. İndi bununla zorla məşğul olmağa ehtiyac yoxdur. Sabah heç kimin hərbi proqramları dayandırmayacağı aydındır, bu, milli maraqların və strategiyanın bir hissəsidir və hər halda döyüşə hazır silahlı qüvvələrə dəstək vermək lazımdır. Lakin sülh və mehriban qonşuluq şəraitində silahlanma prioritet olmayacaq. Və istər Ermənistan, istərsə də Azərbaycan silahlanmaya ayırdığı vəsaitinin əsaslı hissəsini iqtisadiyyata yönləndirəcək. Çoxtərəfli iqtisadi əməkdaşlığın inkişafı baxımından Dağlıq Qarabağ nizamlanması bölgədəki bütün ölkələr üçün faydalıdır. Rusiya daxil olmaqla”. Məhz belə bir şəraitdə Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlmək niyyətinin də üzərindən birdəfəlik xətt çəkilmiş olacaq. Bura “Qarabağ klanı” da şamil edilir.

  • Paşinyan Bakının dedikləri ilə razılaşmağa məcburdur

Beləliklə, hadisələrin gedişi göstərir ki, indi Ermənistan hakimiyyəti üçün ən məqbul variant Azərbaycanla razılığa gəlməklə normal münasibətlər qurmaqdır. Əslində, erməni iqtidarı üçün başqa çıxış yolu da yoxdur. Bu xüsusda Ermənistanın “Qafqaz” institutunun direktoru Aleksandr İskəndəyan qeyd edir: “Hakimiyyətin çıxış yolları azdır. Qarabağda nə baş verəcəyi bəlli deyil. Təkcə analitiklərə yox, həmçinin Moskvaya, İrəvana, Xankəndiyə bəlli deyil. Müharibə hərbi əməliyyatların başa çatdığı qədər bitib, bundan sonra adətən gələcəkdə regionumuzda necə yaşamaq lazım olduğu barədə hansısa “müqavilə” olur. Regionda yenidən təsnifləşdirmələr var, Ermənistanın isə masaya qoyulacaq heç bir oyun kartı yoxdur. Deməli o, Bakının dedikləri ilə razılaşmalıdır”. Bu şəraitdə Paşinyanın Azərbaycanla razılığa gəlmək istiqamətində əməli fəaliyyəti, yuxarıda qeyd olunduğu kimi onun, eləcə də ölkəsinin xilası baxımından müstəsna əhəmiyyət kəsb edir. Əks təqdirdə, Paşinyanın iqtidardan devrilməsi qaçılmazdır və nəzərə alınmalıdır ki, bu məqsədlə Ermənistanda revanşist qüvvələrin sayı kifayət qədərdir. Bunu Paşinyan da bilməmiş deyil.

Tahir TAĞIYEV  

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ