Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Xocalı genosidinin bu ildönümünə xüsusi məzmun verən fakt - erməni qatillər 28 il sonra müharibə meydanında məhv edildilər...

Image


Ulu babalarımızın min dəfələrlə öz təsdiqini tapan bir sözü var: “Qisas qiyamətə qalmır”. Ulularımızdan miras qalan bu zərbi-məsəl özünü 44 günlük Vətən müharibəsi zamanı da təsdiqlədi, sübut etdi.

1992-ci ilin 26 fevralında Xocalı şəhərində erməni terrorçularının azərbaycanlılara qarşı törətdikləri kütləvi qətliam, soyqırım dünyanın ən dəhşətli hərbi cinayətlərindən biridir. Dərindən araşdırsaq, bəlkə də Xocalı soyqırımına bənzər dinc, əliyalın əhaliyə qarşı ikinci bir qətliam dünya tarixində baş verməyib. Vətən müharibəsinə qədər Xocalı soyqırımını törədənlər öz layiqli cəzalarını almamışdılar. Beynəlxalq birliyin cəzalandırmadığı erməni canilərinin böyük bir qismi Vətən müharibəsinin gedişində müzəffər Azərbaycan Ordusu tərəfindən cəzalandırıldı. Xocalıda azərbaycanlılara qarşı soyqırım törədənləri Paşinyan hökumətinin “qoca könüllülər” adı altında Qarabağ cəbhəsinə göndərdiyi məlumdur. Azərbaycan Ordusu isə “qoca könüllülər”in xeyli hissəsini məhv etdi və bununla da cinayəti cəzasız qoymadı.

Bilirik ki, hərbi əməliyyatlar zamanı Xocalı soyqırımının iştirakçısı olmuş və döyüşlər başlayandan sonra ön xəttə gələn bir qrup erməni hərbçisi məhv edilib. Hərbçilərimiz tərəfindən  Torosyan Radik Papinoviç, Qriqoryan Xaçak Formikoviç, Mayılyan Rubik Hovannisoviç, Badoyan Nver Artaşeviç, Melkonyan Serob Məlikoviç, Matevosyan Lernik Martikoviç, Petrosyan Abet Vrejeviç, Poqosyan Arşavir Aşotoviç, Mnoyan Muşeq Lavrentoviç, Qriqoryan Qaqik Fridonoviç, Sirekanyan Qaqik Vaanoviç, Karapetyan Edo Armenoviç, Becanyan Samvel Borikoviç, Asatryan Simon Geqamoviç, Arakelyan Norayr Vladimiroviç, Aleksandr Harutyunyan, “körpə” ləqəbli Mher Harutyunyan, “qara panter” ləqəbli Rüstəm Qasparyan, Aleksandr Harutyunyan və başqaları məhv edilib. Bu adamlar 1992-ci ildə Azərbaycan xalqına qarşı qətliamlar həyata keçirilərkən işğalçı Ermənistan ordusunda müxtəlif vəzifələri tutublar. Ordumuz tərəfindən öldürülən cinayətkarlar arasında “Martik Kamo” ləqəbli Kamo Nayra da vardı.

Beləliklə, artıq Azərbaycan Ordusu Xocalının, Xocalıda soyqırıma məruz qalan insanlarımızın qisasını alıb.  

Yeri gəlmişkən, Xocalı soyqırımının baiskarlarından biri olan Zori Balayanın Azərbaycanın şanlı qələbəsindən sonra ürəyi partlayaraq ölüb...

Xocalı soyqırımının növbəti ildönümü, əvvəlki illərdən fəqrli olaraq, bu qanlı qətliamı törədənlərin cəzasına çatdırılması faktı ilə yadda qalır.

  • “...günahsız insanlarımızı qətlə yetirən canilərin xeyli qismi ordumuz tərəfindən məhv edilib”

Xocalı canilərinin xeyli hissəsinin 44 günlük Vətən müharibəsində qəhrəman əsgərlərimiz tərəfindən məhv edilməsini şərh edən Azərbaycan Vətəndaş Hərəkatının İdarə heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü bildirdi ki, bu onu göstərir ki, qisas qiyamətə qalmadı və cinayətkarlar gec də olsa öz cəzalarına çatdırıldı. “ Çox önəmli bir məqama toxunmusunuz. Hesab edirəm ki, 28 ildən sonra haqq-ədalət öz yerini tapmış oldu, uşaq, qadın qatilləri, köməksiz, dinc, əliyalın qocaları, mülki əhalini vəhşicəsinə qətlə yetirən cəlladların xeyli hissəsi öz cəzalarına çatdı. Bütövlükdə, 28 il müddətində biz xalq olaraq, həm Azərbaycan vətəndaşları, həm dünya azərbaycanlıları, həm də bizim haqq işimizə dəstək verən xaricdəki insanlar – hüquq müdafiəçiləri, jurnalistlər, diplomatlar Xocalı harayını dünyaya çatdırmağa çalışdıq, o qanlı gecədə qətlə yetirilən, soyqırıma məruz qalan xocalıların başına gətirilən faciəni beynəlxalq ictimaiyyətə təqdim etdik. Bundan da təbii ki, nəticələr əldə olundu. Elə ölkələr, parlamentlər var ki, eləcə ABŞ-da bir çox ştat Xocalı qətliamını soyqırım aktı kimi tanıdılar, bu qətliamı törədənləri qınadılar, bununla bağlı bəyanatlar verildi, Azərbaycan xalqına dəstək ifadə olundu. Bu, diplomatiya, siyasət və hüquqi müstəvidə görülən işlər idi. Təbii, bu bizim ağrı-acımızın üzərinə müəyyən qədər su çiləyirdi ki, səsimiz dünyada eşidilir. Amma qətliamı, soyqırımı törədənlərin əli-qolu açıq azadlıqda gəzməsi, cinayət məsuliyyətinə cəlb edilməməsi bizim günahsız insanların ruhuna, Xocalıya bir təhqir idi. Fikrimcə, 44 günlük Vətən savaşında Azərbaycanın qəhrəman oğulları Xocalı canilərini, bu müharibə cinayətkarlarını, bu quldurları, bu terrorçuları məhv etməklə qətliam qurbanlarının qisasını aldılar və bizim yanan ürəyimizə daha çox su çilədilər. Bununla o günahsız, o məzlum insanların harayı eşidilib, onların ölümqabağı çəkdikləri ah-nalənin qisası alınmış oldu. Mən əli Xocalı soyqırımı qurbanlarının qanına batan müharibə cinayətkarlarını, canilərini məhv edən Azərbaycan əsgərini, zabitini, ordusunu salamlayıram və onların qarşısında baş əyirəm. Çünki lazım olan iş bu canilərin fiziki cəhətdən məhv edilməsi idi ki, bunu da ordumuz müharibə zamanı yüksək səviyyədə həyata keçirdi.

Xocalı soyqırımının növbəti ildönümü ərəfəsindəyik, bu il əvvəlki illərdən fərqlidir, ona görə ki, günahsız insanlarımızı qətlə yetirən canilərin xeyli qismi ordumuz tərəfindən məhv edilib. Bu baxımdan, fikrimcə, soyqırım qurbanlarının narahat ruhu şaddır, bu da həm onların ailə üzvləri, həm də xalqımız üçün böyük bir təsəllidir”.

M.Göyüşlü hesab edir ki, bu həm də indən sonra da azərbaycanlılara qarşı belə bir cinayəti təkrarən həyata keçirməyi ağlından keçirmək istəyən erməni faşistlərinə böyük bir dərs oldu. “Bildiyimiz kimi, ermənilər Xocalı soyqırımının adını belə qoymuşdular ki, guya “Sumqayıt hadisələrinə” görə qisas almaq üçün törədiblər. Bu qətliamı o “hadisə”nin ildönümü ərəfəsində etmişdilər. Eyni zamanda, Xocalı soyqırımını törətməklə Azərbaycan xalqının gözünü qorxutmağa çalışırdılar, müharibənin gedişində üstünlük əldə etmək istəyirdilər və müəyyən qədər də buna nail ola bildilər, bu faciə insanlarımızı sarsıtdı, torpaqlarımızın itirilməsinin səbəblərindən biri kimi özünü göstərdi. Amma 28 ildən sonra Azərbaycan Ordusu Xocalı cəlladlarını məhv etməklə həm qisasımızı aldı, həm də bundan sonra belə cinayətlər törətmək fikrinə düşən cəlladlara böyük dərs vermiş oldu. Həmişə deyirəm, yenə də demək istəyirəm ki, Azərbaycan Ordusu təkcə Ermənistanı məğlub etmədi, yalnız erməni ordusunu məhv etmədi, o, şişirdilmiş mifik erməni “gücü”nü, erməni lobbisini, onun yüzillik planını, erməni faşizmini darmadağın etdi. Ordumuz bu müqəddəs işi yüksək səviyyədə həyata keçirdi və onlara çağırış etmək istəyirəm ki, əgər bir də xalqımıza qarşı terror cinayəti törətməyə cəhd edən erməni cəlladları, caniləri, quldurları onların qarşısına çıxarlarsa, onları yerlərindəcə məhv etsinlər. Ədalət bu cür yerini tapacaq. Yoxsa, hansısa bir beynəlxalq təşkilatın verib-vermədiyi bəyanatla bu məsələ həll olunmur. Müasir dünyada ən güclü dövlətlər, istər ABŞ, istər İngiltərə, istər İspaniya, istər İsrail, istərsə də Türkiyə olsun, teerrorçu, müharibə canisi ilə danışmırlar, onu, sadəcə, məhv edirlər. Bu mənada Azərbaycan Ordusunu alqışlayıram” - deyə M.Göyüşlü bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ