Bazar ertəsi günü, 05 oktyabr 2026
     

Sülhməramlılar gərəkli nəticəni çıxardı - Xankəndiyə buraxılmayan əcnəbilərə “gedin Bakıdan gəlin” deyildi...

Image


Bir müddət əvvələ qədər Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə Ermənistanda akkreditasiya olunan xarici ölkə vətəndaşları, əcnəbi jurnalistlər qanunsuz olaraq səfər edə bilirdilərsə, sülhməramlılar onlara şərait yaradırdılarsa, indi vəziyyət dəyişib. Məlum olduğu kimi, Azərbaycanda akkreditasiya olunmayan xarici jurnalistlər sülhməramlılar tərəfindən daha Qarabağa buraxılmır.

Qeyd edək ki, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan bildirib ki, İrəvanda akkreditasiyadan keçənlərin Qarabağa getməsində ciddi problemlər yaranıb.

M.Minasyan qeyd edib ki, bir neçə gün əvvəl bir qrup fransız jurnalist keçmiş Fransa merlərindən birinin rəhbərliyilə Qarabağa getmək üçün Ermənistana gəlib. Onun sözlərinə görə, nümayəndə heyəti rəsmi icazə aldıqdan sonra Xankəndiyə doğru yola düşüb. Lakin Laçın dəhlizində rus sülhməramlıları onların yola davam etmələrinə icazə verməyiblər. Bəyan ediblər ki, fransızlar Azərbaycan ərazisinə daxil olublar və buna görə də səfərin davam etdirilməsi ilə bağlı Ermənistandan alınan icazə etibarsız sayılır.

Minasyanın dediyinə görə, nümayəndə heyəti heç nə edə bilməyib və İrəvana geri qayıdıb. Onlar Fransa səfirliyinə gəliblər. Fransanın Ermənistandakı səfiri Conatan Lakot isə baş verənlərə aydınlıq gətirməyə çalışaraq baş nazir Nikol Paşinyanla qeyri-rəsmi əlaqə qurub. Baş nazir yanvarın 11-də Moskvada keçirilən üçtərəfli danışıqlar zamanı sözügedən məsələyə dair beynəlxalq media nümayəndələrinin Azərbaycandan akkreditasiya alması barədə razılıq əldə edildiyini və bu məsələlərə qarışmamağın daha yaxşı olduğunu söyləyib. Minasyanın fikrincə, fransız səfirin susmaqdan başqa çarəsi qalmayıb.

  • “Bu o deməkdir ki, artıq Rusiya sülhməramlıları Azərbaycan dövlətinin iradlarından nəticə çıxarmağa başlayıblar”

Məsələni “Bakı-Xəbər”ə şərh edən “Novoye vremya” qəzetinin baş redaktoru, siyasi şərhçi Şakir Ağayev bildirdi ki, bu onu göstərir ki, artıq sülhməramlılar onlara ünvanlanan tənqid və iradlardan nəticə çıxarmağa başlayıblar. “Məsələdən xəbərim var. Ermənistanda akkreditasiya olunan fransız jurnalistlərinin Laçın dəhlizi vasitəsilə Qarabağa keçməsinin qarşısı sülhməramlılar tərəfindən alınıb və göstərilib ki, bura Azərbaycan ərazisidir, bura daxil olmaq üçün Azərbaycan dövlətinin icazəsi olmaldır. Təbii, proseslər getdikcə öz yoluna düşməlidir. Əlbəttə, ilk vaxtlar sülhməramlılar gələndə müharibə yeni bitmişdi və demək olar ki, onların nə işlə, necə məşğul olması bəlkə də tam dəqiqləşməmişdi, bəlkə də dəqiqləşmişdi, amma hələ buna riayət olunmurdu. Fakt odur ki, bu, müharibənin qurtarmasının ilkin dönəmləri idi. Sonda da Azərbaycan  Prezidenti İlham Əliyev həm xalqa yeni il münasibətilə müraciətində, həm də digər müraciət və müsahibələrində qeyd edib ki, Ermənistan ərazisindən Laçın dəhlizi vasitəsilə Azərbaycan torpaqlarına qanunsuz olaraq səfərlər edilir, bunların qarşısı alınmalıdır. Yəni ölkə başçısı sülhməramlılara öz iradını bildirmişdi. Bu o deməkdir ki, artıq Rusiya sülhməramlıları Azərbaycan dövlətinin iradlarından nəticə çıxarmağa başlayıblar və Qarabağa qanunsuz səfər etmək istəyən əcnəbi jurnalistlərə Xankəndiyə Bakıdan gəlməli olduqlarını bildiriblər. Eyni zamanda, bunu tənzimləyən ən əsas məsələlərdən biri 11 yanvarda Moskvada keçirilən üçtərəfli görüş oldu. 11 yanvar görüşündən sonra bu məsələlər artıq tənzimlənməyə və qanuni çərçivəyə düşməyə başlayıb.

Sülhməramlıların son davranışları onu göstərir ki, onların əvvəllər etdiyi hərəkətlər Moskvada Rusiya Prezidenti ilə Azərbaycan Prezidentinin təkbətək görüşündə, üçtərəfli görüşdə də müzakirə edilib. Məlumatdan da belə görünür ki, Paşinyan da bununla razılaşıb və razılaşmaya bilməzdi də. Çünki 2020-ci ildə imzalanan 9-10 noyabr bəyannaməsində də Paşinyan buna imza atıb. Bütün proseslər göstərir ki, artıq bunlar qanuni çərçivəyə düşür”.

Ş.Ağayevin vurğuladığına görə, bəzən bizim cəmiyyətdə müxtəlif məsələlərə münasibətdə tələskənliyə yol verilir. “Amma hamıya məlumdur ki, Azərbaycan Prezidenti hər şeyi hamıdan yaxşı bilir və necə idarə etməyi, necə bu məsələləri qaydasına salmağı, danışıqlar yolu ilə necə həll etməyi hər kəsdən yaxşı bacarır. Son 11 yanvar bəyanatında 4 maddə vardı. Burada kommunikasiyalar, Laçın dəhlizinin statusu və sairlə bağlı məsələlər var. Görünür ki, bu amillərin hamısı öz təsirini göstərir. Müsbət haldır ki, rusiyalı sülhməramlılar artıq öz üzərlərinə düşən öhdəliyi həyata keçirməyə başlayıblar. Təbiidir ki, onlar sülhməramlılardısa və Azərbaycan ərazisində yerləşirlərsə, Azərbaycan qanunları çərçivəsində, eyni zamanda, bəyanatlardan irəli gələn bəndlər əsasında fəaliyyət göstərməlidirlər. Bu yaxşı haldır. Güman edirəm ki, bundan sonra da bu kimi məsələlər üçtərəfli bəyanata uyğun olaraq öz həllini tapacaq. Yavaş-yavaş hər şey qaydasına düşəcək. Mən belə düşünürəm. Bunun başqa adı yoxdur. Məzh bu danışıqlar, bu proseslər Qarabağda yerləşdirilən sülhməramlıların mandatının konkret nədən ibarət olduğunu tədricən yoluna qoyacaq və bu proses belə də davam edəcək” - deyə Ş.Ağayev qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ