çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Milli Prioritetlərdə əsas hədəflərdəndir” - Vüqar Rəhimzadə

Image


“Dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə yeni prioritetlərin müəyyənləşdirilməsini, onların icrası ilə bağlı Dövlət proqramlarının, inkişaf strategiyalarının təsdiqlənməsini bir zərurətə çevirir. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyması Azərbaycanın inkişaf modelinin təkmilləşdirilməsinə yol açdı.

Belə ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi üçün regionların malik olduğu təbii resurslardan səmərəli istifadəyə böyük ehtiyac yarandı ki,  bu da öz növbəsində regional inkişaf proqramlarının qəbulunu şərtləndirdi. Artıq 2004-cü ildən indiyədək 3 Dövlət Proqramının icrası başa çatıb, dördüncü sənədin icrası davam edir. Təbii ki,  yeni-yeni hədəflər müəyyənləşdirildikcə aktual  vəzifələr ortaya çıxır ki, bu da  Dövlət proqramlarının qəbulu ilə tənzimlənir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu sənədlərdən əlavə  qəbul edilən və  icrası istiqamətində mühüm addımlar atılan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda, 12 istiqamət üzrə Strateji yol xəritələri Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini təmin etməklə yanaşı, eyni zamanda, ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır. Buna əmin olmaq üçün Azərbaycanın son 17 ildə əldə etdiyi sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir. Ötən il dünyanı cənginə alan COVID-19 pandemiyası ilə  mübarizə ili olmasına  baxmayaraq, Azərbaycanda  2020-ci ilin  göstəriciləri də  o qədər  narahatlıq doğuran deyildi. Çünki insanların sağlamlığının təminatı ilə bərabər, iqtisadi islahatların daha da dərinləşdirilməsi, sosial layihələrin icrasının  davam etdirilməsi istiqamətində mühüm addımlar atılmış və müvafiq tədbirlər bu gün də davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq 4 sektoru,  20 fəaliyyət sahəsini əhatə edən 10 sosial dəstək  proqramının uğurlu icrası ortaya çıxan çətinliklərin aradan qaldırılmasında mühüm rol oynadı. Sosial dəstək proqramları bir daha təsdiqlədi ki, COVID-19-un yaratdığı problemlərə baxmayaraq, Azərbaycanda  heç bir layihənin icrası təxirə salınmayıb, əksinə əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olub.

Baş redaktor bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas hədəflər Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək, bugünədək 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq idi. Azərbaycanın bu  hədəflərə nail olmaq üçün atdığı addımların nəticəsidir ki, Dünya Bankının hesabatlarında ən islahatçı ölkələr sırasında yer alıb. Bu reytinqlər ölkəmiz üçün qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Bu illər ərzində idarəetmə sistemində təkmilləşmə də uğurlarımızı şərtləndirən amillər sırasındandır. Kadr islahatları, hakimiyyətin hər üç qolunda-icra, qanunvericilik və məhkəmə-hüquq sistemində təkmilləşmələrdə məqsəd dayanıqlı inkişafın təmin olunmasına və vətəndaş məmnunluğunun artırılmasına dəstək verməkdir. Kompleks tədbirlər fonunda qarşıya qoyulan hədəflərin icrası növbəti  məqsədlərin təhlilini zərurətə çevirir.

V.Rəhimzadə günümüzün əsas çağırışlarından biri kimi vətəndaş məmnunluğunun artırılmasını önə çəkərək, dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”, ABAD, DOST layihələrinin icrasına, onların coğrafiyasının genişləndirilməsinə diqqət yönəldib. Baş redaktor  bu fikri xüsusi qeyd edib ki, Azərbaycanın keçdiyi yol  inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir nümunədir: “Əgər dünya artıq inkişafın Azərbaycan modelindən bəhs edirsə və öyrənilməsinin vacibliyi bəyan edilirsə, bu, həyata keçirilən siyasətin uğurlu olmasından, gələcəyə hesablanmasından irəli gəlir. İkinci Qarabağ müharibəsində  dünyaya səs salan hərbi və siyasi Zəfərimiz də uğurlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan ki, ötən  illər ərzində hər bir sahədə gücləndik, beynəlxalq hüquqa əsaslanan xarici siyasətimizin uğurla həyata keçirilməsi nəticəsində haqqın, ədalətin kimin tərəfində olduğunu dünyaya çatdırdıq. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan yeni reallıqlar yaratdı və bu gün həmin reallıqlara uyğun olaraq həm ölkə daxilində yeni hədəflər müəyyənləşdirilir, həm də  bölgədə yeni əməkdaşlıq formatları yaradılır. Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin  “Mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun” fikirləri hər kəsdən, xüsusilə dövlət məmurlarından məsuliyyət hissini artırmağı, müəyyənləşdirilən hədəflərə çatmağa  öz töhfələrini verməyi tələb edir”.

“Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də yeni dövrün reallıqlarına uyğun  prioritetlərin  və onların  icrası mexanizminin müəyyənləşdirilməsinə xidmət edir” söyləyən V.Rəhimzadə qeyd edib ki, artıq ölkəmizin həyatında yeni dövr-quruculuq, bərpa dövrü başlayıb: “İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin görülməsi sistemli şəkildə  həyata keçirilir. Yeni sənəddə də bu məqamlar öz əksini tapır ki, “Qüdrətli dövlət, yüksək rifah” hər zaman həyata keçirilən siyasətin əsasını təşkil edir. Bu reallıq bir daha önə çəkilir ki,  Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır. İşğalçı Ermənistan üzərində tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın  ölkənin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı  inkişafımıza böyük təkan verəcək. Bu çərçivədə bölgədə  təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi mənzərəsinin müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.  Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması da bugünədək həyata keçirdiyi təkmil sosial-iqtisadi islahatlara əsaslanır”. 

Baş redaktor vurğulayıb ki, yeni təsdiqlənən sənədə uyğun olaraq növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair  beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;  dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış;  təmiz ətraf mühit və  “yaşıl artım” ölkəsi. Bu  Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının müəyyənləşdirdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrasında da  xüsusi əhəmiyyət kəsb edir: “Bu gün əsas çağırış işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpa edilməsidir. Bu ərazilərdə bərpa işlərinin həyata keçirilməsinə dost ölkələrin şirkətləri də cəlb edilir. Dövlətimizin başçısı İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün bizə yaxşı tərəfdaşlar lazım olacaq. Bərpa işlərinin o qədər də asan olmadığı belə əsaslandırılır ki,  işğaldan azad olunmuş ərazilərdə  erməni vandalları tərəfindən bütün binalar,  tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib. Dövlətimizin başçısının qeyd etdiyi kimi,  hər şey sıfırdan başlanacaq”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 14:02
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ