Cümə axşamı günü, 12 noyabr 2026
     

Köçkünlər arasında Prezidentin dediyi rəy sorğusunun müstəsna dövlətçilik məqamları...

Image


“Köçkünlər arasında sorğular keçirilməlidir ki, öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox”. Bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: “Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar. Buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək. Ancaq, eyni zamanda, bizdə rəsmi məlumat olmalıdır. Ona görə bu sorğunun keçirilməsi hesab edirəm ki, bir çox suallara cavab verəcək. İndi sorğuda hansı suallar olacaq, onu siz fikirləşin. Əlbəttə ki, ailənin tərkibi, ondan sonra harada işləyirlər, işdən razıdırmı, razı deyilmi, o ailələrin maddi vəziyyəti, maaşları, gəlirləri, onların sahibkarlıq fəaliyyəti vardır, yoxdur, onların arasında işsizlər nə qədərdir, bütün bu suallar verilməlidir. Əsas sual onların öz torpaqlarına qayıtmaq istəkləri ilə bağlı olacaqdır...”.

  • Məhərrəm Zülfüqarlı: “Prezidentin köçkünlər arasında sorğu keçirilməli olduğu ilə bağlı irəli sürdüyü fikir ölkə başçısının humanistliyindən irəli gəlir”

AVCİYA-nın vitse-prezidenti, professor, politoloq Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezidentin bu fikirlərinin böyük dövlətçilik əhəmiyyəti var. Ölkə başçısının bu yanaşması onun humanistliyindən irəli gəlir: “Birincisi, Prezidentin köçkünlər arasında sorğu keçirilməli olduğu ilə bağlı irəli sürdüyü fikir ölkə başçısının humanistliyindən irəli gəlir. Bu, dövlətimizdə insanlara bəslənən humanizmin, qayğı və hörmətin təzahürüdür. Nəyə görə? Çünki vaxtilə Stalinin rəhbərlik etdiyi totalitar rejimdə və ona bənzər ölkələrdə bu köçürülmə məcburi xarakter daşıyardı.

Lakin Azərbaycan həm güclü dövlətdir, həm də Cənubi Qafqazda iqtisadi, siyasi və sair cəhətdən ən inkişaf etmiş ölkədir. Ona görə də Prezidentin bu təklifini tamamilə əsaslı və haqlı hesab edirəm. Bəli, Prezidentin dediyi kimi, köçkünlər arasında sorğu keçirilməlidir. Bu proses birdən-birə baş verə bilməz ki, torpaqlar işğaldan azad olunub və hamı tezliklə köçməlidir. Köçkünlər arasında sorğu keçirilməlidir və hansı insanlar ki, ürəkdən öz ata-baba yurdlarına getmək istəyir, ilk növbədə, onlar köçürülməlidir. Gərək əvvəlcə həmin ərazilərimiz minalardan təmizlənsin, tam təhlükəsiz vəziyyətə gətirilsin, evlər bərpa olunsun, sonra bu proses baş versin. Hesab edirəm ki, orada həyat inkişaf etdikcə, infrastruktur məsələsi öz həllini tapdıqca, insanların qayıdışı öz axarı ilə gedəcək. Hətta bəzi rayonlarda ki, işsiz insanlar var, həmin insanlar da Qarabağa gedəcəklər. Məndə olan məlumata görə, dövlətin bununla bağlı böyük proqramı var, işğaldan azad edilən ərazilərimizə investisiya qoyuluşu nəzərdə tutulur, orada normal iş şəraiti olarsa, insanlar oraya gedib yaşamağa ürəkdən razı olarlar. Fikrimcə, bu məsələnin tarixi dövlətçilik əhəmiyyəti çox böyükdür və bunu köçkünlərimiz də yaxşı anlayırlar”.

M.Zülfüqarlı qeyd etdi ki, köçkünlərin bir hissəsi Azərbaycanın digər yerlərində, o cümlədən də Bakıda və başqa şəhərlərimizdə artıq məskunlaşıblar, ev-eşik qurublar, iş yerləri var, bundan başqa, o torpaqları görməyən yeni nəsil yaranıb. M.Zülfüqarlı hesab edir ki, sorğu ilə yanaşı, həm də təbliğat işləri aparılmalıdır: “Köçkünlər arasında sorğular aparılmaqla yanaşı, həm də təbliğat işinə start verilməlidir, vətənpərvərlik hissləri daha güclü şəkildə təbliğ edilməlidir ki, o torpaqları görməyən gənc nəsil ora qayıtmaq istəsin. Ata-babalarının yurduna, ulularının məzarı olan o torpaqlara qayıtmaları üçün gənc nəslin milli vətənpərvərlik ruhu gücləndirilməlidir. Hesab edirəm ki, bu proses mərhələ-mərhələ həyata keçirildikdən sonra insanların azad olunmuş ərazilərə qayıtmasında heç bir problem olmayacaq”.

  • Əkbər Qoşalı: “Bu, dövlət başçısının öz xalqına, vətəndaşına inamının ifadəsidir”

Milli QHT Forumu İH üzvü, yazıçı-publisist Əkbər Qoşalı bildirdi ki, Vətən müharibəsində qazandığımız zəfərlə son 30 ilə yaxın dövrün ən böyük təntənəsini yaşamışıq və bu müharibədə ordumuz, xalqımız, dövlətimiz qalib gəlib. “Əlbəttə, bu gün ən aktual məsələ azad edilmiş torpaqlarda infrastrukturun bərpası və köçkünlərimizin öz doğma dədə-baba yurdlarına köçünün, böyük qayıdışının təşkil edilməsidir. Dövlət başçısı əvvəllər də böyük qayıdışın dövlətin planı və proqramı olduğunu ayrı-ayrı müşavirələrdə, toplantılarda bildirmişdi. Bu barədə ictimaiyyət məlumatlanıb. İndi isə bilavasitə bu prosesin həyata keçirilməsinə başlanır. 2016-cı ilin aprelində baş verən döyüşlərdən sonra bilirsiniz ki, Cocuq Mərcanlıda sürətlə məskunlaşma həyata keçirildi, dövlətimiz bu işi çox yüksək səviyyədə gerçəkləşdirdi. İndi isə cənab Prezident haqlı olaraq bildirir ki, köçkünlər arasında sorğu keçirilsin. Fikrimcə, bu, dövlət başçısının öz xalqına,vətəndaşına inamının ifadəsidir və Prezident o sorğudan çıxan nəticəni aydın şəkildə təsəvvür edir. Amma bütün hallarda, bu sorğu daxili auditoriyaya yox, beynəlxalq ictimaiyyətə göstərəcək ki, xalqımız, köçkünlərimiz necə mütəşəkkil şəkildə öz dədə-baba yurdlarına, torpaqlarına qayıtmaq istəyirlər. Mən buna əminəm ki, belə də olacaq. O sorğudan çıxacaq yüksək faizi mən indidən təsəvvür edirəm. Buna heç bir şübhəm yoxdur. İnanıram ki, məhz cənab Prezident də həmin fikri irəli sürməklə buna heç bir şübhəsinin olmadığını irəli sürüb. Əlbəttə, bizim keçmiş məcburi köçkünlərimiz, dəyərli qardaş və bacılarımız öz doğma torpaqlarına qayıtmaqla bağlı sorğuya “qayıtmaq istəyirik” cavabını verəcəklər. Bizim buna şübhəmiz yoxdur. O torpaqlara qayıtmaq yalnız yaşayış yerini dəyişmək yox, ruhun bərpasıdır, yaddaşımızın oyanmasıdır, bizim haqq dünyasında olanlarımızın ruhunun şad olması, şəhidlərimizin öz canını qurban verdiyi ideallara sayğının, hörmətin nəticəsidir. Biz bunu hər bir köçkün vətəndaşımızdan gözləyirik və bu gözləntimizdə dərin inam içindəyik. Dövlətimiz var olsun, bayrağımız uca olsun! Şəhidlərimizə rəhmət, yaralı qazilərimizə şəfa diləyirəm” - deyə Ə.Qoşalı bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:41
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:59
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - FOTO

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ