“Worldometers.info/coronavirus/” saytında yer alan məlumatlara görə, milyon əhaliyə düşən koronavirusdan yoluxanların sayına görə Qətər dünyada birinci yerdədir (41 393), Fransız Qvianası ikinci (29 174), Bəhreyn üçüncüdür (28 265). Dünyadakı milyon əhaliyə düşən ölüm sayına görə San Marino liderdir (1237). Belçika ikinci (860), Peru (818) üçüncü yerdədir.
Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 22 885 368-dir. Hazırda 6553209 nəfər müalicə olunur, onlardan 61845 (1%) ağır və ya kritik vəziyyətdədir.
Ermənistan milyon əhaliyə düşən koronavirusa yoluxanların sayına görə dünyada 13-cü yerdədir. Bununla belə, Ermənistan milyon əhaliyə görə ölənlərin sayına görə dünyada 21-ci yerdədir. Pandemiya başlayandan bəri Ermənistanda 42 825 koronavirus infeksiyası qeydə alınıb. Bu günə qədər ölkədə bu virusdan ölənlərin sayı 854-dür. Bu göstəriciyə görə, ölkə hazırda dünyada 54-cü yerdədir. Birinci yeri ABŞ (5 746 534), ikinci yeri Braziliya (3 505 097), üçüncü yeri Hindistan (2 910 032) tutur.
Erməni mediası yazır ki, dünyanın bir sıra ölkələrində virusa yoluxanların və bundan ölənlərin sayında azalma tendensiyası müşahidə olunduğu halda, 3 milyon əhalisi olan Ermənistanda bunların heç biri yoxdur. Yəni nə yoluxanların, nə də ölənlərin sayı azalır. Bütün bunlar isə onu göstərir ki, pandemiya ölkədə dayanmadan genişlənir və hökumət bunun qarşısında acizdir.
“Bunun nəticəsidir ki, ölkədə sanitar-epidemioloji vəziyyət hər keçən gün daha da pisləşir”
Məsələyə münasibət bildirən tibb üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyevin sözlərinə görə, Ermənistanda pandemiya ilə bağlı vəziyyətin ağırlaşması bir sıra amillərlə bağlıdır: “Ermənistanın bərbad iqtisadiyyatı, məhdud resursları ölkəni pandemiya qarşısında aciz duruma salıb. Ermənistanda koronavirus pandemiyası səbəbindən getdikcə ağırlaşan vəziyyət hakimiyyət üçün əlavə problemlərə yol açmaqdadır. Ölkə iqtisadiyyatı pandemiyanın təsiri altında turizm gəlirlərindən məhrum olub, aşağı qiymətlərə görə dağ-mədən sənayesi xammalı ixracının və emiqrantların pul köçürmələrinin azalmasından boğulur. Hökumət pandemiya ilə mübarizəni təşkil edə bilmir. Bunun nəticəsidir ki, ölkədə sanitar-epidemioloji vəziyyət hər keçən gün daha da pisləşir. Ermənistan əhalisinin sayı az olsa da, virusa yoluxanların sayı daha çoxdur. Virusla mübarizə həm də xərc tələb edən məsələdir. Ermənistan, necə deyərlər, tula payı ilə yaşayan ölkə olduğuna görə bu ehtiyacları qarşılamaq gücündə deyil. Digər tərəfdən, bu millət qayda-qanuna riayət etmək xüsusiyyətinə malik deyil. Çünki bunların xisləti belədir. Bütün bunların üst-üstə düşməsi səbəbindən ölkədə pandemiya ilə bağlı vəziyyət ağırlaşmaqdadır”.
Ekspertin fikrincə, payız mövsümündə Ermənistanda koronavirusla bağlı vəziyyətin daha da pisləşəcəyi gözlənir.
Vidadi ORDAHALLI