26/05/2020 00:29
728 x 90

Paşinyanın əlində koronavirus fürsəti - fövqəladə vəziyyət uzadıldı, məcburi istefadan yayınmağın üsulu...

img

Ermənistan koronavirusun yayılmasının qarşısını almaq üçün fövqəladə məhdudiyyətləri uzadıb. Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib. Təxminən 3 milyon əhalisi olan Ermənistan Cənubi Qafqaz bölgəsində faiz nisbəti ilə ən yüksək təsdiqlənmiş yoluxma sayına malikdir. Ölkə rəhbərliyi deyib ki, vəziyyəti tam nəzarət altında saxlamaq üçün bu addımı atırlar. Qeyd edək ki, Ermənistan bir ay davam edən fövqəladə vəziyyət elan etmişdi və daha sonra əksər müəssisələrin bağlanması və sərbəst hərəkəti məhdudlaşdırmaq üçün fövqəladə məhdudiyyətləri sərtləşdirildi. Yalnız ərzaq mağazaları, apteklər və bankların açıq qalmasına icazə verilib.

Ermənistanın digər region ölkələrindən fərqli olaraq karatin deyil, fövqəladə vəziyyət elan etməsinin və bununda müddətinin uzadılmasının kökündə hansı səbəblər dura bilər?

Samir Adıgözəlli:“Ermənistanda fövqəladə rejimin sərtləşməsi, uzadılması daha çox Paşinyan hakimiyyətinin qorunmasına hesablanıb, nəinki koronavirusla mübarizəyə”

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son statistik məlumatlara görə, Ermənistanda 822 yoluxma qeydə alınıb, onlardan 7-si ölüb:”Qeyd edək ki, koronavirusla bağlı test Ermənistanda çox məhdud sayda insan arasında aparılıb və ilkin nəticələrə görə, yoxlanılan hər 10 adamdan birində yoluxma qeydə alınıb. Ermənistan kimi ölkədə əhalinin hamısı testdən keçirilsə vəziyyətin daha da acınacaqlı olduğu üzə çıxar. Bu səbəbdən də Paşinyan hakimiyyəti maksimum dərəcədə statistikanı gizlətməkdə maraqlıdır. Çünki iqtisadiyyatı bərbad olan Ermənistanın bu pandemiyanın öhdəsindən gəlməyə gücü qalmayıb. Elementar tibb işçiləri belə çatmır. Bununla bağlı rəsmi müraciət etdilər ki, təqaüddə olan tibb işçiləri qayıdıb işləri ilə məşğul ola bilərlər. Bundan əlavə, adi dolanışıq səbəbindən Ermənistanı tərk edib, yaxın MDB ölkələrinə üz tutan vətəndaşların da hissə-hissə ölkəyə dönüşü reallaşır. Onların da sayı az deyil. Bu sayda vətəndaşı karantin altında saxlamağa Ermənistanın şəraiti belə yoxdur. Karantindən sonra isə həmin adamlar minimal dolanışıq istəyəcəklər. Ermənistanın sanballı dəstək proqramı elan etməyə qüdrəti yoxdur. Azərbaycanın elan etdiyi sosial paketlərin həcmi 3 milyarda yaxınlaşıb. Təbiidir ki, ermənilərdə bu resurslar yoxdu. Artıq Paşinyan rəsmən bir neçə ünvandan kömək istəyib. Ermənistanda hakimiyyət xalqın qəzəbindən çox ehtiyat edir. Paşinyan bilir ki, inqilab zamanı verdiyi vədlərin heç birini yerinə yetirə bilməyib. Qəzəbli kütlənin maddi durumu daha da pisləşir və hər an ölkədə ona qarşı yeni inqlab baş qaldıra bilər. Bu baxımdan da, Ermənistanda fövqəladə rejimin sərtləşməsi, uzadılması daha çox Paşinyan hakimiyyətinin qorunmasına hesablanıb, nəinki koronavirusla mübarizəyə”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər