Bazar ertəsi günü, 02 noyabr 2026
     

Qondarma rejimdə “seçkilər” Ermənistan üçün ciddi başağrısına çevrilir - dünya mediası İrəvanın beynəlxalq nüfuzunu yerlə bir etdi

Image


İşğal edilmiş Azərbaycan ərazilərində 2020-ci ilin 31 mart tarixində “prezident və parlament seçkiləri” adı altında növbəti “seçki şousu”nun təşkil edilməsi iki istiqamətdə Ermənistan üçün sərt zərbə oldu. Əvvəla, beynəlxalq ictimaiyyət bu qondarma “seçkiləri” sərt şəkildə tənqid etdi. Ikinci məqam ondan ibarət oldu ki, baş nazir Nikol Paşinyan zəbt edilmiş ərazilərdə hələ “Qarabağ klanına” qalib gəlmək iqtidarında olmadığını istər-istəməz göstərmiş oldu.

Yuxarıda qeyd olunduğu kimi, əvvəla, bu “seçkilər” beynəlxalq miqyasda sərt tənqid hədəfinə çevrildi. Dünya bəyan etdi ki, Dağlıq Qarabağ bölgəsində təşkil olunan qondarma "seçkilər" Azərbaycan Konstitusiyasını pozur və bu baxımdan hər hansı hüquqi qüvvəsi yoxdur. Beynəlxalq və regional təşkilatlar, o cümlədən Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, GUAM, Türk Şurası, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri, çoxsaylı dövlətlər bu qondarma "seçkiləri" pisləyən və onların hər hansı hüquqi əsasının olmadığını vurğulayan bəyanatlarla çıxış etdilər. Bu təşkilatların və dövlətlərin hər biri öz prinsipial mövqelərini bir daha ifadə etdilər. Onlar Ermənistana ərazilərin zor gücünə əldə edilməsinin legitim ola bilmədiyinə, torpaqların işğalının beynəlxalq tanınma əldə etmək və ya hüquqi statusun dəyişdirilməsini qəbul etdirmək üçün istifadə olunmasının mümkünsüzlüyünə dair qəti mesaj verdilər. Elə bu da beynəlxalq miqyasda Ermənistan üçün növbəti zərbə oldu. Dünya mediasında hələ də sözügedən məsələ ilə bağlı yer alan materiallar da Ermənistanın ciddi səhvə yol verdiyini aydın nümayiş etdirir. Məsələn, İtaliyanın nüfuzlu “Askanews” və “Agenzia Nova” informasiya agentlikləri, “Notizie Geopolitiche” onlayn qəzeti, “Yahoo Notizie” xəbər saytı, “Giornale Diplomatico” və “Eurasianews” xəbər portalları Azərbaycanın işğal edilmiş ərazilərində martın 31-də keçirilmiş qondarma “seçkilər”i pisləyən məqalələr dərc edib. Yazılarda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun işğalına gətirib çıxardığı və həmin ərazilərdəki yerli əhalinin doğma yurdlarından didərgin salındığı bildirilib. Sözügedən ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmənin həyata keçirildiyi, orada bir azərbaycanlının belə qalmadığı, işğal olunmuş torpaqlarda Ermənistan tərəfindən yaradılmış qondarma rejimin təcavüz və irqi ayrıseçkiliyin nümunəsi olduğu diqqətə çatdırılıb. Məqalələrdə Azərbaycan ərazilərinin hərbi işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda qanunsuz rejim tərəfindən sözügedən qondarma “seçkilərin” keçirilməsinin Azərbaycan Respublikası Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən insan hüquqları və beynəlxalq humanitar hüququn normalarını açıq şəkildə pozduğu qeyd olunub. Habelə, məlumatlarda bu qondarma “seçkilər”in Ermənistanın işğalçı siyasətinin nəticələri və ilhaq istəklərini özündə əks etdirən ardıcıl tədbirlərdən biri olduğu bildirilir və bunun Ermənistanın status-kvonun saxlanılmasında və silahlı münaqişənin siyasi həllinin tapılmasında maraqlı olmadığı, təxribatlar və gərginliyin artırılması yolunu tutduğunun əyani sübutu olduğu diqqətə çatdırılır. Sonda İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi tərəfindən xarici səfərlərlə əlaqədar olaraq vətəndaşlara xəbərdarlıqları özündə əks etdirən müvafiq veb-səhifəyə keçid verilməklə işğal edilmiş ərazilərə səfər etmək və qondarma “seçkilər”də iştiraka dəvət olunan hər kəs üçün Azərbaycana məxsus beynəlxalq səviyyədə tanınan bir əraziyə - Dağlıq Qarabağa girişin beynəlxalq hüquq pozuntusu olması, Azərbaycanda arzuolunmaz şəxslər siyahısına daxil edilməklə nəticələnəcəyi barədə oxuculara məlumat verilir. Eyni mövqeyə bir sıra digər nəşrlərdə də rast gəlmək olar. Məsəslən, Malayziyanın aparıcı informasiya agentliyi olan BERNAMA da Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan ərazilərində keçirilən seçkilər barədə məqalə yayıb. “Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən “seçkilər” beynəlxalq hüququn pozulmasıdır” sərlövhəli yazıda qeyd olunur ki, ərazilərin Ermənistan tərəfindən işğalının və orada etnik təmizləmənin davam etdiyi bir vaxtda bölgədə qondarma “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasının, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin tam pozulmasıdır. Həmçinin BMT Nizamnaməsini, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktını və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini açıq şəkildə pozan bu “seçkilər” heç bir hüquqi qüvvəyə malik deyil.

Bildirilir ki, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi güc tətbiq edilməsini və bunun nəticəsində ərazilərinin işğalını davamlı olaraq qətiyyətlə pisləyir. Dağlıq Qarabağ regionunda seçkilərin yalnız Azərbaycanın Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin iştirakı ilə keçirilməsinin mümkünlüyü xüsusi vurğulanır. Qeyd edilir ki, burada seçkilər yalnız Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, bu torpaqlardan didərgin salınmış azərbaycanlı əhalinin öz doğma yurdlarına qayıtmasından, həmçinin bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra mümkün ola bilər. Diqqətə çatdırılır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.

Beləliklə dünya qəbul edir ki, bu qanunsuz “seçkilər” heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanına bilməz. Kimin hansı münasibətdə olmasından asılı olmayaraq, Ermənistan tərəfindən “seçkilər” adı verilən bu hadisə beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərin ərazi bütövlüyü prinsiplərinə kəskin şəkildə ziddir. Hesab edilir ki, bu “seçkilər” məqsədli təxribat, Qafqazda sülh və sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdiddir. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, “seçkilər” “Qarabağ klanı”  ilə Nikol Paşinyan iqtidarı arasında qarşıdurmaının da davam etdiyini göstərir. Ermənistanın “1in.am” saytı bu xüsusda yazır: “Beləliklə, Dağlıq Qarabağda 31 martda keçirilən “seçkilərin” ilkin nəticələri açıqlanıb. Bu nəticələrə görə, seçkinin liderləri sabiq “baş nazir” Araik Arutyunyan və “xarici işlər naziri” Masis Mailyandır. Rəsmi yekun nəticələr elan olunmasa da, demək olar ki, “prezident seçkilərinin” ikinci turu olacaq. Ümumiyyətlə, Qarabağda ikinci turun olacağına yetərli dərəcədə yüksək ehtimalla baxılırdı. Və ikinci tura çıxacaq namizədlər olaraq da məhz bu iki şəxs görülürdü.

Söhbət ikinci turdan gedirsə, burada koronavirusla bağlı vəziyyətin necə olacağı, əlbəttə, əhəmiyyətlidir. Birinci turun keçirilməsi “seçkilərin” təxirə salınması çağırışları ilə müşayiət olundu, lakin siyasi qərar dəyişmədi. Bu dəfə durum necə olacaq? “Seçkilərin” təxirə salınması çağırışı ilə ilk dəfə adı Serj Sarkisyan və Robert Köçəryanla assosiasiya olunan Vitali Balasanyan çıxış etmişdi. Serj Sarkisyan və Robert Köçəryanın komanda üzvləri aktiv şəkildə Vitali Balasanyanı dəstəkləyirdilər. Qarabağ “prezidentliyinə” namizədlərdən biri isə bəyan etmişdi ki, Vitali Balasanyanın ofisində Robert Köçəryanın portreti asılıb. Başqa sözlə, Balasanyanın bəyanatı nəzərə alınarsa, bu assosiasiya heç də fərziyyə deyildi, yəqin ki, reallıq idi. Beləliklə, həqiqətən demək olarmı ki, Qarabağın keçmiş hakim sistemi Vitali Balasanyanın timsalında seçkilərdə məğlub olub? Belədirsə, o halda sual yaranır: “Bu qanad “seçkilərin” təxirə salınması ilə bağlı özünü bundan sonra necə aparacaq?” Bu tələbi irəli sürərək və ya ümumiyyətlə “seçkilərin” nəticələrinin ləğv edilməsi gündəliyi ilə daha aqressiv hərəkətlərə baş vuracaqmı? Bunlar cari durumla bağlı yarana biləcək suallardır.

Eyni zamanda məsələnin başqa tərəfi də mövcuddur. Geniş qəbul olunan belə bir fikir var ki, keçmiş hakim sistemin namizədi Qarabağın zəngin adamlarından biri olan, 10 ilə yaxın “baş nazir” işləyən Araik Arutyunyandır. O, İrəvana münasibətdə, çox güman ki, yalnız taktiki mülahizələrə görə loyal siyasət izləyib. Arutyunyan “məxməri inqilab”dan dərhal sonra Ermənistanda gedən dəyişikliklərə, həqiqətən, xüsusi loyallıqla yanaşıb. Bunun siyasi taktika olması şübhəsizdir, keçmiş hakim sistemin taktikası olub-olmaması isə, əlbəttə, sualdır. Belədirsə, onda belə çıxır ki, keçmiş hakim sistem ikinci turda Arutyunyanın qələbəsini təmin etmək üçün tam səfərbər olunacaq. Qarabağda  keçiriləcək ikinci turdan öncə İrəvandan necə bir siyasi siqnalın gələcəyi də çox vacibdir. Əlbəttə, virusun İrəvandan Qarabağa  yayılmaması mühümdür, çünki bu, “seçkilərin” ikinci turunun keçirilməsinin təminatıdır”. Bunlar həm də “Qarabağ klanı”nın zəbt edilmış ərazilərdə Paşinyana müqavimətini davam etdirdiyini, bunun isə konfliktin gedişinə öz təsirini mütləq şəkildə göstərəcəyini deməyə əsas verir.

Tahir TAĞIYEV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ