Cümə axşamı günü, 08 oktyabr 2026
     

Diyarşünaslıq muzeylərinin idarəçiliyinin mərkəzləşdirilməsi - muzeylər arasında qəribə “alış-veriş” barədə söz-söhbətlər dolaşır

Image


Azərbaycanın bölgələrində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərində bir sıra nöqsanların olduğu barədə dəfələrlə məlumatlar, fikirlər yayılıb. Ümumiyyətlə, bir sıra tarix-diyarşünaslıq muzeylərinə elə də ciddi nəzarət edilmədiyi, rayon rəhbərliklərinin, eləcə də Mədəniyyət Nazirliyinin aidiyyəti qurumlarının bu müəssisələrə diqqət göstərmədiyi, burada baş verən prosesləri izləmədiyi də bildirilir.

Hətta belə iddialar var ki, muzey direktorları öz aralarında razılaşaraq eksponat “alış-verişi” də həyata keçirirlər. Tutalım, Azərbaycanın Gəncə ərazisində tapılan və yerli diyarşünaslıq muzeyinin ekspozisiyasında, yaxud da fondunda olmalı olan bəzi eksponatlar bəzən Lənkəran, yaxud Şamaxı və s. tarix-diyarşünaslıq muzeylərində peyda olur. Tədqiqatçılar muzeylərdə işləyərkən bu halı dəfələrlə aşkarlayıblar. Hətta biz özümüz də bu mövzu ilə əlaqədar yazı vermişik.

Qeyd edək ki, son günlər tarix-diyarşünaslıq muzeylərinin mərkəzləşdirilmiş qaydada idarə edilməsi gündəmə gəlib. Bəzi mütəxəssislər fikrincə, tarix-diyarşünaslıq muzeyləri Mədəniyyət Nazirliyinin yerlərdəki müvafiq qurumlarının deyil, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Tarix Muzeyinin subyekti kimi fəaliyyət göstərməlidir ki, bu muzeylərə nəzarət mərkəzləşdirilmiş qaydada edilsin. Bir çox hallarda rayon tarix-diyarşünaslıq muzeylərində baş verən neqativ hallar bu məsələni aktuallaşdırıb.

  • Fərhad Quliyev: “Artıq vaxtı çatıb ki, bütün diyarşünaslıq muzeyləri Milli Azərbaycan Tarixi Muzeyinin tərkibinə daxil edilsin”

Yeri gəlmişkən, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev də öz “Facebook” hesabında maraqlı bir məsələyə toxunub: “Mədəniyyət Nazirliyi bizim qazıntıların nəticələrindən çıxış edib muzeyləri təşkil edirlər. Lap yaxşı, bu belə də olmalıdır. Biz bölgənin yeni yaranan muzeylərinin tərtibatı üçün apardığımız çöl araşdırmalarından olan maddi mədəniyyət nümunələrinin bir qismini bölgə muzeylərinə verməliyik. Amma hər dəfə deyirik ki, ölkəmizin tarixi ilə bağlı bütün məsələlərlə bağlı bizə müraciət edin. Hətta tariximizin müxtəlif dövrlərinə aid xəritələrlə də bağlı. Lakin, həmişə olduğu kimi, materiallarımızı götürür və digər tərtibat işlərinə gəldikdə öz prizmalarından çıxış edirlər. Mövcud vəziyyətdən çıxış yolu birdir. Artıq vaxtı çatıb ki, bütün diyarşünaslıq muzeyləri Milli Azərbaycan Tarixi Muzeyinin tərkibinə daxil edilsin”.

  • Fariz Xəlilli: “...tarix-diyarşünaslıq muzeylərinin yükləri ilə yüklənməsi doğru yanaşma deyil”

MİRAS - Milli İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli isə hesab edir ki, tarix-diyarşünaslıq muzeylərinin Milli Tarix Muzeyinin tərkibinə verilməsi düzgün deyil. “Tarix-diyarşünaslıq muzeyləri mərkəzləşdirilmiş qaydada idarə oluna bilməz. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin idarəsi var ki, tarix-diyarşünaslıq muzeyləri və Bakıdakı bəzi muzeylər o quruma  tabedir. AMEA-ya aid olmayan muzeylər Mədəniyyət Nazirliyi tərəfindən idarə olunur. Bununla əlaqədar qanunvericilik də var. Amma hansı şəkildə idarə olunur, bütün təlimatlar yerinə yetirilirmi, bunlar başqa məsələlərdir. Çünki muzeylərin ekspozisiyalarının idarə olunması ilə əlaqədar fondlar da var. Niyə yaxşı idarə olunmur? Bu başqa məsələdir. Yəni tarix-diyarşünaslıq muzeyləri başlı-başına deyil, onlar vahid idarəçiliyə tabedirlər. Burada problem bu tarix-diyarşünaslıq muzeylərinin kadr problemidir. Cənab Prezidentin Tovuzdakı tarix-diyarşünaslıq muzeyindəki xəritə ilə bağlı iradları bu işləri görənlərin peşəkar deyil, həvəskar şəkildə iş gördüklərini göstərir. Ehtiyac olarsa, tarixçilər məsləhətçi kimi tarix-diyarşünaslıq muzeylərinə dəvət edilməlidirlər. Məsələn, bir film çəkilir və vacib deyil ki, filmi çəkənlər tarixçi olsunlar, amma bu filmin məsləhətçisi olur. Eləcə də muzeylərin ekspozisiyası qurularkən, fondları formalaşdırılarkən mütəxəssislər dəvət olunurlar. Milli Azərbaycan Tarixi Muzeyinin öz fondunun qorunmasından tutmuş, ekspozisiyasının qurulmasına qədər yetərincə problemi var. Deyim ki, Milli Tarix Muzeyi muzey standartlarını tam yerinə yetirən bir qurum deyil. Çünki dünyanın bir çox muzeyi artıq onlayn fəaliyyət göstərir, virtual muzeyləri var. O vaxt italyan dizaynerlər orada işləyərkən təklif edilən multimedia məsələlərinin hamısı yarımçıq qalıb. Ümumiyyətlə, heç olunmadı da. Məsələn, Tarix Muzeyinin internet səhifəsinə daxil olsanız, siz muzeyin içərisini tamamilə görə bilməyəcəksiniz, 360 dərəcə gəzə bilməyəcəksiniz. Amma əksər muzeyin, 1, 2, 3 nömrəli muzeylərin dünyada ekspozisiyalarını rahat şəkildə virtual olaraq gəzmək mümkündür. Fondları da darısqal otaqlardadır. Milli Tarix Muzeyi hələ öz problemlərini həll edə bilmədiyi bir halda, üstəlik, tarix-diyarşünaslıq muzeylərinin yükləri ilə yüklənməsi doğru yanaşma deyil. Bəli, tarix-diyarşünaslıq muzeylərinin problemlərini aid olduqları qurum doğru şəkildə həll etməlidir. Yəni mənim namizədlik işim də məhz bununla əlaqədar olub. Bu yaxınlarda mən fondların bir mərkəzdən idarə olunması, Milli Arxeolgiya Fondunun yaradılması ilə bağlı Prezident Administrasiyasına və Milli Elmlər Akademiyasına təkliflər vermişdim. Çox təəssüf edirəm ki, məktub elə monopoliya yaratdığını qeyd etdiyim Arxeologiya və Etnoqrafiya İnstitutunun özünün üstünə göndərilib, onların rəyi alınaraq mənə göndərilib. Cavab təbii ki, məni qane etmədi. Yenidən aidiyyəti qurumlara belə bir məktub ünvanlamağı düşünürəm” - deyə F.Xəlilli bildirdi.

F.Xəlilli bəzi diyarşünaslıq muzeyləri rəhbərlərinin öz aralarında eksponat “alış-verişi” etməsi ilə bağlı iddialar haqqında da fikir bildirdi. “Bu yanlış məlumatdır. Hər hansı bir muzey direktoru öz inventarına daxil olmuş materialı başqa muzeylərə verə bilməz, bu cinayətdir. Amma dediyiniz hal var, bu əsasən Arxeologiya və Etnoqrafiya İnstitutunun fondu ilə bağlıdır. Bəli, onların haqqı da var ki, eksponatları bölgələrə göndərsinlər. Amma yanlış olaraq bəzən, məsələn, Daşkəsənin materialını Bakıya verirlər və yaxud Bərdəyə başqa materiallar göndərirlər. Yəni belə yanaşmalar olub. Bakıdakı bir çox muzeyə getmiş olsanız, baxıb görəcəksiniz ki, heç Bakıya aidiyyəti olmayan  materiallar orada nümayiş olunur. Amma bu, tarix-diyarşünaslıq muzeylərinin direktorları səviyyəsində həll olunan məsələ deyil. Məsələn, Lerikdən Şamaxıya gətirilən daş-qoç heykəllər vardı ki, bu eksponatların ora gətirilməsini, bildiyim qədər, icra başçıları akademiyanın aidiyyəti institutunun əməkdaşlarının “məsləhəti” ilə öz aralarında həll ediblər. Təəssüf ki, belə bir yanlış rəy var, bir adam akademiyada işləyirsə, demək, o peşəkardır. Qeyd edək ki, akademiyanın da çoxlu qeyri-peşəkar əməkdaşı var. Yəni orada yetərincə “ölü canlar” var. “Ölü canlar”ın da belə məsləhəti gəlib nəticədə belə diletant vəziyyətlər yaradır” - deyə F.Xəlilli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ