Cümə axşamı günü, 08 oktyabr 2026
     

Xeyrəddin Qoca 70-ə gəlib çatdı...

Image


Müasirlərimiz olan yazıçılara, dramaturqlara, xüsusən də satirik qələm ustalarına çox zaman Mirzə Cəlilin, Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin, eləcə də digər dahilərin davamçısı kimi baxırıq.

Bəzən bizə elə gəlir ki, çağdaş satiriklər, dramaturqlar o böyük şəxsiyyətlərin yarımçıq qalan sözünü yazırlar, yarıda qırılan fikirlərini davam etdirirlər. Bu missiyanı daşımasalar belə, biz onlara bəzən bu şəkildə yanaşırıq. Bəlkə bu ondan doğur ki, 100 il əvvəl dahilərin tənqid edib, yana-yana qələmə aldıqları problemlər bu gün də mövcuddur, bu gün də o problemləri qələmə alıb yazanlar var. Qələmin də “ürəyi” daşdan deyil ki, xalqın, cəmiyyətin dərdini yana-yana yazır, “ürəyi” daş olsaydı, yazmazdı.

70 yaşını qeyd etməyə hazırlaşdığımız yazıçı-dramaturq, publisist Xeyrəddin Qocanın “Biz bizə bənzərik...” kitabı bizim özümüzdən əvvəlkilərə bənzəyişimizi, onların yaşadıqları problemləri təkrarən yaşamağımızı özümüzə göstərən bir aynadır.

X.Qocanın yazdıqları hər zaman aktualdır. Xeyrəddin müəllim ömrünün növbəti baharını yaşayır. Mən 70 yaşlı Xeyrəddin müəllimin şəxsiyyətini də, yaradıcılığını da bahara bənzədirəm. Baxmayaraq ki, o, qışın oğlan çağında - yanvarın 29-da dünyaya gəlib, amma qışa yox, bahara bənzəyib. Onun 70 yaşının tamam olduğunu eşidəndə qulaqlarıma inanmadım. Haqqında dəfələrlə yubiley yazıları yazmağıma baxmayaraq, yenə də Xeyrəddin müəllimin 70 yaşının olmasına inanmaq istəmədim. Amma reallıq budur ki, onun 70 yaşının tamam olmasına sayılı günlər qalıb.

Bu gün çoxumuzun evində, kitab rəfində X.Qocanın kitabları var və bu kitabları sevə-sevə oxuyuruq. Həm ona görə ki, bu kitabları Xeyrəddin müəllim yazıb, həm də o səbəbə ki, o kitablarda cəmiyyətimizin qara sancısına çevrilən bəlaların, mənəvi aşınmanın, çoxlu neqativ halın, mədəniyyətsizliyin sözlə qamçılanan varlığını, obrazını görürük. Xeyrəddin müəllim yazır ki, yazdıqlarından nəticə çıxaranlar olsun. Nə yazıq ki, onun “qəhrəmanları” nəticə çıxarmağa tələsmirlər, əksinə, özlərini bir qədər də pis aparırlar.

X.Qocanın “Filankəslər” (1995), "Hərə öz payını götürsün" (1998), "Marallar" (2000), Türkiyədə nəşr olunmuş "Bu dünyadan məktublar" (2002), "Gərək yazam..." (2003), "Hərənin öz payı" (ikihissəli satirik komediya, 2003), "Pyeslər" (2004), "Bu da belə həyatdır..." (2008), "Biz bizə bənzərik..." (2010), “Yazdıqlarım...Yazılanlar...” və sair adlı kitabları nəşr edilib və bu kitablar dərhal özünə böyük oxucu auditoriyası qazanıb.

2000-ci ildə Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı tərəfindən buraxılan “Xeyrəddin Qoca” adlı fotokitab yazıçının həyat, yaradıcılıq yolunun güzgüsüdür. Yazıçı haqqında 2013-cü ildə nəşr edilən “Həyati proseslərin axarında” məqalələr, sənədlər, fotoşəkillər kitabı da öz-özlüyündə xeyli maraqlıdır. Burada yazıçının sənət dostları ilə yazışmaları, onların sənətkara ünvanladıqları məktublar, fikirlər yer alıb. Eyni zamanda da buradakı hər bir foto X.Qocanın sənət dostları, ayrı-ayrı mədəniyyət, elm, siyasət, ictimai xadimlərlə görüşlərinin canlı mənzərəsini görürük.  

Qeyd edim ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü X.Qoca 1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləyib. Ona 1-ci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilib.

X.Qoca bir ziyalı kimi hər zaman cəmiyyətin içindədir və müxtəlif tribunalardan xalqa öz sözünü deyir, onu narahat edən məsələlərə münasibətini bildirir. O, ütülü danışmağı sevmir, həmişə açıq danışmağa üstünlük verir. Bu da yazıçıya, ziyalıya yaraşan keyfiyyətdir. 

Qələm adamının jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı Azərbaycanda və xaricdə çıxan 100-dən çox müxtəlif adda qəzet və jurnalda dərc edilib. Xaricdə və Azərbaycanda televiziya və radio efirində yüzlərlə verilişi, süjeti və çıxışları səslənib. Onun səs yazılarının bir qismi, videolentlərə yazılmış tamaşaları Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivində, qəzet və jurnallarda dərc olunan yazıları və kitabları S.Mumtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, son yaradıcılıq məhsulları isə şəxsi arxivində qorunub saxlanılır.

Xeyrəddin müəllim bədii tərcümə sahəsinə də töhfələr verib. O, böyük türk satiriki Əziz Nesinin bir sıra əsərlərini dilimizə çevirib.

Dramaturqun Akademik Milli Dram Teatrında "Hərənin öz payı..." adlı ikihissəli satirik komediyası tamaşaya qoyulub (2002). Onun "Qonşulaşma, qohumlaşma, kirvələşmə" adlı komediyası Azərbaycan Dövlət Televiziyasında ekran həyatı tapıb (2004). "Düzü-düz, əyrini-əyri" (2006), "Bu bizim zəmanədir" (2007), "Toy olacaq..." (2008) adlı pyesləri Azərbaycan Radiosunun tamaşaları kimi efirdə səslənib. X.Qocanın həyat və yaradıcılığına həsr olunmuş "Xeyrəddin Qoca" (fotokitab) (2000) və "Ömür belə keçir..." (2004) adlı kitablar nəşr olunub. "Çinar-çap" nəşriyyatı "Xeyrəddin Qocanın gülüşü" adlı miniatür kitab buraxıb (2007). İctimai Televiziya yazıçı haqqında "Ömür belə keçir..." adlı film çəkib. (2009). Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə "Bilirəm, səsim xoşunuza gəlməyəcək..." adlı satira gecəsi keçirib (avqust 2003). C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında “Vəzifə dəlisi” pyesi tamaşaya qoyulub.

Mədəniyyət və incəsənət sahələrində böyük xidmətlərinə görə 19 mart 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülən X.Qoca uzun müddət Moskvada çıxan "Trud" qəzetinin ictimai müxbiri olub, qəzetin işində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunub (1986), Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə Azərbaycan demokratik mətbuatının təşəkkülündə görkəmli xidmətlərinə görə "Qızıl qələm" (1994) mükafatına layiq görülüb. Azərbaycan Mətbuat Fondunun "Dan ulduzu" (1995) mükafatını alıb. Mətbuatda uzunmüddətli səmərəli fəaliyyətinə, ədəbi-bədii, publisistik yazılarında vətəndaşlıq mövqeyinə, satira və yumor janrındakı kitablarına görə "Araz" Ali Ədəbi Mükafatı (2001) ilə təltif olunub. "Pyeslər" kitabında, "Hərənin öz payı...", "Qonşulaşma, qohumlaşma, kirvələşmə", "Bu bizim zəmanədir..." kimi dram əsərlərində ictimai problemləri işıqlandırdığına, güclü satirik-yumoristik təhkiyəsinə, özünəməxsus üslubuna, estetik-sənət axtarışlarına görə Bakı Kitab Bayramında Milli Kulturoloji mükafat-diplom alıb (2005).

Yazıçı 2017-ci ildə 3 dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Ümid edirik ki, 70 illik yubileyi münasibətilə görkəmli yazıçımız Xeyrəddin Qoca dövlətin daha yüksək mükafatına layiq görüləcək.

Qarşıdan gələn 70 illik yubileyi münasibətilə dəyərli yazıçımız, gözəl insan, ustad sənətkar Xeyrəddin Qocanı təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları, ən əsası isə cansağlığı arzulayırıq!

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ