Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycan kinolarının lentdən rəqəmsallaşmaya keçidi nə yerdədir...

Image


Bu gün bütün dünyada filmlərin rəqəmsallaşması prosesi həyata keçirilir. Müasir dünyanın tələblərindən biri olan rəqəmsallaşma bütün sahələrə sirayət edib, o cümlədən də kino sahəsinə.

“Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın müvafiq bəndlərindən birində də milli və digər filmlərin rəqəmsallaşdırılması qeyd olunub.

Onu da vurğulayaq ki, Azərbaycanda həm Sovet dövründə çəkilən, həm də yeni istehsal edilən filmlərin rəqəmsallaşdırılması ilə bağlı müəyyən işlər görüldüyü bildirilir. Məlumat üçün bildirək ki, ölkəmizdə film və videoların rəqəmsallaşdırılması, eyni zamanda, bərpası ilə bağlı studiyalar mövcuddur.

Bu günlərdə 1973-cu ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor Həsən Seyidbəylinin ekranlaşdırdığı “Nəsimi” kinosu bərpa edilib. Ekran əsəri Mədəniyyət Nazirliyinin dəstəyilə “Balans” milli rəqəmsal studiyasında yenilənib. “Nəsimi” ilə yanaşı, digər Azərbaycan filmlərinin də rəqəmsallaşdırıldığı qeyd edilir.

Bir çox mütəxəssis hesab edir ki, filmlərin lentdən rəqəmsallığa keçirilməsi həm günün tələbidir, həm də o filmlərin bir yerdən digər yerə daşınması işini asanlaşdırır.

Azərbaycan filmlərinin rəqəmsallaşdırılması sahəsində nə kimi işlər görülüb və görülməsi planlaşdırılır?

  • Cəmil Quliyev: “Filmlərimizin kinolentdə bərpa olunması ilə rəqəmsal daşıyıcılara köçürülməsi prosesi paralel aparılmalıdır”

“Azərbaycanfilm” kinostudiyasının direktoru, əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu prosesə çoxdan başlanıb və xeyli sayda film artıq rəqəmsallaşdırılıb: “Məsələ burasındadır ki, Azərbaycan filmlərinin rəqəmsallaşması prosesinə çoxdan başlanıb. Həm Dövlət Film Fondu, həm də “Azərbaycanfilm” kinostudiyası tərəfindən bu proseslər mütəmadi olaraq davam etdirilir və əksər film artıq rəqəmsal daşıyıcılara keçirilib. Bu istiqamətdə işlər aparılır, filmlər yenilənir. Eyni zamanda, yeni ildə bir çox Azərbaycan filminin kinoplyonkada da bərpa olunması nəzərdə tutulur. Yəni filmlərin təkcə rəqəmsal deyil, kinolentdə də bərpa olunması aktualdır. Bu proseslərə vəsait ayrılmalıdır. Çünki artıq Azərbaycan kinosuna vəsait ayrılır və o vəsaitin daxilində Azərbaycan filmlərinin kinolentində də bərpa olunması və toxunulmaz fond kimi saxlanması nəzərdə tutulub. Bu gün Dövlət Film Fondunda ayrıca toxunulmaz fond var və ora bir çox film daxildir, həmin filmlər kinolentdə saxlanır. Filmlərimizin kinolentdə bərpa olunması prosesi ilə rəqəmsal daşıyıcılara köçürülməsi prosesi paralel aparılmalıdır. Ümumiyyətlə, dünya kinoarxiv işində bərpa prosesi həmişə iki istiqamətdə (kinolentində və rəqəmsal) aparılır. Çünki filmlərin rəqəmsal bərpası müasirdir, yaxşı haldır. Eyni zamanda da çevikdir, amma filmlərin təhlükəsizliyini həyata keçirmək üçün mütləq filmlər kinolentdə də saxlanmalıdır. Rəqəmsal belədir ki, bir serverdə minlərlə film saxlamaq olar, həmin filmləri daşımaq asan olur. Amma filmləri kinolentdə saxlamaq üçün böyük yer tələb olunur, amma buna baxmayaraq, bütün kinoarxiv təşkilatlarında bütün filmlər, materiallar lentdə də saxlanır. Bu gün bununla bağlı dünya kinoarxiv təşkilatlarında həmişə konfranslar, simpoziumlar, forumlar keçirilir, bizim təmsilçilərimiz də o tədbirlərdə iştirak edirlər. Sonuncu dəfə belə bir tədbir İsveçrədə keçirildi. Həmin tədbirlərdə çıxış edən mütəxəssislər də belə qənaətə gəlirlər ki, filmlər həm rəqəmsal, həm də plyonkada saxlanmalıdır. Bu bir-birini tamamlayır, eyni zamanda, filmin məhv olmasını sıfıra endirir”.

C.Quliyev qeyd etdi ki, Azərbaycanda bu sahədə texnoloji avadanlıqlar var, amma filmlərimizin kinolentdə bərpa olunması üçün tələb olunan avadanlıq Azərbaycanda yoxdur: “Ona görə də filmlərimiz kinolentdə (plyonka) Azərbaycandan kənarda bərpa olunur. Bizdə əsasən rəqəmsallaşma istiqamətində işlər gedir. Çünki filmlərin kinolentdə bərpası üçün böyük laboratoriyalar lazımdır. Bu laboratoriya da böyük vəsait hesabına qurula bilər. Yəni bu proses çox böyük vəsait tələb edir. Bizim laboratoriyamız var, amma kinolentin emal məsələsi bu gün az ölkədə var. Biz filmləri kinolentə bərpa edə bilirik, amma onun kinolentə çap olunması, nüsxələnməsi üçün böyük laboratoriya tələb olunur, həmçinin də vəsait. Filmləri qoruyub saxlamaq üçün kifayət qədər avadanlığa malikik. Biz onu edirik. Amma filmlərin tam şəkildə kinolentdə nüsxələnməsi böyük laboratoriya tələb edir. Bundan əsasən Amerika Birləşmiş Ştatlarında, Rusiyada istifadə edilir. Azərbaycan filmləri əsasən Rusiyada bərpa edilir. Rusiya kinoarxiv təşkilatları dünyada ən böyük belə təsisatdır. Onların saysız-hesabsız filmi var. Ona görə də onların belə böyük laboratoriya yaratmasına zərurət yaranıb. Onlar burada öz filmlərini nüsxələyirlər. Bizə də lazım olanda onlara müraciət edirik”.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ