Cümə axşamı günü, 08 oktyabr 2026
     

Kinolarımız 22 ildir Oskara yol döyür, nəticə yoxdur...

Image


Azərbaycan kinosunun ölkəmizdən kənarda tanınmamasının, habelə dünya kinosunda böyük nüfuz qazanan beynəlxalq kino mükafatlarından kənarda qalmasının səbəbləri illərdir ki, əsas müzakirə mövzusudur. Azərbaycan kinosunun “Biləcəridən o yana çıxa bilməməsi”nin səbəbləri əlbəttə müxtəlifdir.  Bu barədə bir az sonra söhbət açacağıq.

Gələk Azərbaycan kinosunun indiyə qədər “Oskar” mükafatı ala bilməməsinin səbəblərinə. 

Amerika Kino Sənəti Akademiyasının təsis etdiyi və 1929-cu ildən bəri təqdim etdiyi kino sahəsində nüfuzlu “Oskar” mükafatı hələ də Azərbaycan kinosu üçün uzaq və əlçatmaz görünür. 1929-cu ildən etibarən hər il təqdim edilən bu nüfuzlu mükafatı qazanmaq üçün Azərbaycan kinosu hansı yollardan keçməlidir, hansı maneələri dəf etməlidir?

Yeri gəlmişkən deyək ki, “Oskar” mükafatına namizədlər sayı 5-dən çox olmamaq şərtilə gizli səsvermə vasitəsilə irəli sürülür. Qalib akademiyanın həmişəlik seçilmiş bütün aktiv üzvlərinin ümumi səsverməsi nəticəsində təyin edilir.

“Oskar”ın ilk laureatı…

Dünya kino çapında prestijli sayılan “Oskar” mükafatının ilk laureatı “Sonuncu göstəriş” və “Bütün cisimlərin yolu” filmlərindəki rollarına görə qalib elan edilmiş Emil Yanninqs olub. Birinci mərasimin ilk namizədləri arasında “Sirk” filmi ilə Çarli Çaplin də olub, lakin o, ümumi siyahıdan kənar olaraq, xüsusi mükafat qazanmışdı.

Qeyd edək ki, ilk illərdə mükafatın verilmə qaydaları indikindən fərqlənirdi: “Ən yaxşı kişi rolu” kateqoriyasında qalibin seçilməsi üçün aktyorun kinoda ifa etdiyi bir neçə rola diqqət yetirilirdi. Yekun olaraq akademiyanın ümumi münsiflər heyəti hər istiqamət üzrə yalnız bir təqdimat qərarı qəbul edirdi. Üçüncü təqdimetmə mərasimində səsvermə zamanı iki kino əsərinə baxılsa da, qalibin adının yanında yalnız bir film göstərildi. Dördüncü mərasimdə artıq dəqiqləşmə aparıldı: aktyor yalnız bir konkret filmə görə namizəd ola bilərdi.

“Oskar”ın ilbəil dəyişən qaydaları…

1936-cı ildən 1945-ci ilə qədər namizədlərin müəyyən edilməsi və qaliblərin seçilməsi prosesi tək akademiyanın həqiqi üzvləri tərəfindən yox, həm də peşəkar gildiyanın tərkibində olan aktyorlar tərəfindən həyata keçirilirdi. Sonrakı dövrdə - 1957-ci ilə qədər isə aktyor gildiyaları namizədlərin siyahısını tərtib edirdi, akademiyanın üzvləri isə qalibin seçilməsi üçün səsvermə keçirirdilər. 1957-ci ildən bütün bu proses yenidən akademiyanın daxili işi oldu.

Səkkizinci mərasimə qədər bu kateqoriyada həm baş, həm də ikinci dərəcəli rolları ifa edən aktyorlar mükafatlandırılırdılar. Yalnız növbəti ildən akademiya "Ən yaxşı ikinci plan kişi roluna görə" adlı yeni nominasiyanı təsis etdi.

Aktyorlar əsas nominasiyadan başqa həm də "Kinematoqrafda mühüm xidmətlərinə görə" adlı xüsusi kateqoriyada heykəlciyi əldə edə bilərdilər. 18 yaşına qədər olan aktyorlar üçün isə Akademiyanın gənclər üçün təsis etdiyi mükafat nəzərdə tutulmuşdu. Bu mükafat 1961-ci ilə qədər mövcud oldu.

“Oskar” mükafatından kimlər imtina edib?

Aktyorlar üçün nəzərdə tutulmuş bu mükafatın tarixində iki dəfə ondan imtina edilib. Bu hal birinci dəfə 1971-ci ildə "Patton" filmindəki roluna görə aktyor Corc Skottla yaşandı. İkinci dəfə isə bu hadisədən cəmi iki il sonra Marlon Brandonun "Xaç atası" dramında ifa etdiyi Vito Korleone roluna görə layiq görüldüyü mükafatdan imtina etməsilə müşahidə olundu. Corc Skottun sakit, gözə o qədər də çarpmayan bu addımından fərqli olaraq, Marlon Brando öz imtinasını tamaşaya çevirdi. Həmin mərasimin prodüseri Brüs Devis belə hesab edirdi. Brandonun əvəzinə səhnəyə çıxan hindu nümayəndə qadın Saşin Littlfezerin izahından sonra aktyorun bu heykəlcikdən imtina etməsi məlum oldu. Brandonun bu imtinada məqsədi kinematoqrafçıların hindulara olan münasibətinə qəti etirazını bildirmək idi.

Sonuncu Ən yaxşı kişi roluna görə "Oskar" mükafatını 90-cı təqdimat mərasimində "Tutqun zamanlar" filmindəki roluna görə aktyor Qari Oldmen əldə edib.

2007-ci ildən indiyə qədər Azərbaycan kinosu “Oskar”a namizəd ola bilməyib…

Qayıdaq hələ də “Oskar”-ın qapısı ağzında gözləmə mövqeyində dayanan Azərbaycan filmlərinə. 

Azərbaycan 2007-ci ildən bəri “Ən yaxşı xarici film” üzrə Oskar mükafatına filmlərini təqdim edir. Bu mükafat əsasən ingilis dili daxil olmayan dialoqlardan təşkil olunmuş bədii filmlərə verilir. Filmlərimiz təqdim edilsə də, hələ o filmlərin heç biri “Oskar” mükafatına namizəd kimi belə qeydə alınmayıb.

Araşdırmalarımız nəticəsində məlum oldu ki, Azərbaycan 2014-cü il etibarilə 6 Azərbaycan filmi “Ən yaxşı xarici film” üçün təqdim edilib, ancaq heç biri “Oskar”a namizəd ola bilməyib

İndiyə qədər “Ən yaxşı xarici film” üzrə Oskar mükafatına təqdim edilən Azərbaycan filmlərinin adlarına gəlincə, bunlar əsasən son illər “Azərbaycanfilm” Kinostudiyası və özəl prodakşnlar tərəfindən çəkilən filmlərdir. Bu filmlərdən biri  2012-ci ildə “Oskar” Milli Komitəsi tərəfindən “Ən yaxşı xarici film” nominasiyasına namizəd seçılən dram janrında çəkilən “Buta” tammetrajlı uşaq filmidir. İlqar Nəcəfin senarisi və rejissorluğu ilə gerçəkləşən filmin ərsəyə gəlməsində kinorejissor Ramiz Fətəliyevin də rolu olub. “Azərbaycanfilm”in və “Butafilm”in birgə istehsalı olan “Buta” filmi həmçinin 2013-cü ildə Polşada nümayiş olunub, filmin bəstəkarı xalq artisti, görkəmli Azərbaycan bəstəkarı Cavanşir Quliyevdir.”Buta” Asiya-Sakit Okean Kino Akademiyası 2011-ci il “Ən yaxşı uşaq filmi” nominasiyasında qalib olub, Keyptaun (CAR) şəhərində keçirilən “Cape Winelands Film Festival”ın Qran-pri mükafatını qazanıb,

ABŞ-ın “World Fest – Houston International Film Festival”ında “Platinum Remi” mükafatını əldə edib, “Humay” Milli Mükafatının laureatı olub.

Filmlərimiz niyə bu mükafata namizəd ola bilmir?

“Oskar”a təqdim edilən digər Azərbaycan filmi isə yenə də İlqar Nəcəfin (Asif Rüstəmovla birgə) ssenari müəllifi olduğu və quruluş verdiyi və 2017-ci ildə çəkdiyi “Xarici dildə ən yaxşı filmə” görə mükafatına təqdim edilən “Nar bağı” filmi olub. Lakin “Nar bağı” da “Oskar”ın qapısından içəri girə bilməyib. Bundan başqa “Oskar”a iddialı olan filmlər arasında Fərid Hümbətovun müharibə janrında çəkdiyi (ssenari F.H) “Qafqaz” filmi də olub. Qeyd edilənə görə, 2008-ci ildə Azərbaycanın bu filminin dünyanın ən nüfuzlu kino mükafatına namizədliyi irəli sürülüb. Görünüdüyü kimi Amerika Kino Akademiyasının təsis etdiyi “Oskar” mükafatının “Ən yaxşı əcnəbi film” nominasiyasına iddialı olan 63 ölkənin məhsulu arasında Azərbaycan filmi “Qafqaz” da var idi.

"Qafqaz", beynəlxalq standartlara uyğun olaraq, High Definition rəqəmli kinokamera ilə lentə alınıb. Filmin çəkilişlərinə təxminən 500 min dollar vəsait xərclənib və filmin Rusiyadakı gəliri 43854 dollar təşkil edir. Amma “Qafqaz” da “Oskar”ın baryerlərini aşa bilməyib. “Oskar”a iddialı filmlərimiz sırasında Şamil Nəcəfzadənin və Ramiz Rövşənin ssenarisi əsasında Ş.Nəcəfzadənin 2008-ci ildə dram, faciəvi komediya jnrında “Azərbaycanfilm”də çəkdiyi “Qala” tammetrajlı bədii filmi də olub. 2010-cu ildə Azərbaycandan 83-cü Oskar mükafatının "Xarici dildə ən yaxşı filmə görə" nominasiyasına göndərilən və İlqar Safatın “Nərimanfilm”də (həmçinin Georgiafilm, Bagirafilm) istehsal etdiyi “Sahə” filmi də “Oskar”da tilsimi qıra bilməyib. Tanınmış kinorejossor Şamil Əliyevin 2012-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm”də fəlsəfi dram janrında çəkdiyi populyar “Çölçü” (ssenari müəllifi Vidadi Həsənov) 2013-cü ildə “Oskar”a iddialı olan filmlər sırasında olub. Elçin Musaoğlunun 2014-cü ildə (ssenari E.Musaoğlu və Elxan Nəbiyev) “Azərbaycanfilm”də çəkdiyi “Nabat” filmi də “Oskar” komissiyasına təqdim edilib, amma bu film də mükafata namizəd kimi komitə tərəfindən irəli sürülməyib.

Filmlərimizin yolunu kimlər və niyə kəsir?

 Qeyd edək ki, Azərbaycan filmlərinin “Oskar” mükafatına namizəd kimi göstərilməsinin, bu mükafata layiq görülməsinin qarşısını kəsən bir sıra amillər var. Bu amillər o qədər çoxdur ki, onları bir-bir sadalamaq xeyli vaxt apara bilər. Burada əsas olan bir neçə faktı qeyd etmək yerinə düşərdi. Əvvəla deyək ki, son illər Azərbaycanda kino istehsalı sahəsində xeyli irəliləyiş var və dövlət büdcəsindən ayrılan maliyyə hesabına il ərzində ən azı 4 tammetrajlı film istehsal edilir, özəl prodakşnlarda da istehsal müşahidə edilir. Dövlətin kinonu tam olaraq öz himayəsinə götürməsinə baxmayaraq, yenə də filmlərimizin xaricə çıxışı çox zəifdir. Əlbəttə, burada əsas məsuliyyət kino məmurlarının üzərinə düşür, bir də o filmlərin prodüserləri bu işdə məsuliyyət daşıyır. Filmin xaricə çıxmasında prodüserin rolu böyükdür, o filmlərin yayımının təmin edilməsi, mükafatlara təqdim edilməsi istiqamətində piarla məşğul olmalı, əlaqələr yaratmalıdır. Doğrudur, Azərbaycanda kinoprodüserlik institutu tam formalaşmadığı və bəzi kino məmurlarının bu sahəyə müdaxilə etməsi sayəsində mövcud problemlər yaranır. Mütəxəssislərlə söhbət zamanı onlar deyirlər ki, “Oskar”a iddialı olan Azərbaycan filmlərinin orada qarşısını kəsən amillərdən biri bu filmlərin xarici kino şirkətləri ilə birgə istehsal olmaması, digər bir səbəb Azərbaycanının AVROMAŞ və digər nüfuzlu kino təşkilatlarına üzv olmaması ilə bağlıdır. Digər səbəb isə “Oskar” təşkilatına yaxın olan erməni lobbisinin törətdiyi maneələrdir ki, onu dəf etmək o qədər də asan deyil. Məsələ burasındadır ki, müasir Azərbaycan kinosu peşəkarlıq, mövzu baxımından axsamır. Amma iddialar var ki, gərək Azərbaycan filmlərinin mövzusunu müharibə, milli-mənəvi dəyərlər, Qarabağ mövzusu deyil, tamam başqa mövzular tutsun. Hətta bəzi peşəkar kino xadimləri deyirlər ki, Azərbaycan kinosunun qarşısında duran maneələrin siyasi səbəbləri də az deyil. Azərbaycan filmlərinin “Oskar”a layiq görülə bilməməsinin səbəblərini araşdırdıqca ortaya min bir fakt çıxır. Amma əsas məsələ odur ki, filmlərimizin “Oskar”ın qapısını açıb içəri daxil olması üçün çox işlər görülməlidir. Onu da vurğulayaq ki, ölkəmizdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nəzdində Amerika Kino Akademiyasının Azərbaycan üzrə “Oskar” komissiyası fəaliyyət göstərir, filmlərimizi “Oskar” Komitəsinə bu komissiya təqdim edir, lakin hələ də bir dənə də olsa filmimiz bu nominasiyada qalib gəlməyib. Yəni əvvəllər Azərbaycan filmlərinin “Oskar” mükafatına namizəd olması üçün ölkəmizdə “Oskar” komissiyasının yaradılması vacib sayılırdı, artıq bu komitə var.  

Bir müddət əvvəl mətbuata açıqlama verən görkəmli kinorejissor Şamil Əliyev qeyd edirdi ki, müəllifi olduğu “Çölçü” filmi bütün qayda-qanunlara riayət olunaraq “Oskar” mükafatının uzun siyahısına təqdim olunub. O hesab edirdi ki, nəhayət,  bizim də filmlərimiz, artıq beynəlxalq layihələrin uzun siyahısında belə olsa, yer ala bilib.

“Azərbaycan filmləri həmişə “Oskar” mükafatına təqdim edilən filmlərin uzun siyahısında olub”

Tanınmış kinorejissor Əli İsa Cabbarov baki-xeber.com-a bildirdi ki, Azərbaycandan həmişə “Oskar”a layqili filmlər təqdim edilib:“Həmişə “Oskar” komissiyaları tərəfindən bu mükafata layiqli filmlər təqdim edilib. Eyni zamanda Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə komissiya var idi, indi də komissiya mövcuddur, sadəcə o, Bakıda olmurdu deyə ora filmlər təqdim edilmirdi.  İndiyə qədər “Oskar” komitəsinə təqdim edilən Azərbaycan filmlərinin 4-nü Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi komissiya təqdim edib, sonrakı mərhələdə isə filmləri bu mükafata yeni yaranan Respublika Kinematoqrafiya İttifaqı təqdim edib. “Nabat” və “Nar bağı” filmlərini yeni komissiya təqdim edib. Azərbaycan filmləri həmişə “Oskar” mükafatına təqdim edilən filmlərin uzun siyahısında olub. Biz heç vaxt qısa siyahıda olmamışıq, yəni bu nominasiyaya düşməmişik. Eyni zamanda da nominant olmamışıq, nə 9-luğa, nə də 5-yə düşmüşük. Bunun da çoxlu səbəbləri var. Bunun da ilk səbəbi odur ki, “Oskar” mükafatına namizəd olmaq üçün A kateqoriyalı festivalda iştirak vacibdir, yəni bu kateqoriyada iştirak edən filmin şansı daha çox olur. Nüfuzlu beynəlxalq mükafatda, nüfuzlu mükafatın alınması sənin filminə diqqət yaradır və sən Amerika Kino Akademiyası üzrə sənin filminə səs verilir. Eyni zamanda da film təqdim edildikdən sonra onun reklamına Amerika Kino Akademiyasının üzvləri arasında çoxlu pul xərclənməsi tələb olunur. “Oskar”a təqdim olunan filmin tez-tez nümayişi təşkil olunmalı, jurnallarda pullu rekllamları yerləşdirilməlidir. Hələlik isə bizim kino şirkətlərinin buna imkanı yoxdur. Azərbaycan filmləri  A kateqoriyalı festivalda nüfuzlu mükafat ala bilsə, xarici prodüserlər filmlərimizə maraq göstərər və onun reklamını da təşkil edə bilər. “Oskar mükafatını yalnız nüfuzlu festivalın nüfuzlu mükafatını aldıqdan sonra qazanmaq mümkündür. A kateqoriyalı festivalda mükafatımız olmadığı üçün bizim filmlər “Oskar”a namizəd ola bilmir. Gürcüstan filmi isə olub”-deyə Ə.İ.Cabbarov qeyd etdi.

İradə SARIYEVA    



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edir - FOTO

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ