Cümə günü, 14 avqust 2026
     

Unudulmuş daha bir yaradıcılıq növü – teletamaşalar...

Image


Bu gün yaşlı və orta nəslə mənsub çox az adam tapılar ki, bir vaxtlar Azərbaycan Televiziyası tərəfindən istehsal edilən, mövzu, süjet, rejissura, aktyor oyunu baxımından maraqlı və baxımlı olan teletamaşaları xatırlamasın. Həmin televiziya tamaşaları bu gün də tamaşaçı marağını özünə cəlb etməkdə davam edir. Baxmayaraq ki, bu teletamaşalar Sovet dövründə çəkilib və burada həmin dövrün ab-havası var, yenə də sevilirlər, arzulanırlar.

Bu gün təəssüf ki, Azərbaycan televiziyalarında teletamaşalar çəkilmir, bu sahə sanki unudulub, birdəfəlik arxiv küncünə atılıb. Halbuki, keçən dövrlərlə müqayisədə müasir dövrdə Azərbaycan televiziyalarının maddi-texniki bazası daha zəngindir, televiziyaların həm kadr potensialı, həm də başqa göstəriciləri imkan verir ki, teletamaşalar çəkilsin. Müasir dövrdə televiziya tamaşasının materialına çevrilməli olan kifayət qədər əsər var ki, onları teletamaşa şəklində çağdaş tamaşaçıya təqdim etmək tam mümkündür.

Hazırda Azərbaycan televiziyalarının teletamaşalara maraq göstərməməsinin kökündə hansı səbəblər dayandığı tamaşaçıları da ciddi şəkildə düşündürür.

Məlumat üçün bildirək ki, keçmiş SSRİ-də ilk televiziya tamaşası 1938-ci ildə nümayiş olunub. 1950-ci illərin əvvəllərinə qədər teletamaşalar efirdə canlı olaraq təqdim edilib. Azərbaycan televiziyasında teletamaşalar isə ötən əsrin ortalarından çəkilməyə başlayıb.

Ekspertlər qeyd edirlər ki, 1956-cı ilin iyulunda N.Nərimanovun “Şamdan bəy” pyesi əsasında rejissor Rauf  Kazımovskinin quruluş verdiyi tamaşa ilk televiziya tamaşası hesab olunur. Daha sonra Məhərrəm Əliyevin “Sən gözəlsən”, 1963-cü ildə Süleyman Sani Axundovun “Laçın yuvası” pyesi, 1964-cü ildə Mehdi Hüseynin “Səhər” romanı əsasında hazırlanmış tamaşalar təqdim edilib. 1960-cı illərin ortalarında Adil İsgəndərov, Məhərrəm Haşımov, Rauf  Kazımovski, Ağaəli Dadaşov, Arif Babayev və digər rejissorlar efirdə sanballı tamaşaların quruluşçu rejissoru kimi çıxış ediblər.

1970-1980-ci illərdə Azərbaycan Televiziyasında Bünyad Məmmədov, Ramiz Həsənoğlu (Mirzəyev), Tariyel Vəliyev, Məhərrəm Bəzirzadə və başqa rejissorlar öz fəaliyyətləri ilə diqqəti cəlb ediblər. 1980-ci illərin əvvəllərindən televiziya tamaşalarında natura çəkilişləri effektinə də yer ayrılmağa başlayıb. 1993-cü ildə televiziya teatrını inkişaf etdirmək məqsədilə "Sabah" yaradıcılıq birliyi yaradılıb. Fəaliyyətini bu gün də davam etdirən "Sabah"ın tamaşaçılara təqdim etdiyi ilk tamaşa C.Məmmədquluzadənin "Kamança" pyesinin motivləri əsasında hazırlanmış teletamaşa olub. Sovet quruluşunun dağılması ilə yeni idarə və ifadə tərzlərinin meydana gəlməsi Azərbaycan Televiziyasında tamaşaların istehsalında uzun fasiləyə səbəb olmayıb, teletamaşaların hazırlanması prosesi davam edib. Lakin təəssüflə qeyd olunmalıdır ki, müstəqillik dövrünün teletamaşalarının bədii keyfiyyətlərinin daha zəif olması televiziya kimi kütləvi sənət növündə nəzərə çarpmaya bilməz.

Mütəxəssislər qeyd edirlər ki, müxtəlif dövrlərə aid nəinki milli, həmçinin, sovet və dünya klassikasının və ən yaxşı müasir dövr ədəbi nümunələrini: "Topal Teymur"(H.Cavid, R.Həsənoğlu, 1983), "Kreyser sonatası" (L.N.Tolstoy, R.Savalan, A.Zamanlı, 1984), "Unudulan adam" (N.Hikmət, L.Məmmədbəyli, 1987), "Köhnə dəbli komediya" (A.Arbuzov, B.Məmmədov, 1981), "Mehmanxana sahibəsi" (K.Qoldoni, L.Məmmədbəyli, 1978), "Günahsız Abdulla" (M.Cavaxişvili, D.Mustafa, R.Həsənoğlu, 1984), "Qapalı orbit" (A.Laurinçyukas, R.Həsənoğlu, 1984), "Ötən ilin son gecəsi" (Anar, R.Həsənoğlu, T.Vəliyev, 1978), "Atayevlər ailəsi" (İ.Əfəndiyev, L.Məmmədbəyli, 1987) və s. kimi mükəmməl, hətta Mərkəzi Televiziyanın analoji tamaşalarını geridə qoyan yüksək planka belə tənqidi yanaşmaya imkan yaradır.

Onu da qeyd edək ki, həmin dövrdə çəkilən televizya tamaşaları tamaşaçılarda az qala bir bədii filmin təəssüratını yarada bilirdi.

  • Zülfiyyə Eldarqızı: “Televiziyaların müasir dövrdə teletamaşalar çəkməməsinin səbəbi tamaşaçı qıtlığı ilə bağlıdır”

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı hesab edir ki, bu gün televiziyaların televiziya tamaşaları çəkməməsinin səbəbi tamaşaçıların televiziyaya olan tələbatının az olmasından irəli gəlir. Onun sözlərinə görə, bir vaxtlar televiziya tamaşalarına ona görə böyük maraq və ehtiyac var idi ki, alternativ vasitələr yox idi. O bildirdi ki, televiziyalar tamaşaçı istəyini nəzərə almalıdırlar, yoxsa ucuz şouvari seriallarla heç nə əldə edə bilməyəcəklər. “Vaxtilə Azərbaycan televiziyası çox güclü və maraqlı televiziya tamaşaları çəkirdi və bu ekran əsərləri də tamaşaçıların sevgisini qazanırdı. O illərdə çəkilən televiziya tamaşaları çox baxımlıdır. Bu gün isə televiziya tamaşalarının çəkilməsinə televiziyalar tərəfindən birmənalı olaraq maraq göstərilmir. Telekanallar hesab edirlər ki, internetin, sosial şəbəkələrin insanları məşğul etdiyi dövrdə onları televiziya tamaşalarına baxmağa məcbur etmək mümkün deyil. Bu gün Azərbaycan insanını internetdən, sosial şəbəkələrdən qoparıb maraqlı televiziya tamaşalarına cəlb etmək olar. Sadəcə, gərək o televiziya tamaşaları çox maraqlı çəkilsin və həyati əhəmiyyəti olsun. Görürsünüz, bu gün tamaşaçılar “Atayevlər ailəsi”, “Alov” və başqa teletamaşaları necə gözəl xatırlayır, o tamaşaların mənasından, ideyasından, məzmunundan məmnunluqla danışırlar. Çünki bu teletamaşalar peşəkarlar tərəfindən yaradılıb. Düşünürəm ki, televiziyada xüsusi bir sahə olan teletamaşaları dirçəltmək məqsədəuyğundur. Bu gün də yaxşı yazıçılarımız var, onların əsərləri əsasında televiziya tamaşaları çəkmək lazımdır. Azərbaycan televiziyalarının maddi-texniki bazası, burada çalışanların peşəkarlığı imkan yaradır ki, yeni dövrün ruhuna uyğun televiziya tamaşaları çəkilsin. Hesab edirəm ki, teletamaşalar çəkilərsə, bu, televiziyalarımıza tamaşaçılarda marağın artmasına səbəb ola bilər” -deyə Z.Eldarqızı vurğuladı.

O qeyd etdi ki, müstəqilliyimizin ilk illərində televiziya tamaşaları çəkilsə də, onların çoxunun bədii keyfiyyəti çox aşağıdır. Tamaşaçılar bədii keyfiyyəti, məzmun və ideyası mükəmməl olan televiziya tamaşaları istəyirlər. “Müstəqilliyimizin əvvəllərində çəkilən teletamaşaların böyük əksəriyyətinin bədii keyfiyyəti elə də yüksək olmadığı üçün onlara tamaşaçı tələbatı azaldı. Fikrimcə, televiziyaların müasir dövrdə teletamaşalar çəkməməsinin səbəbi tamaşaçı qıtlığı ilə bağlıdır” - deyə o qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ