Cümə axşamı günü, 08 oktyabr 2026
     

Yazıçılar Birliyinin qurultayı gəlir - sədr məsələsi gündəmdə...

Image


Rafiq Yusifoğlu: “Məncə sədr dəyişikliyi gözlənmir”
İbrahim İlyaslı: “AYB sədri vəzifəsinə yeni adamın seçilməsi səsvermənin nəticələrindən asılı bir məsələdir”
Giya Paçxataşvili: “Birlikdə ən böyük dəyişiklik və qurultayda ən böyük hadisə Anarın öz namizədliyini verməməsi ola bilər”
Əsəd Cahangir: “Mənə elə gəlir ki, AYB qurultayında sədr vəzifəsinə alternativ namizəd olsa və onun namizədliyi irəli sürülərsə və o səsvermədə qalib gələrsə dəyişiklik ola bilər”

 

Azərbaycan Yazıçılar Birliyi (AYB) yaradıcı qurumlar arasında ən çox diqqətdə saxlanılan qurumdur. Burada baş verən istənilən hadisə dərhal gündəmə çevrilir. Onu da qeyd edək ki, AYB ətrafında baş verən ayrı-ayrı qalmaqallı məsələlər daha çox diqqət çəkir. AYB bu dəfə növbəti qurultayının keçirilməsi ilə gündəmə gəlib. Birliyin katibi, xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, qurumun XIII qurultayı 2020-ci ilin mart ayında keçiriləcək.

Birliyin qurultayının keçirilməsi tarixi açıqlandıqdan sonra bu məsələ yazıçı və şairlər tərəfindən ciddi şəkildə müzakirə edilir. Bir sıra şair və yazıçılar hesab edirlər ki, Anar 30 ildir quruma rəhbərlik edir və onun artıq bu postu tərk etməsi zamanın tələbidir. Bu məsələyə xüsusən də gənc yazarlar daha həssas yanaşırlar. Onlar hesab edir ki, növbəti qurultayda alternativ namizədlər olacaq. Ümumiyyətlə, AYB sədrliyi uğrunda mübarizə aparacaq yazarlar arasında gənclərin də olacağı şübhə doğurmur.

Bildiyimiz kimi Birliyin XI qurultayı 2004-cü, XII qurultayı isə bundan 10 il sonra 2014-cü ildə keçirilib. Ümumiyyətlə, bir-iki istisnanı nəzərə almasaq deməliyik ki, Anar bu seçkilərdə alternativ namizəd olub. Qeyd edək ki, XI qurultayda AYB sədrliyinə alternativ namizəd kimi mərhum şairimiz Akif Səməd öz namizədliyini versə də, bu alınmamışdı. XII Qurultayda isə şair Elxan Zal Qaraxanlının alternativ namizəd olacağı elan edilsə də, seçkinin gedişi zamanı Elxan Zal namizədliyini geri götürdü və nəticədə birlik sədri postuna yenidən xalq yazıçısı Anar seçildi. Yazıçılar Birliyinə sədr seçkiləri nədənsə həmişə alternativ namizədsiz keçirilir. Deyilənə görə, 2020-ci ildə keçirilən seçkilər ötən seçkilərə bənzəməyəcək. Yəni yazarlar qurultaydan yenilik, sədr dəyişikliyi gözləyirlər.

Onu da bildirək ki, 2020-ci ildə AYB sədrliyinə alternativ namizədlərdən biri kimi xalq yazıçısı, birliyin katibi Çingiz Abdullayevin adı daha çox hallandırılır. Yazarlar arasında gəzən söz-söhbətə görə, Ç,Abdullayev birlik sədrliyinə iddialıdır.   

Ç.Abdullayev isə bu barədə mətbuata bildirib ki, qurultayda sədrliyə namizədliyini irəli sürməyi düşünmür, lakin bununla bağlı qabaqcadan proqnoz verməyin düzgün olmadığını deyib: “Ümumiyyətlə, yazıçılar öncədən proqnoz verə bilməz. Kim seçiləcəksə, o, sədr təyin olunacaq. Mən 4 dəfə qurultayda katib vəzifəsinə seçilmişəm. Hesab edirəm ki, sədr vəzifəsini Anardan başqa heç kim yaxşı icra edə bilməz. Bunu Anarla 30 il birlikdə çalışan bir şəxs kimi deyirəm. Əgər Anar namizədliyini irəli sürərsə, mən yenə də ona səs verəcəm”.

Ç.Abdullayev AYB-yə sədrlik iddiasında olan gənc yazıçıların istedadlarını sübut etmək üçün yaradıcılıq nümunələrini, kitablarını ortaya qoymalarının zəruri olduğunu vurğulayıb: “Azərbaycanda AYB-yə sədrlik edən şəxslər nüfuzlu olublar. Hər yoldan ötən sədr vəzifəsinə seçilə bilməz. Əgər bir gənc, həqiqətən də, nüfuzlu və istedadlıdırsa, kitablarını ortaya qoysun. AYB-yə həmişə əfsanəvi şəxslər sədrlik edib. Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, İmran Qasımov, İsmayıl Şıxlı kimi istedadlı yazıçılar sədr seçiliblər”.

Yeri gəlmişkən, gənclər arasında namizəd kimi Prezident mükafatçısı, AYB üzvü Emil Rasimoğlunun da adı hallandırılır. Gənc yazar özü də “namizədliyə də, sədrliyə də israrlıyam” bəyanatı verməkdən çəkinməyib: “Bilirsiniz, çox qəribədir. AYB-nin XIII qurultayı ilə bağlı kim fikir söyləyirsə ilk öncə diqqət Anar müəllimə və onun namizəd olub-olmamasına yönəlir. Axı mən, eləcə də digər şəxslər (qələm adamları) məlum məsələ ilə bağlı münasibət bildirəndə niyə Anar müəllimin namizəd olub-olmayacağını nəzərə almalıyam və ya nəzərə almalıdırlar? Bu nə düşüncədir? Qurultay zamanı namizədliyini verər də özü bilər, verməz də... Verəcəksə o, da olacaq namizədlərdən biri. Hazırki vəziyyətə görə indi belə çıxır ki, Anar Rzayev namizədliyini verdiyi halda bütün proseslər bir başqa cür cərəyan etməlidir, vermədiyi halda isə tamam bir başqa cür? Sizi inandırıram görün hansı durumdur ki, Anar müəllim namizədlik addımı ilə belə düşüncələrə, münasibətlərə ümumilikdə mühitə təsir göstərməyi bacarır. Ona görə, bir çoxları öz mövqeyini onu nəzərə alaraq bəlli edir”.

Şairin sözlərinə görə, bu ədəbi mühitdə elə bir aura yaranıb ki, nə qədər ki, Anar müəllim var o qədər də alternativsizlik anlayışı hökm sürməlidir. Bu auranı da yaradan gənc yazarlardan tutmuş AYB-də çalışan məsul şəxslərə qədər olan əksəriyyətdir: “Məhz bu baxımdan bu mənzərəni görüb hətta gəldiyim qənaətə görə, bu gün Anar müəllim artıq namizədsizlikdən, sağlam mübarizəsizlikdən, süni yaradılmış alternativsizlikdən Azərbaycan Yazıçılar Birliyinə sədr vəzifəsindədir. Bu qədər mütilik olmaz. Ədəbi camiədəki bu adamlar hələ sədrlik bir yana, namizədliyə belə özlərini inandırıb rəva görmürlər. Mən bundan öncəki açıqlamalarımda da AYB-nin XIII qurultayında namizəd olacağımı vurğulamışam, yeri gəlmişkən indi də vurğulayıram. Mən namizədliyə də, sədrliyə də iddialıyam. Bu öz yerində. Yaxşı, indi mən namizəd olduğum halda məni güllələyəcəklərmi, ya ümumən belə bir hüququm yoxdurmu? Yoxsa, namizəd olmaq Anar müəllimə düşmən olmaqdır? Mən fikirlərimin sonunda yenə xüsusən ədəbi gəncliyin növbəti qurultayda namizəd kimi çoxluq təşkil etməsinin tərəfdarıyam. Bu baxımdan da həmkarlarımı sağlam mübarizəyə və özünə inama çağırıram. Buna isə ümid edirəm”.

Qeyd edək ki, AYB sədri, xalq yazıçısı Anar növbəti sədr seçkisinə hazırlaşmadığını bildirib. “Mən hazırlaşmıram. Əgər yazıçılar istəyərlərsə, son dəfə də sədr olmağa razılaşaram, ömür vəfa eləsə... Son dəfə! Çünki daha yaşım da ötür. Yox, istəməzlər, adlarını çəkdiyiniz var e, onların nüfuzları daha çoxdursa, onları daha çox tanıyırlarsa, daha çox sevirlərsə, ədəbiyyata daha böyük xidmətlər göstərmişlərsə, onların ya birini, ya da üçünü bir yerdə seçsinlər. Çünki kimi seçsələr qalanları hamısı narazı olacaq” - deyə bildirib.

XIII qurultayda AYB-də sədr dəyişikliyi gözlənirmi?

AYB üzvü tanınmış şair, professor Rafiq Yusif Oğlu baki-xeber.com-un sorğusuna “Xeyr, məncə sədr dəyişikliyi gözlənilmir” cavabını verdi.

Əli Kərim adına Poeziya Evinin rəhbəri, AYB üzvü, tanınmış şair İbrahim İlyaslının fikrincə, Birlik sədrinin dəyişməsi məsələsi gələn il keçirilən qurultayda məlum olacaq. Əvəlcədən proqnoz verməyin tərəfdarı olmadığını deyən İ.İlyaslı ümumiyyətlə, özünün sədrliyə namizədliyini verməyəcəyini də bildirdi. “Anar müəllim artıq élan edib ki, qurultay gələn il keçiriləcək. Hesab edirəm ki, bütün zamanlarda olduğu kimi bu dəfə də qurultayqabağı söhbətlər, müzakirələr təbiidir. Kimin sədr olacağı məsələsini qurultayda yazıçı və şairlərin özləri həll edəcək. AYB sədri vəzifəsinə yeni adamın seçilməsi səsvermənin nəticələrindən asılı bir məsələdir. Konkret olaraq mənim namizədim də yoxdur. Anar müəllim yenidən AYB sədri vəzifəsinə namizədliyini verərsə mən ona səs verəcəyəm” - deyə İ.İlyaslı bildirdi.

AYB üzvü, şair-tərcüməçi Giya Paçxataşvili isə hesab edir ki, bu gedişlə Birlik sədri vəzifəsində yeni simanın görünməsi çətin məsələdir. “Düşünürəm ki, dəyişikliyə meyl yoxdur. İndiki halda yeni sədrin seçilməsi ağılabatan iş deyil. Anar artıq oturuşmuş sədrdir və o özü sədrlikdən imtina etməsə, inanmıram ki, alternativ namizəd olsun. Birlikdə ən böyük dəyişiklik və qurultayda ən böyük hadisə Anarın öz namizədliyini verməməsi ola bilər. Bu halda AYB sədri vəzifəsində dəyişiklik ola bilər, əks təqdirdə yox” - deyə G.Paçxataşvili qeyd etdi.

AYB üzvü, tanınmış ədəbiyyat tənqidçisi Əsəd Cahangir isə hesab edir ki, bu gün Yazıçılar Birliyində daha çox islahatlara ehtiyac var. “Mənə elə gəlir ki, AYB qurultayında sədr vəzifəsinə alternativ namizəd olsa və onun namizədliyi irəli sürülərsə və o səsvermədə qalib gələrsə dəyişiklik ola bilər. Hər şey seçki yolu ilədir. AYB sədrliyi vəzifəsi seçki yolu ilə baş tutur, təyinat yolu ilə deyil. Birlik sədrini qurultay iştirakçıları seçir. Anar müəllimin Birlik sədrliyinə yenidən namizədliyini verib-verməyəcəyini bilmirəm, qərar Anar müəllimindir. O, bu barədə verdiyi müsahibədə konkret mövqe bildirməyib. Həm deyir getmək istəyirəm, həm də deyir ki, ola bilsin qaldım. Yəni o ortaya qeyri-müəyyən bir mövqe qoyub. Ancaq Anar müəllimin son müsahibəsinə əsaslanıb bildirirəm ki, məncə, Anar müəllim növbəti seçkilərdə iştirak etmək istəmir. Əlbəttə, bu o demək deyil ki, Anar müəllim getsin filankəs gəlsin. Mən Anar müəllimin fikrinə istinadən deyirəm. Məsələ ilə bağlı mənim ümumi mövqeyim belədir ki, ədəbiyyat, həyat daimi yeniləşmə deməkdir. Su bir yerdə çox qalanda artıq o çirklənir. Ona görə də mənə elə gəlir ki, Azərbaycan Yazıçılar Birliyinin strukturunda ciddi islahatlara, dəyişikliklərə ehtiyac var. Bu o deməkdir ki, bu sədr gedib başqası gəlməlidir. Amma kimin sədr olmasından asılı olmayaraq, bu islahatlar həyata keçirilməlidir. Kim zamanın nəbzini tuta bilərsə, bu islahatları həyata keçirməyi bacararsa, AYB-nin strukturunda dəyişikliklər edib ədəbiyyatın inkişafına təkan verə bilərsə, mənə elə gəlir ki, ən çox o insanın sədr olmağa mənəvi haqqı var, qurultay iştirakçıları ona səs verməlidir” - deyə Ə.Cahangir bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ