Cümə axşamı günü, 08 oktyabr 2026
     

Xalq şairi, Xalq yazıçısı adları yığışdırılır?

Image


Ədəbi ictimaiyyətdə gəzən söz-söhbətlərə görə, Azərbaycanda Xalq yazıçısı və Xalq şairi fəxri adları ləğv ediləcək. Hətta bu barədə sosial şəbəkələrdə də müəyyən işarələrə rast gəlinir. Maraqlıdır ki, uzun illərdir Xalq şairi və Xalq yazıçısı da daxil olmaqla bütün fəxri adların ləğv edilməsi məsələsi gündəmdədir və zaman-zaman müzakirə edilir.

Böyük əksəriyyət hesab edir ki, fəxri adlar, ümumiyyətlə, ləğv edilməlidir. Bu fikirdə olanların qənaətinə görə, bir əsəri, bir şeiri belə oxucular tərəfindən oxunmayan şəxslərin Xalq yazıçısı, Xalq şairi fəxri adı daşıması doğru deyil. Bəziləri isə hesab edirlər ki, Xalq şairi və Xalq yazıçısı fəxri adları Sovet dövründən miras qalıb və bu adlardan “sovet iyi” gəlir. O da sirr deyil ki, bu gün çox şair və yazıçı fəxri adlar almaq üçün Azərbaycan Yazıçılar Birliyinə davamlı müraciətlər edir. Halbuki, onların əksəriyyətinin yazdıqları ədəbiyyat deyil, sözün həqiqi mənasında, makulaturadır.

Reallıq budur ki, Azərbaycanda Xalq yazıçısı və Xalq şairi fəxri adlarının ləğv edilməsinə tərəfdar olanların sayı günü-gündən artır. Onlar hesab edirlər ki, Xalq yazıçısı və Xalq şairi fəxri adlarını daşıyanların çoxunun yaradıcılığı, yazdıqları bu adların parametrlərinə uyğun gəlmir.

  • Qiymət Məhərrəmli: “Hesab edirəm ki, Xalq şairi və Xalq yazıçısı fəxri adları öz aktuallığını itirib”

Tanınmış şairə, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, Xalq şairi və Xalq yazıçısı fəxri adları Sovet dövründə təsis olunub və bu fəxri adlar sovet ədəbiyyatının inkişafında xidmətləri olan yazıçı və şairlərə verilib.

Xalq şairi və Xalq yazıçısı fəxri adları SSRİ-yə daxil olan müttəfiq respublikalarda verilirdi. Hazırda isə bəzi keçmiş sovet respublikaları ilə yanaşı, Azərbaycanda da yazıçı və şairlərə verilir. Bu fəxri adlar Azərbaycan poeziyasının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə yazıçı və şairlərə verilib. Qeyd edim ki, “Azərbaycan SSR xalq şairi” fəxri adı ilk dəfə 1956-cı ildə Səməd Vurğuna verilib. “Azərbaycan SSR-in Xalq yazıçısı” adına isə Şamaxıda doğulan erməni əsilli yazıçı Aleksandr Şirvanzadə layiq görülüb. Bununla da o, Azərbaycan SSR-in ilk Xalq yazıçısı hesab olunur. Ona bu ad 1930-cu ildə verilib”. 

Azərbaycanda Xalq yazıçısı və Xalq şairi fəxri adlarının ləğv edilməsinin aktuallaşmasına da münasibət bildirən Q.Məhərrəmli bildirdi ki, o vaxt bu fəxri adlar xalqın məhəbbətini qazanan, kitabları əl-əl gəzən, böyük tirajlarla nəşr edilən yazıçı və şairlərə verilirdi. “Bu gün də həmin Xalq şairi və yazıçılarının əsərləri mənim və digərlərinin kitabxanalarında durur. Mən onların kitablarını sevə-sevə oxuyuram və onlardan yeri gələndə bəhrələnirəm də. Bu başqa məsələ. Ancaq bu gün vəziyyət tamam başqadır. Hesab edirəm ki, Xalq şairi və Xalq yazıçısı fəxri adları öz aktuallığını itirib. Bu gün həmin fəxri adlara ehtiyac yoxdur. Mənim fəxri adlara, qondarma diplomlara, yalançı təltiflərə həmişə allergiyam olub. Yazıçı, şair fəxri adla şair yazıçı olmur ki. Fəxri adı olan yazıçı, şair var ki, bir cümləsini, bir misrasını belə oxuyan yoxdur. Hər şey göz qarşısındadır. Sovet dövründə partiyanı, sovet ideologiyasını tərənnüm etməyən şairə Xalq şairi, Xalq yazıçısı fəxri adı verilmirdi. Elə bilirəm ki, həm ədəbiyyat, həm incəsənət, həm də digər sahələrdə fəxri adların verilməsi dayandırılsa yaxşı olar. Bu gün fəxri adı olmayan şair, yazıçı var ki, onları xalq daha çox sevir, oxuyur. Çox arzu edərdim ki, Xalq yazıçısı və Xalq şairi fəxri adları, ümumiyyətlə, götürülsün, buna zərurət yoxdur. Bu gün yazıçı və şairlərin çoxu fəxri ad almaq növbəsinə dayanıb. Biri fəxri ad alır, o biri ala bilmir, bu da özlüyündə böyük söz-söhbət yaradır. Dünya praktikasında fəxri ad heç bir xarici ölkədə yoxdur. Ancaq keçmiş Sovetlər Birliyinə daxil olan bəzi respublikalarda var. Halbuki, keçmiş ittifaq respublikalarının çoxunda fəxri adlar ləğv edilib” - deyə Q.Məhərrəmli qeyd etdi.  

  • Elşad Barat: “Mən fəxri adların ləğvinin tərəfindəyəm”

Tanınmış yazar Elşad Barat da hesab edir ki, fəxri adların ləğv edilməsi daha münasibdir. “Fəxri adlar ya ədalətlə verilməli, ya da ləvğ olunmalıdır. Bizim cəmiyyətdə ədalətə inamsızlıq olduğunu nəzərə alsaq, bu adların verilməməsi fikrinin yanındayam. Bu yaxınlarda bir çox qələm adamına adlar paylandı. Bəzilərinə fəxri adların verilməsi biz gəncləri narahat edir, ümidsizlik yaradır, həvəsdən salır. Yazmaq eşqimiz ölür. Demək ki, fəxri adlar qələm adamına yazılarına görə yox, xidmətlərinə görə verilir. Elə isə mən fəxri adların ləğvinin tərəfindəyəm. Həm də bu adlar yazıçılar arasında yazmaq həvəsi yox, "xidmət" etmək həvəsi yaradır. Tarix boyu öz dövründə bu fəxri adları almış insanların əksəriyyəti yaltaq olub” - deyə şair bildirdi.

  • Ayaz Arabaçı: “...ləğv edilməsi daha doğru olardı”

Tanınmış şair Ayaz Arabaçı da Xalq yazıçısı və Xalq şairi fəxri adlarının ləğv edilməsinə tərəfdardır. “Ümumiyyətlə, fəxri adların verilməsinə heç bir ehtiyac yoxdur. Çünki əsas yaradıcılıqdır. Xalq şairi, yazıçının əsərləri oxunursa, sevilirsə bu kifayətdir. Xalqın sevimli şairi və yazıçısı kimi qələm adamları daha böyük şöhrət qazanırlar. Dünya təcrübəsində Xalq şairi, Xalq yazıçısı fəxri adları yoxdur. Bu, keçmiş SSRİ məkanına aid olan respublikalarda var. Bu fəxri adların ləğv edilməsi daha düzgündür. Ona görə ki, elə adamlar Xalq şairi, Xalq yazıçısıdır, əsl dəyərli qələm adamları kənarda qalıb. Bu seçimin özündə bir ədalətsizlik var. Bu səbəbdən də Xalq yazıçısı və Xalq şairi fəxri adlarının ləğv edilməsi daha doğru olardı. Çünki bu fəxri adların heç bir əhəmiyyəti yoxdur” - deyə A.Arabaçı bildirdi.

  • Sadiq Qarayev: “Bu, yazıçı və şairlərə yaradıcılıq stimulu verən bir amildir”

Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü, tanınmış yazıçı-alim Sadiq Qarayev isə həmkarlarından fərqli olaraq, Xalq yazıçısı və Xalq şairi fəxri adlarının ləğv edilməsinin tərəfdarı deyil. O hesab edir ki, fəxri ad yazıçı və şairə yaradıcılıq stimulu verir. S.Qarayevin sözlərinə görə, Xalq şairi və Xalq yazıçısı adına qədər istedadlı gənc yazarlara müxtəlif fəxri adlar verilməlidir ki, onların yaradıcılıq əzmi daha da artsın. “Mən əksini düşünürəm. Hesab edirəm ki, Xalq yazıçısı və Xalq şairi fəxri adları ləğv edilməməlidir. Çünki bu, yazıçı və şairlərə yaradıcılıq stimulu verən bir amildir. Hətta Xalq şairi və Xalq yazıçısı fəxri adına qədər istedadlı yazarlara digər fəxri adlar verilsin. Deyək ki, bir istedadlı şairdir, yazıçıdır, xalqı maarifləndirən, Qarabağla bağlı,  azərbaycançılıq məfkurəsini özündə ehtiva edən, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdıran bir əsər yazıb, o əsəri yazan yazarın əməyi stimullaşdırılmalıdır. Xalq yazıçısı və Xalq şairi fəxri adı alana qədər ona başqa fəxri ad verilməlidir. Bilirsiniz ki, Xalq şairi və Xalq yazıçısı fəxri adları hər kəsə verilmir. Əvvəllər Xalq yazıçısı və Xalq şairinin əsərləri ona görə çox oxunurdu ki, o zaman indiki kimi informasiya bolluğu deyildi və əsas informasiya mənbəyi şair və yazıçının əsərləri idi. Bu gün informasiya bolluğudur və bu səbəbdən də Xalq yazıçısının, Xalq şairinin əsərləri oxunmur. Bu gün onların əsərlərinin oxunmaması bu yazıçı və şairlərin günahı deyil. Bu, müasir dövrün obyektiv və subyektiv məsələlərindən irəli gələn amildir. Bu gün hansısa yazıçının bir əsəri əsasında film çəkilərsə, onu cəmiyyətdə daha yaxşı tanıyarlar. Eyni zamanda, hazırda Azərbaycan Yazıçılar Birliyinin özünün işini təkmilləşdirmək lazımdır. Orada gənc yazıçı və şairlərə şərait yaradılmalı, istedadlı insanlar üzə çıxarılmalıdır. İl ərzində yaxşı əsərlər yazan, ədəbiyyata yeni ədəbi təfəkkür gətirən, əsərləri cəmiyyətə fayda gətirən qələm adamlarının yazılarının, əsərlərinin nəşrinə kömək etmək gərəkdir”.  

S.Qarayev qeyd etdi ki, Yazıçılar Birliyi tərəfindən yazarların əsərləri məktəblərdə, ictimaiyyətdə geniş təbliğ edilməli, onlarla canlı görüşlər təşkil olunmalıdır. Sovet dövründən qalma təsisatların, eləcə də fəxri adların ləğv edilməsinin fayda verməyəcəyini deyən S.Qarayev hesab edir ki, ənənələrin üstündən xətt çəkmək yox, onları inkişaf etdirmək lazımdır.

Qeyd edək ki, bəzi ekspertlərimiz fəxri adlarla bağlı danışarkən müxtəlif şəxslərin adlarını çəkmişdilər və onların fəxri adlara layiq olmadıqlarını bildirmişdilər. Ancaq mövzumuz Xalq şairi və Xalq yazıçısı fəxri adlarını alan şəxslərin bu adlara layiq olub-olmadığını müzakirə etmək olmadığı üçün, həmin şair və yazıçıların adlarını qeyd etmədik.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ