şənbə günü, 15 avqust 2026
     

Zəlimxan Yaqubun 1967-ci ildə Qaratəhləli Aşıq Əsgərə yazdığı məktubu

Image


Əsgər İbad oğlu Məmmədov (Aşıq Əsgər) 1915-ci ildə Gürcüstanın Qarayazı bölgəsinin Qaratəhlə kəndində anadan olmuşdur. Hələ uşaq ikən saza-sözə meyl salan Əsgər yeniyetmə vaxtında ustaddan dərs alıb aşıqlıq sənətinin sirlərini öyrənir. Bir neçə il şagirdlik etdikdən sonra ustadından aşıqlıq hüququ alır və el toylarında, ağır məclislərdə sınaqdan çıxır. Gözəl səsi və xoşagələn ləmsi olan aşıq Əsgərin sədası Təhləni aşıb bütün ellərə yayılır. Ustadımızın əlyazmalarına baxarkən, gözəl şairimiz Zəlimxan Yaqubun 1967-ci il fevralın 8-də ona yazdığı məktubu və "Sənin" və "Söylənir" rədifli qoşmaları əlimizə gəldi:

"Hörmətli Əsgər əmi. Əvvala Sizə ailəmizin salamını bildirirəm məktubunu oxudum çox sevindim. Etibarınıza görə sağ olun. Mənə yazdığın ürəkdən gələn sözlərin və zəhmətin üçün sizə öz minnətdarlığımı bildirirəm. Mən də sizə öz kiçik qəlbimdən gələn sözləri bildirmək istəyirəm. Səhvlərimi üzürlü hesab edin.

SƏNIN

Sizə ürək dolu salam deyirəm,

Artıq olsun eldə hörmətin sənin.

Məclislər içində ucalsın başın

Bir an yorulmasın qüdrətin sənin.

Aşıq Əsgər, qoyma könül qəmlənə,

Бarmaq dura, incə tellər nəmlənə.

İlhamın qaynaya, eşqin dəmlənə,

Adınla öyünə xilqətin sənin.

Çiçəkli toylarda oynasın sazın,

Könüllər mülkündə ötsün avazın.

Bülbüllər qoynunda açılsın yazın

Bəzəsin ömrünü sənətin sənin.

Xalqın üçün bəhrəlisən, barlısan,

Həqiqət кəlməli, düz ilqarlısan,

Bizi unutmadın, etibarlısan,

Düşmür dilimizdən söhbətin sənin.

Cavan Zəlimxanı hərdən sal yada.

Məhəbbət var yollar uzaq olsa da.

İlqarlı dost əziz olur dünyada

Böyüsün hər zaman qiymətin sənin.

1967-ci il 8 fevral.

Əsgər əmi, məktubu gecikdirdiyimə görə gərək məni bağışlayasan".

Ailəmizin və əmilərimizin sizə, Qırxılı Aşıq Hüseynə çox-çox salamı var.

Söylənir

Borçalı bucağı söz aləmində,

Dodaqlarda coşa-coşa söylənir.

Qəlbindən yaranan hər kəlmələri

Gəlir el içində xoşa söylənir.

Aşıq Əmrah sazın çalıb ucadan,

Saraclı Hüseyn oxuyur dastan.

Şair Nəbi, Ağacanla hər zaman

Məclisdə söz düşsə qoşa söylənir.

Qırxılı Hüseynin ucadır adı,

Kamandar, Zijəddin mahir ustadı.

Köhnəlməz dediyi sözlərin dadı

Hər kəlməsi toy, tamaşa söylənir.

Hər zaman sevirlər şeiri, sənəti,

Sənətkara göstərirlər hörməti.

Bil Zəlimxan, budur xalqın adəti

Məhsuldar ustadı yaşa söylənirş.

Əsgər əmi, "Borçalı" rədifli Qırxılı hörmətli Aşıq Hüseynə çatdırarsınız. Məndən Hüseyn əmimə salam deyərsiniz.Xudafiz.

Qaratəhləli Əsgərə həsr etdiyi bir müxəmməsində Şair Novruz Aşıq Əsgər

haqqında belə deyir:

Aşıq Əsgər sədalanıb yayıbdı cahanda bir ad,

Gəzmişəm, görməmişəm, bu cürə insanda bir ad.

Aşıq Əsgər çalıb-oxumaqla yanaşı, yeri gəldikdə müxtəlif səpgili şeirlər

yazmışdır. Mərhum ustadımızın bir "Ay Qulamrza" şeirini və Aşıq Rza ilə deyişməsini sizə təqdim edirik:

De bu xəbər nəydi, ay Qulamrza?

Bu fələk çarxını tərsinə çəkdi,

Sənə necə qıydı, ay Qulamrza?

Oddu, ildırımdı fələyin səsi,

Kəskindi qılıncı, qandı nəfəsi.

Zalım əzrayılın əcəl pəncəsi

Nə tez sənə dəydi, ay Qulamrza.

Ölüm haqdı kim söyüşər aradan,

Əsgər dost itirsə çıxmaz qaradan.

Sənə zülm eyləyən qadir Yaradan,

Bil, məni də əydi, a Qulamrza.

Aşiq Rzayla Aşiq Əsgərin deyişməsi

Aşıq Rza:

Məclisimə gələn aşıq,

Çəkən olmaz başa səni.

Yaxşı düşübsən эirimə,

İndi sallam işə səni.

Aşıq Əsgər:

Uzaq ellərdən gəlmişəm,

Sallam dağa-daşa səni.

Buralar qərib sevəndi,

Qoy çəksinlər başa səni.

Aşıq Rza:

Sazı alıbsan dəstinə,

Girməynən canım qəsdinə.

Gəlibsən aslan üstünə

Vurar daşdan-daşa səni.

Aşıq Əsgər:

Sənə bir tələ quraram,

Sonra da gəliş gələrəm.

Бağrının başın dələrəm,

Çəkdirərəm şişə səni.

Aşıq Rza:

Rzayam burda qalaram,

Əlindən sazın alaram.

Bil, bu kənddən qovalaram,

Çıxardaram döşə səni.

Aşıq Əsgər:

Bu Əsgərnən gələn olmaz,

Əldən sazın alan olmaz.

Sən yekədən vuran olmaz,

Vursan, sannam paşa səni.

"Samqori" qəzetinin 1959-cu il 9 aprel sayında "Darıxma alarsan" felyetonu

çap olunmuşdur. Aşıq Əsgər Azərbaycanda çap olunan qəzetlərə abunə yazıldığından, lakin qəzetləri vaxtında almadığından, bu işdə rayon rabitə şöbəsiningünahı olduğundan söhbət açmış və "Ay keçir mən qəzeti almıram" satirik şeirini yazmışdır.

Vahid Allahverdi oğlu Ömərov

AMEA-nın Fəlsəfə və Sosioloğiya İnstitutunun Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsinin apa­rıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr yendirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ