çərşənbə günü, 07 oktyabr 2026
     

Qərbi Azərbaycan etnoqrafiyası – ayrıca tədqiqat əsərləri yazılacaqmı...

Image


“Folklor yaradıcılığımızda Qərbi Azərbaycan izləri” rubrikasında Qərbi Azərbaycan ellərinin etnoqrafiyasından danışacağıq. Əlbəttə, bir yazıda 16 mahallı Qərbi Azərbaycanı əhatə etmək mümkün deyil. Amma bütövlükdə onu demək lazımdır ki, Qərbi Azərbaycanın etnoqrafik mənzərəsi geniş şəkildə araşdırılmalı, öyrənilməli və nəşr edilməlidir.

Aidiyyəti elmi-tədqiqat institutlarında bu işi kompleks həyata keçirən xüsusi şöbələr olmalıdır. Əsasən, bizdə etnoqrafiya folklorun içində öyrənilir, nəzərə alsaq ki, etnoqrafiya ayrı bir sahədir, bu halda o tamamilə ayrıca öyrənilməlidir. Qərbi Azərbaycan ellərinin də etnoqrafiyası xüsusi yanaşma tələb edir. Adından da göründüyü kimi, etnoqrafiya elminin əsas tədqiqat obyekti bilavasitə etnosdur, xalqın özüdür. Odur ki, biz soydaşlarımızın həyatının, məişətinin, yaşamının hər detalını öyrənməliyik. Bir sözlə, xalqımızın dili, tarixi, təfəkkürü, məişəti, adət-ənənəsi, etnoqrafiyası daha dərindən tədqiq edilməlidir ki, biz soydaşlarımızın həyat tərzini, məşğuliyyətini, soylarını və sair öyrənə bilək.

Könül Səmədova “Qərbi Azərbaycan etnonimlərinin  arealları” kitabında yazır: “...Q.Qeybullayevin “Toponimiə Azerbaydcana”, “Kgtnoqenezu azerbaydcanüev”, “Qədim türklər və Ermənistan",“Azərbaycan türklərinin inkişafı tarixindən“ adlı kitabları və çoxsaylı məqalələri Azərbaycan və Qərbi Azərbaycan etnonimlərinin tədqiqi üçün əvəzsiz material və elmi mənbədir. Həmin əsərlərdə Azərbaycan (türk) xalqının demək olar ki, bütün makro və ya mikro, paleo, mezo və neotoponimləri əksini tapmışdır. Etnonimlər, onların rast gəldiyi ilkin mənbələr haqqında məlumatları kifayət qədər genişləndirmək mümkündür. Zənnimizcə, Azərbaycan və Qərbi Azərbaycan ərazisindəki toponimlərin tərkibinə girən əsas etnonimlər, onların rast gəldiyi mənbələr haqqında yetərli ümumi məlumat verildi. Türk mənşəli qəbilə və tayfalar, nəsil və tirələr haqqında elmi ədəbiyyatda geniş bəhs olunur, bu istiqamətdə tədqiqatlar davam etdirilir. Azərbaycanın bugünkü ərazilərində etnonimlərdən düzəlmiş külli miqdarda etnotoponimlər vardır. Onların əksəriyyəti R.M.Yüzbaşovun, Q.Ə.Qeybullayevin, Ə.A.Hüseynzadənin, Q.Voroşilin, S.M.Mollazadənin, Ə.I.Əliyevin, eləcə də digər coğrafiyaçı, tarixçi və dilçi toponimçilər tərəfindən tədqiq edilmişdir. Bununla yanaşı, araşdırmalardan aydın olur ki, qədim Oğuz yurdu Ermənistan ərazisindəki etnotoponimlər kifayət qədər tədqiq olunmamış, onların areal xüsusiyyətləri üzə çıxarılmamışdır”.

T.e.n Xatirə Ağayeva “Qərbi Azərbaycan əhlisinin maddi-mədəniyyətinin tarixi-mədəni kökləri (Qaraqoyunlu dərəsi və Göyçə mahalının timsalında)” məqaləsində “Qərbi Azərbaycan əhalisi haqqında müəyyən elmi araşdırma, indiki Ermənistan ərazisi nəzərdə tutulur. 1988-ci ilə qədər bu «qondarma» respublikanın ərazisində azərbaycanlılar özlərinin dədə-baba  yurdunda yaşayırdılar. O zamana qədər, daha dəqiq ifadə etsək 1918-1920-ci illərə qədər  ümumiyyətlə belə bir coğrafi anlayış yox idi. Əcnəbi səyyahların əsərlərində indiki Ermənistan ərazisi Azərbaycanın qərb bölgəsi kimi göstərilirdi...Xristian dünyasının qurmuş olduğu planlara görə onlar indii məskunlaşdıqları torpaqlara zorla köçürülməyə başlayırlar. Bununla da Qərbi Azərbaycanın minlərlə yaşadıqları doğma torpaqlarında “gəlmələr” məskunlaşmağa başlayırlar. Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi deyilən böyük bir mahalında və Göyçə qolu ətrafında yaşayan əhali xüsusi müqavimət göstərərək yaşadıqları yerdə erməni kəndlərinin salınmasına icazə verməmişlər. XIX-XX əsrin əvvəllərində hər iki mahalın bəzi yerlərində zorla ermənilər üçün kiçik məhəllələr yaradılmağa başlayırlar. Bütün göstərilən səylərə baxmayaraq, «qonaq» kimi Azərbaycan torpaqlarında məskunlaşmağın mümkün olmayacağını çox tez anlamışlar. Görünür, azərbaycanlı türklərinin qorxusundan özləri üçün daimi qalacaq yerləri də yaratmamışlar. İkinci əsas səbəb, sorğu apardığımız qaraqoyunlular və göyçəlilərin fikirlərinə görə, əsasən sıx meşəlik və dağlıq yerlərdə olan bu mahalda həm heyvandarlıq, həm də bostançılıqla məşğul olmaq ermənilərə nəsib ola bilməyəcək xöşbəxtlik idi. Onlara Azərbaycanın torpaqlarında yad və müvəqqəti olduqlarını həmişə dərk edirdilər, ona görə də həmişə xidmət sahəsində – bənna, dərzi, pinəçi, rəngsaz və digər yerlərdə vaxt keçirirdilər. Qərbi Azərbaycanın maddi-mədəniyyətinin tarixi kökləri bütün azərbaycanlıların əcdadları ilə bağlıdır. Sovetlər dönəmində etnoqrafiya elminin formalaşmasında mühüm rolu olan Y.V.Bromley və Q.Y.Morkova Cənubi Qafqazda yaşayan yerli azərbaycanlıların maddi-mədəniyyətinin tarixi  köklərini, xüsusilə “Müasir Ermənistanın, Cənub-Şərqi Gürcüstanın və Azərbaycanın qərb  bölgələrində özünəməxsus daşdan tikilmiş yaşayış evləri quruluş etibarı ilə bəzən dərin özülü olan, pilləkanvari ağacdan damının üzəri torpaqla örtülməsini qeyd edirdilər. Bu cür yaşayış evləri Cənubi Qafqaz ərazisində ən qədim dövrlərdən məlum olmuş və əsasən Ön Asiyanın oturaq əhalisinin qazma tipli evləri ilə bağlı olduğunu göstərirdilər” Daşdan tikilmə bu cür həm sadə, həm də kifayət qədər

möhkəm özülü olan evlər Qərbi Azərbaycan ərazisində keçən əsrdə aparılan arxeoloji qazıntılar nəticəsində Tixut yaşayış yerindən, Üçmüəzzin ətrafında aşkar edilmişdir. Mütəxəssislərin fikrincəbelə evlər Cənubi Qafqazda tunc dövründən məlumdur. Etnoqraflar bu cür evlərin tikintisini təbii şəraitlə əlaqələndirirlər. Qərbi Azərbaycanın araşdırdığımız əraziləri coğrafi baxımdan Türkiyə ilə həmsərhəddirlər. Qədim ticarət yollarının ön Asiya ölkələrindən Aralıq və Qara dəniz sahillərinə, oradan Cənubi Qafqaza qədərki magistralının bir hissəsi olan Qaraqoyunlu və Göyçə mahalı strateji baxımdan çox mühüm ərazidə yerləşirlər. Ən qədim dövrlərdən Türkiyə vasitəsilə xarici ölkələrlə əsasən ticarət əlaqələri saxlayan yerli əhali burada 1920-ci ilə qədər, yəni sovetlər quruluşu qələbə çalana qədər əcnəbi ölkələrlə həmişə müəyyən təmasda olmuşlar. Qərbi Azərbaycan torpaqlarının xəritəsinə nəzər saldıqda buranın Zaqafqaziyanın cənub hissəsində yerləşməsi, şimaldan Gürcüstan Respublikası ilə şərq və cənub şərqdən bu günkü Şimali Azərbaycanla, qərbdən Türkiyə ilə, cənubdan İranla həmsərhəd olduğu görünür. Bu sərhədlər

daxilində yerləşən ərazilərdə türk tayfalarının sıx məskunlaşması e.ə. II minillikdən başlayaraq intensiv xarakter alması elmə məlumdur”. Əsasən türk-oğuz tayfaları tərəfindən məskunlaşan Qərbi Azərbaycan ərazisində 16 böyük mahal olmuşdur – Ağbaba, Şörəyil, Lori, Pəmlək, Dərələyəz, Zəngibasar, Gərnibasar, Vedibasar, Talin, Zərdarabad, Karbibasar, Dərəçiçək, Ataran, Zəngəzur, Qaraqoyunlu və Göyçə. Bunlardan Qaraqoyunlu və Göyçə arasında çox qısa bir məsafə – aşırım Murguz dağından keçirdi. Dəniz səviyyəsindən 2000 m-ə qədər yüksəklikdə yerləşən Göyçə gölünün adı olduğu kimi ilk dəfə «Kitabi-Dədə-Qorqud» dastanında çəkilmişdir. Hər iki mahalın ərazisində 10-larla irili, xırdalı göllər var idi. Amma bunlardan ən böyüyü və dərini Göyçəakvatoriyasıdır. Tarixi məlumatlara görə bu ərazi III-V əsrlərdən 1387-1388-ci illərə qədər Çuxursədliyi, 1387-1388-ci illərdən 1969-cu ilə qədər Vardenis olmuşdur.

Qaraqoyunlu dərəsində yerləşən kəndlərin də adları, yəni toponimləri, hidronimləri, oykonimləri, antroponimləri buranın əhalisinin avtoxton, aborigen olaraq minillərlə doğma torpaqlarında yaşamışlar. Hər iki mahalın maddi-mədəniyyətin tarixi kökləri yuxarıda qeyd etdiyimiz kimi, ümumazərbaycan tarixindən ayrılmaz olaraq, onun bir hissəsidir. Alim yazır ki,Qərbi Azərbaycan ərazisinin yerli türkdilli əhalisinin formalaşması etnosiyasi tarixlə, daha dəqiq türk xalqlarının etnosiyasi tarixi prosesinin bir hissəsidir. “...Araşdırdığımız zaman kəsiyində Qaraqoyunlu və Göyçə mahalının əhalisinin maddi-mədəniyyətinin tarixi-mədəni kökləri birbaşa yerli əhalinin tarixi prosesidir. Yəni ən qədim dövrlərdən başlayaraq maddi-mədəniyyətin bütün sahələri – yaşayış məskənləri və evləri, geyimləri və bəzəkləri, yeməkləri və içkiləri, nəqliyyat növləri bütövlükdə türk dünyasının bir hissəsidir. Bu elementlərin hər birini ayrı-ayrı araşdırdıqda onların köklərinin, inkişafının ümumazərbaycan və ümumtürk dünyasının bir hissəsi olduğunu üzə çıxarır. Bu gür faktlar içərisində bir çox misallar göstərmək olar. Hər iki əhalinin yemək rasionunda türklərin ən qədim tarixindən bu günə qədər saxlanılan, daha çox Orta Asiya və Anadolu türklərinin gündəlik yemək mədəniyyətində istifadə edilən «bişməmiş yemək» nümunələridir. Bu cür yemək növləri əsasən heyvandarlıq və əkinçilik məhsullarından alınır. «Koramaz» deyilən yemək təzə çalınmış qatıqla bişməmiş, süzülmüş südün qarışığından alınırdı. «Agsulaq» sarımsaq qatığa təzə nehrə yağını əridib qatışdırmaqla alınırdı. «Qovud» üyüdülmüş buğda ununa şərbət qatılaraq hazırlanırdı. Gicitkənin yazda yığılıb duzla ovularaq yeyilməsi və s. Demək olar ki, bütün bişmiş yeməklərin sarımsaq-qatıqla yeyilməsi bir çox türk xalqlarında bugünə qədər yaşayır. Bu cür adət daha çox xəmirdən hazırlanan xörəklərə aiddir. Uzun qış aylarında, heyvanların südü azaldıqda ağartının yerini «qurut» deyilən iri, girdə formalı ağ rəngli yaylaqda nehrə çalxalanarkən artıq qalan qatıqdan hazırlanan xüsusi «konservant» əvəz edir. Lazım gəldikcə qurudu ilıq suyun içinə qoyub 1-2 saat müddətinə ovaraq, çox ləzzətli qatı və qatığabənzər məhlul hazırlayırdılar. Bu cür qurut əzməsinə sarımsaq qatışığı artıq lazım olmurdu. Bu cür qurutlar indiyə qədər Anadolunun hər bir irili-xırdalı şəhərlərinin bazarlarında, Qərbi Azərbaycan əhalisinin hazırladığı ölçüdə və formada satılır. Orta Asiyada belə qurutlar nisbətən kiçik formada hazırlanır və əsasən xəmirdən hazırlanan «beşbarmaq», «mantı» ya süfrəyə gətirilərkən əlavə edilir. Digər bir misal – keçən yüzillikdə arxeoloji və etnoqrafik araşdırmalar nəticəsində elmdə Azərbaycanın yaşayış məskənlərinin təbii və süni mağara məskənlərindən başlayaraq müasir kənd, qəsəbə və şəhər yaşayış məskənlərinə qədər böyük təkmilləşmə və inkişaf prosesi keçdiyi sübut olunmuşdur. Araşdırdığımız XIX-XX əsrin əvvəllərində Qərbi Azərbaycanın xalq yaşayış məskənləri daimi, yəni kənd, şəhər və müvəqqəti – oba, binə, yurd, yaylaq olmaqla iki mühüm qrupa bölünür”.

Alim yazır ki, Qərbi Azərbaycan ərazilərinə ermənilər köçürüldükdən sonra yerli əhali öz milli varlıqlarını qorumaq üçün əllərindən gələni ediblər. Belə ki, əhali gəlmə millətlərin, o cümlədən erməni və rusların təsiri altında düşməyərək, milli geyimlərini hətta XX əsrin ortalarına qədər saxlamışlar. Bununda əsas səbbi yerli əhalinin iş üçün başqa yerlərə əsasən miqrasiya etməməsidir. Milli geyim nümunələrindən mezər (önlük), sırtoy (qalın kişi və qadın üst geyimi), yaylıq (baş örtüyü) və s. kimi paltarlar gündəlik istifadə edilirdi.

Bu qeydlər X.Ağayevanın məqaləsində yer alıb. Qərbi azərbaycanlılar öz varlıqlarını yaşatmaq, adət-ənənələrini qorumaq üçün böyük mücadilələr veriblər. İnanırıq ki, yaxın gələcəkdə onlar əminamanlıq içində öz yurdlarına qayıdacaqlar.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:22
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ