Bazar günü günü, 22 noyabr 2026
     

Məşhur Qərbi azərbaycanlı alimi İrəvan universitetinin şərqşünaslıq fakültəsindən necə çıxarmaq istədilər...

Image


“İrəvanda izim qaldı” rubrikasında türkologiya elminin görkəmli nümayəndələrindən biri - tənqidçi, ədəbiyyatşünas, professor, Əməkdar Elm Xadimi, Azərbaycan milli yaradıcılıq akademiyasının müxbir üzvü, İrəvanda doğulan və həyatının xeyli hissəsini doğma şəhərində keçirən Mirəli Seyidovdan danışacğıq. O Mirəli Seyidovdan ki, Azərbaycanın çox görkəmli elm xadimi olub və bu gün əsərlərinə saysız istinadlar edilir, fikirləri söykəc yerinə çevrilib.

M.Seyidov erməni şovinizimini lap gənclik yaşlarında öz həyatında, taleyində görüb. Bildiyimiz qədər, Sovet dövrü olmasına baxmayaraq, Ermənistanda İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə azərbaycanlıların qəbul olunmasına qadağa qoysalar da, Mirəli Seyidov erməni dilini mükəmməl bildiyi üçün 1941-ci ildə İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə daxil olur. Lakin III kursda ikən universitetin rəhbərliyi onu xaric etmək istəyir, amma Mirəli Seyidov 1945-ci ildə buranı bitirməyə müvəffəq olur.

  • Mirəli Seyidovu tanıyırıqmı?

Qərbi Azərbaycanın, tarixi şəhərimiz İrəvanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biri də Mirəli Seyidovdur ki, onun adı xalqımızın şərəf tarixinə yazılıb. Biz Azərbaycan xalqının görkəmli oğul və qızlarını, tarix yaradan işıqlı şəxsiyyətlərini gənc nəslə yaxından tanıtmalıyıq. M.Seyidov haqda çox yazılıb, indən sonra da çox yazılmalıdır, gənclər bu görkəmli Qərbi azərbaycanlını yaxşı tanımalıdır.

  • “Qu quşları həyatlarında bircə dəfə oxuyurlar...” 

Mətbuatda yer alan məlumata görə, 1989-cu ildə isə “Yazıçı” nəşriyyatında onun ən iri həcmli kitabı olan "Azərbaycan xalqının soykökünü düşünərkən" adlı əsəri nəşr olunub. Ardınca 1990-cı ildə “Gənclik” nəşriyyatında “Yaz bayramı” kitabı çap olunub.

Mirəli Seyidovun ən son yazdığı kitabı “Qam-şaman və onun qaynaqlarına ümumi baxış”dır. Alim bu kitab üzərində 15 il çalışıb. Kitabın redaktoru Vəli Həbiboğlu son əsərlə bağlı Mirəli Seyidovla danışdığı bir xatirəni kitabın ön sözündə qeyd edib: “Qu quşları həyatlarında bircə dəfə oxuyurlar. Bu da onların ölümqabağı nəğmələri hesab olunur. İndi mən də bu kitabı özümün ölümqabağı nəğməm bilirəm. Elə hesab edirəm ki, bu vaxta qədər yazdığım heç bir əsərim, hətta sənin haqqında danışdığın o iri həcmli soykökü kitabım belə “Qam-şaman və onun qaynaqlarına baxış” əsəri ilə müqayisə oluna bilməz. Bu kitab mənim bütün yaradıcılığımın zirvəsidir. Azərbaycan mifologiyaşünaslığında tarixi hadisə hesab olunmağa layiqdir”.

Vəli Həbiboğlunun yazdığına görə, qanlı 20 yanvar ərəfəsində Mirəli Seyidov Şəhidlər xiyabanından bir qədər kənarda yerləşən xəstəxanada ürəyindən müalicə olunurdu. Ona görə baş vermiş hadisə haqqında həkimlər ona heç nə demirdi. Lakin heç kim Mirəli Seyidovun hər şeydən xəbəri olduğunu bilmirdi. Bir dəfə onu ziyarətə gedən Vəli Həbiboğluna deyir: “Həkimlər hər şeyi məndən gizlətməyə çalışırlar, amma bilmirlər ki, mən azadlığımız uğrunda axıdılan bu qanları, şəhid övladlarımızı hələ çox-çox il bundan əvvəl gözləyirdim. Azadlığı, xoşbəxtliyi heç kim bizə havayı verməyəcək, hələ bu yolda çox əziyyətlərə, məhrumiyyətlərə qatlaşmalı olacağıq, şəhidlər verəcəyik. Şəhidi olmayan torpaq müqəddəsləşib Vətənə çevrilməz”.

Son kitabını 20 yanvar şəhidlərinin ruhuna həsr edən müəllif 15 ildir yazdığı materialları şəhidlərin dəfn günü xəstəxana şəraitində, ağır durumda kitab halına salmağa başlayır, onların qırxı günündən bir neçə gün sonraya tamamlayır, kitabı bitirdikdən sonra Vəli Həbiboğlu ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edir. Kitab nəşriyyata təqdim edilir, lakin gec çap olunduğundan son kitabını görmək alimə qismət olmur.

Bu fikirlər mətbuatda yer alıb.

Bəy oğlu, mifoloq, professor...

M.Seyidovun bioqrafiyasına baxaq: 

Qeyd olunur ki, Mirəli Mirələkbər oğlu Seyidov 5 may 1918-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində bəy ailəsində anadan olub. Burada ibtidai məktəbi, 1938-ci ildə Bakıda S.Ağamalıoğlu adına hidromeliorasiya texnikumunu bitirib. 1938-1944-cü illərdə Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində təhsil alıb. Eyni zamanda Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində oxuyub. Bu, 1941–1945-ci illəri əhatə edib. Həmin illər "Sovet Ermənistanı" qəzeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbuat müvəkkili olub. Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1945–1953), Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi (1953–1960), ədəbi əlaqələr şöbəsində baş elmi işçi (1960–1967), şöbə müdiri (1967–1980), Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri (1980–1988), institutun xalq yaradıcılığı şöbəsində aparıcı elmi işçi işləmişdir (1987-ci ildən). 1982-ci ildə Türkiyədə  keçirilən IV türkoloji konqresdə Sovet nümayəndə heyətinin tərkibində olmuş, "Azərbaycan mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)" mövzusunda məruzə edib. Yazılanlara görə, ədəbi fəaliyyətə 1941-ci ildə "Sovet Ermənistanı” qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlayıb. Həmin dövrdən mətbuatda vaxtaşırı çıxış edib. 1952-ci ildə "Sayat Novanın yaradıcılığı" mövzusunda namizədlik, 1967-ci ildə "Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonunadək)" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. "Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öyrənməkdə bir mənbə kimi" mövzusunda tədqiqat üzərində çalışırdı. Ümumittifaq türkoloji müşavirə və konfranslarda iştirak edib.

  • Ermənilərin keçmiş ittifaqda “şovinist” kimi tanıtmağa çalışdığı alim...

Tədqiqatçı Nəcəf Nəcəfov məqalələrindən birində yazır: “...Sonralar Azərbaycan elminin korifeyi səviyyəsinə yüksəlmiş filologiya elmləri doktoru, mərhum professor Mirəli Seyidov İrəvan Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alanda hiss edirdi ki, bu təhsil onda olan güclü, daxili elm yanğınını təmin edə bilmir. Ona görə də erməni dilini mükəmməl bildiyi üçün o, 1941-ci ildə İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsinə daxil olur. Lakin III kursda ikən universitetin rəhbərliyi onun gündüz pedaqoji institutda, axşam isə universitetdə təhsil almasından xəbər tutmuşdu. Çox çətinliklə olsa da, Mirəli Seyidov 1945-ci ildə buranı bitirməyə müvəffəq olur. Ermənilər bu istedadlı gəncin tədqiqatçılıq marağını, çox dərinliklərə baş vurmasını elə o zaman hiss etmişdilər. Ona görə də başqa bir azərbaycanlıya belə fürsət verilməsini daha istəmirdilər. Təsadüfi deyildir ki, sonralar İrəvandakı erməni qaynaqlarından ilk dəfə geniş profildə tədqiqatçı kimi istifadə edən azərbaycanlı alim də elə Mirəli Seyidov olmuşdur. Həqiqətən, bu görkəmli alimin ötən əsrin 80-ci illərində apardığı elmi axtarışlar məkrli qonşulara kəskin cavablar verməkdə çox əhəmiyyətli idi. Hətta ermənilər onu bütün ittifaqda şovinist alim kimi tanıtmaq üçün əldən-ayaqdan gedirdilər. O zaman İrəvan Pedaqoji İnstitutunun qonağı olan professor Həmid Araslı Mirəli Seyidovun çox dəyərli tədqiqatları ilə tanış olaraq ona Bakıya köçməsini məsləhət bilir. Deportasiyanın başlanması ərəfəsində İrəvanda daha qala bilməyən M.Seyidov tezliklə Bakıya gəlir. O danışırdı ki, şərqşünaslıqda yalnız ermənilər oxuyurdu və ən millətçi, şovinist ünsürlər də, o cümlədən daşnak ideyalı müəllimlər də oraya toplaşmışdı. Erməni saxtakarlığının ocağı olan bu fakültəni qapalı saxlayırdılar. Çünki gələcək erməni tədqiqatçılarına özlərinə məxsus "iş üsulu", yəni erməni saxtakarlığı da onlara elə burada aşılanırdı. Onlar Matenadarandakı qiymətli əlyazmalarını saf-çürük edir, özlərinə sərf etməyəndə planlı şəkildə onu məhv edir, yandırır, imkan olanda isə "özününküləşdirirdilər". Kim bilir, bizim mədəni tariximizin nə qədər nadir inciləri orada indi də yatıb qalmışdır”.

M.Seyidov görkəmli alim olmaqla yanaşı həm də böyük azərbaycanlı, böyük vətəndaş olub. Görkəmli Azərbaycan alimi M.Seyidov 1992-ci il aprelin 26-da Bakıda vəfat edib,  II Fəxri xiyabanda dəfn Yaşadığı binanın divarına xatirə lövhəsi vurulub, Yasamal rayonunda adına küçə var.

“İrəvanda izim qaldı” rubrikasında barəsində danışdığımız M.Seyidovun adının doğulduğu İrəvan şəhərində də əbədiləşdiriləcəyinə inamımız tamdır. Qərbi azərbaycanlılar öz yurdlarına döndükdən sonra görkəmli Qərbi azərbaycanlıların ruhları da sevinəcək...

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ