çərşənbə günü, 07 oktyabr 2026
     

Qərbi Azərbaycan qalaları - Urud, Sərdarabad...

Image


“Qərbi Azərbaycanın daş yaddaşı” rubrikasında əzəli torpağımız olan Qərbi Azərbaycan ərazisindəki qalalarımızdan danışmaq istəyirik. O qalalardan ki, minillər boyu xalqımızın müdafiəsində müstəsna rol oynayıb, dosta qürur, düşmənə göz dağı olub.

Çox təəssüflər olsun ki, ermənilər Qərbi Azərbaycan ərazisində məskunlaşdırıldıqdan sonra və xüsusən də bolşevik dönəmində Azərbaycan türklərinin müxtəlif dövrlərdə tikdiyi qalalara da ermənilər əsassız iddia irəli sürüblər. Bu gün Qərbi Azərbaycan qalaları Azərbaycan türklərinin izini, nişanəsini, səs-sədasını özündə ehtiva edir. Demişdik ki, daşın da yaddaşı olur, bizim izimiz o daşların yaddaşında qalıb yaşayır...

Qərbi Azərbaycanın qədim qalalarından biri Urud qalasıdır ki, Zəngəzurun (Qarakilsə rayonu)  Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala - qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü.

Urud qalasının adı mənbələrdə 450 - ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1104 - cü ildə Səlcuqlular, 1386 - cı ildə Əmir Teymur, 1407 - ci ildə Qara Yusif tərəfindən fəth edilib.

Urud qalası haqqında Sultan fərmanından çıxarış: "Bitlis hakimi Şərəf xan ilə Maku sancaqbəyisi Əvəz bəy Sultana məktub göndərib, bildirdilər ki, Naxçıvan əyanından Əmir Ziyaülmülkün övladlarından olan mövlana Məhəmməd bəd əməlli qızılbaşlardan üz döndərib, öz adamları ilə gəlib Urud qalasına yerləşmişdir. Urud qalasında olduğu müddət ərzində qızılbaşlarla dəfələrlə vuruşmuş və onları məhv etmişdir. Qalanın hakimi Urud qalasını zəbt etmək məqsədilə üzərinə hücum etmişdirsə də, döyüşləri uduzub geri çəkilmişdir. Urud qalasını lazımınca müdafiə etmiş mövlana Məhəmməd sultan üçün də böyük xidmətlər göstərmişdir. Deyilənləri nəzərə alaraq, mövlana Məhəmmədə məxsus və Naxçıvanın Cəhrik, Qıvraq adlı kəndlərindən və Türküt adlı məzrədən ibarət övlad vəqfinin yenə də onun istifadəsində qalması üçün Sultandan xahiş olunmuş, Sultanın cümadüləvvəl ayı 995-ci il tarixində bu barədə fərmanı (əmri-şərif) verilmişdir”.

Bildirək ki, Urud qalası barədə Əziz Ələkbərlinin araşdırmalarında, Musa Urudun publisistik yazılarında geniş bəhs olunur.

Qərbi Azərbaycanın qalalarından biri də Teyşeba qalasıdır ki, bu barədə İ.Şopenin əsərlərində məlumat verilir. 

Teyşeba qalası Göyçə mahalının Aşağı Qaranlıq rayonunun Kolagirən  kəndi kənarında e.ə.VIII əsrin ikinci yarısına aid qədim qaladır. Göyçə gölünün sahilində təpə üstündə yerləşən bu qala həmin bölgədə Urartu çarı Sardurinin oğlu Rusanın tikdirdiyi iki qədim qaladan biridir (digəri Göyçə mahalının Kəvər rayonundadır). Qalanın xarabalıqlarının yerində qaya üstündə mixi yazılar aşkar edilib. İri qaya daşlarından hörülmüş divar və künc qüllələrinin qalıqları qalmaqdadır. Ərazidən çoxlu gil qablar, daş, sümük, metaldan bəzək əşyaları və s. tapılıb. Kolagirən ərazisinə ilk ermənilər (23 təsərrüfatda 151 nəfər) 1830-cu ildə Türkiyədən köçürülmüşdür. Bu barədə Ə.Ələkbərlinin tədqiqatlarında da bəhs olunur.

Qərbi Azərbaycanın tarixində mühüm rolu olan abidələrdən biri də Sərdarabad qalası olub ki, o barədə bu gün də geniş bəhs olunur. Tədqiqatçılara görə, Sərdarabad Sərdarabad mahalının Sərdarabad rayonu ərazisində türk-müsəlman qalasıdır. İrəvan sərdarı tərəfindən tikildiyi üçün onun şərəfinə Sərdarabad adlandırılıb. Türkiyə sərhəddində yerləşən qala İrəvan şəhərinin qapısı sayıldığından həmişə xarici hücumların əsas zərbəsini öz üzərinə götürüb. XIX əsrdə rusların hücumu zamanı qala zədələnib. 1930-cu il sentyabrın 9-da Sovet hakimiyyəti dövründə mərkəzi Sərdarabad qalası olmaqla Sərdarabad rayonu yaradılıb, 03.01.1935-ci ildə isə adı dəyişdirilərək Hoktemberyan adlandırılıb.

İrəvanın tarixində xüsusi rolu olan İrəvan qalası barədə də danışmaq istəyirik.

Qalanın tarixi barədə yazılanlara görə, İrəvan qalası 1504-cü ildə Səfəvi hökmdarı  I Şah İsmayılın tapşırığı ilə, vəziri Rəvanqulu xan tərəfindən Zəngiçayın sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilib. Səfəvilər dövlətinin sərhəddlərini xarici basqınlardan qorumalı olan qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınıb, sonralar "Rəvan" sözü dialektdə "İrəvan" kimi işlədilib.

Tədqiqatçılara görə, qala Rəvanqulu xanın şərəfinə Rəvan, daha sonra isə İrəvan adlandırılıb. Qalada 8 məscid, 800 ev olub, burada isə yalnız azərbaycanlılar yaşayıb. Sonralar Osmanlı-Səfəvi müharibəsi zamanı dağıdılan qala divarlarını 1582–1583-cü illərdə Osmanlı sərkərdəsi Fərhad paşa daha da möhkəmləndirir.

Çuxursəəd ərazisində üç qala olmuşdur. Onlardan biri 1583-cü ildə Çuxursəəd vilayətinin müvəqqəti olaraq Osmanlı imperiyası tərkibində olduğu zaman Fərhad Paşa tərəfindən strateji cəhətdən vacib yerdə, Zəngiçayın sahilində inşa etdirib. Bu qala eyni zamanda Fərhad Paşa qalası da adlanıb. İkinci bir qala Fərhad Paşa qalasının yaxınlığında yerləşib. İsgəndər Münşinin verdiyi məlumata görə bu qalanın əsası 1605-ci ildə Naxçıvan hakimi Molla Abdulbagi tərəfindən qoyulub. Üçüncü və əsas qalanın inşası isə Səfəvi hökmdarı I şah İsmayılın  sifarişi ilə vəziri Rəvanqulu xan tərəfindən 1504-cü ildə başlamış və inşa işləri 1511-ci ildə tamamlanıb. Türk səyyah və tarixçisi Övliya Çələbi İrəvan qalasının inşası haqqında yazır:"Hicri 915-ci ildə (miladı 1510–1511) Şah İsmayıl Səfəvi öz vəziri Rəvanqulu xana Zəngiçay sahilində qala inşa etməyi tapşırdı. Həmin qalanın inşası yeddi ildən sonra tamamlandı".

Fransız səyyahı Jan Şarden (XVII əsrin II yarısı) İrəvan qalasını müstəqil şəhərə bənzətmişdi. Onun yazdığına görə qalada 800 ev var idi, qalanın əhalisi ancaq müsəlmanlardan ibarət idi. Ermənilər qalaya gündüzlər ticarət məqsədiylə gəlir, gecələr isə onu tərk edirdilər.

11 aprel 1635-ci ildə növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində türk qoşunları İrəvan qalasını alımışlar. İrəvan qalası 1604-cü ildə Səfəvi-Osmanlı müharibəsi  (1603-1612) zamanı I Şah Abbas tərəfindən tutulmuş və İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verilmişdi. Sonrakı iki əsrdə İrəvan bölgəsi (xanlığı) daha bir neçə dəfə Səfəvilərlə Osmanlılar arasında əldən-ələ keçmişdir.

 İrəvan qalası uğrunda döyüşlərdə 1804-cü ildə İrəvan xanı Məhəmməd xan və mühasirədə olan qardaşlarına köməyə gəlmiş Naxçıvan xanı Kəlbəli xan general Pavel Sisianovunbaşçılıq etdiyi Rusiya ordusunu məğlub edərək geri çəkilməyə məcbur etdi. 1808-ci ildə Rusiya ordusu bu dəfə general-feldmarşal Qudoviçin başçılığı altında yenidən qalaya hücum etdi. İrəvan xanı Hüseynqulu xan və qardaşı Həsən xan yüksək sərkərdəlik məharəti, xalqı yadelli işğalçılara qarşı səfərbər etmək bacarığı və şəxsi şücaət nümayiş etdirmişlər. Rusiya ordusu bu dəfə də məğlub edildi, Qudoviç isə Qafqazdakı rus ordusunun komandanı vəzifəsindən buna görə azad edildi. Bu qələbələrdən sonra qala əhalisi 20 ilə yaxın müddətdə müharibəsiz həyat sürmüşdü; yalnız Rusiya – Qacar müharibəsinin (1826–1828) gedişində İ. Paskeviçin komandanlığı altında rus qoşunu 1827-ci ilin oktyabrında uzaqməsafəli artilleriya silahlarından istifadə etməklə İrəvan qalasının müdafiəçilərinin müqavimətini qıra bilmişdi. Qala 1827-ci ilin 1 oktyabrında Çar Rusiyasının İvan Paskeviçin rəhbərlik etdiyi qoşunu tərəfindən işğal edilmiş, bundan sonra qala daxilində ermənilərin yerləşdirilməsi və yaşaması başlanmışdır.

İrəvan qalasının işğal edilməsi şərəfinə 1827-ci il 8 noyabrda Sankt-Peterburqdakı Qış sarayının kilsəsində I Nikolayın iştirakı ilə dua mərasimi keçirilmişdi. İrəvan qalasını zəbt edən general İ. Paskeviçin titullarına isə "İrəvan qrafı" titulu da əlavə edilmişdir. 1853-cü ildə baş vermiş zəlzələ nəticəsində qala divarları ciddi zədələr almışlar. 1865-ci ildə isə qalanın ərazisi erməni Nerses Tahiryants gildiyası tərəfindən satın alınmışdır. 1880-ci illərdə Tahiryanlar qalanın şimal divarlarını dağıdaraq yerində konyak zavodu inşa etmişlər. 1930-cu illərdə isə qala divarları ermənilər tərəfindən tamamilə məhv edilib.

Bu barədə İrəvan qalası barədə tədqiqatlarda qeyd olunur.

Düşmən İrəvan qalasını yer üzündən silsə də, Urud və başqa qalalarımız yurd yerində qalmaqdadır. Heç şübhə yoxdur ki, Azərbaycan türkləri geriyə öz vətənlərinə döndükdən sonra o qalalara, abidələrə daha yaxından sahiblənə biləcəklər. Hələlik isə o abidələr ermənilər tərəfindən saxtalaşdırmaya məruz qalıblar.

Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam
Tikdim ki, izim qala...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:22
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ