çərşənbə günü, 07 oktyabr 2026
     

Güneyli məşhur demokrat aşıq - Qaradağın Uti kəndində doğulmuşdu...

Image


Vǝtǝnin sevmǝyǝn vaxtsız qocalır,
Könül rübabında "vay" nǝfsǝ çalır
Xalqın sevǝn, xalq ǝlilǝ ucalır,
Qolunda qüdrǝtli el gücü olur.

O taylı, bu taylı Azərbaycanın aşıq oğlu Hüseyn Cavanın şeiridir. Vətən sevgisi ilə qəlbi hər zaman döyünüb aşığın, Arazın göz yaşlarını, paralanmış Azərbaycanın yaralarını sazının simlərində dilləndirib. Ayrılıq ağrısını gah saz havalarında, gah da şeirlərində, gah da dastanlarda dilə gətirib. Səttarxanın hünərinə dastan bağlayıb, Təbrizin gözəlliyini vəsf edib, Demokrat Firqəsinin etibarlı davamçısı olub. Güneydən Quzeyə köçüb gələndə özü ilə bir ömürlük həsrət gətirib, yurdunda boynu buruq qoyub gəldiyi qızı Nərgizin həsrətini havacata düzüb... Ustadın “İrəvan çuxuru” havası üstündə oxuduğu “Nərgizin” rədifli şeiri buna nümunədir.

“Türkün dili tək sevgili dil olmaz” rubrikasında aşıq Hüseyn Cavandan danışacağıq.

  • Hüseyn Cavan harada doğulub?

1948-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1946-cı ildən Azərbaycan Demokrat Partiyasının üzvü, 1967-ci ildə  Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adı alan şair, aşıq Hüseyn Cavan (Əliyev Hüseyn Mikayıl oğlu) 1916-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalının (İran adlanan ölkənin Şərqi Azərbaycan ostanındakı Kəleybər şəhristanının Abışəhməd bəxşinin Seyidan dehistanındakı) Uti kəndində yoxsul ailədə doğulub. Atasının vaxtsız vəfatından sonra anası Zöhrə bir yaşlı oğlu Hüseyni xilas etmək ümidi ilə Şimali Azərbaycana gətirir. Onlar bir müddət Ağcabədinin Şərəfxanlı kəndində, sonra Dəliməmmədlidə yaşayıblar. Hüseyn 7 yaşından muzdurluq etmiş, qoyun-quzu otarmışdır.

1927-ci ildən 1935-ci ilə qədər  Göyçəli Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şagirdi olmuşdur. Bu sənətin sirlərini, şifahi xalq ədəbiyyatını dərindən öyrənmiş, toy-düyünlərdə, el şənliklərində çıxış etmişdir. 1934-cü ildən arabir şeir yazsa da, poetik yaradıcılığa əsasən 1940-cı ildən başlamışdır. Onun ilk şerləri: "Gül Azərbaycan", "Oyan, vətəndaşım", "Ana vətən", "Oktyabr" və s. Təbrizdə "Vətən yolunda" qəzetində dərc olunmuşdur.

  • Milli hökumətin "21 Azər" medalını alan aşıq…

Aşıq Hüseyn Cavan Quzeydə bir neçə illər yaşadıqdan sonra doğulduğu Güneyə köçüb. Qeyd edilənlərə görə, 1938-ci ilin iyulunda Cənubi Azərbaycana köçüb Təbrizdə yaşayıb. Milli-demokratik hərəkat təlatümə gəldiyi zaman səngərdən-səngərə gəzmiş, sazı və sözü ilə fədailəri qələbəyə ruhlandırmışdır. Milli hökumət onu "21 Azər" medalı ilə təltif etmişdir. 1946-cı ilin martında Təbrizdə dövlət dram teatrı təşkil olunarkən o, direktor müavini vəzifəsində çalışmış, inqilabi ruhlu nəğmələri ilə çıxış etmişdir. Burada aşıqlar ansamblı yaratmışdır. Azərbaycan Demokrat Firqəsi və milli hökumət ona xalq artisti fəxri adını vermişdir.

  • Güneydən Quzeyə əbədi köç…

Milli Hökumət qan içində boğulandan sonra Şimali Azərbaycana qayıdan aşıq Hüseyn Cavan 1946-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist işləmişdir. 1948-ci ildən  Goranboy rayonunun Əzizbəyov (indiki Kəhrizli) kəndində yaşamışdır. Ümumittifaq xalq yaradıcılıq evinin tədbirlərində dəfələrlə iştirak etmiş, Böyük teatrda çıxışı hərarətlə qarşılanmışdır. 1953-cü ildə Respublika özfəaliyyət incəsənət festivalının laureatı olmuş, birinci dərəcəli diplom almışdır.

Məlumata görə, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə aşıqlar dəstəsinin bədii rəhbəri olmuşdur. "Şərəf nişanı" ordeni və fəxri mükafatlarla təltif edilmişdir.

Qeyd edilənə görə, aşıq Hüseyn Cavan 1985-ci il noyabrın 14-də vəfat etmişdir.

  • Oğlun Səttarxandan sinə dağlısan…

Aşığın “Azadlıq mahnıları”, “Aşığın arzuları”, “Şerlər”, “Sədəfli saz”, “Qoşmalar”, “Şerlər”, “Danış telli sazım”, “El aşığı”, “Bahar kimi” şeirlər kitabı nəşr olunub.

Ustad aşığın yaradıcılığı haqda yazan tədqiqatçılar qeyd edirlər ki, aşıq şerinin bütün növlərində yazan aşıq Cavan əsasən gəraylı və qoşmalara üstünlük vermiş, Güney Azərbaycanın gözəlliklərini, qəhrəmanlarını öz şeirlərində vəsf etmişdir:

Gözlərim vətəni qəmli görəndə.
Dərdim təzələndi, xəyala düşdüm.
Xalqın naləsindən, xalqın ahından,
Alışdım odlara, bu hala düşdüm.

Cəlladlar əlində dağılır vətən,
Ayrılır analar körpələrindən,
Elin naləsini eşitdikcə mən,
Dolandım, mahaldan mahala düşdüm.

Şeirlərində tez-tez Güney Azərbaycanın dağlarını, şəhərlərini qeyd edən Cavan "Qaradağ" rədifli qoşmasında bunları yazır:

Təbriz bir anadır, sən də oğlusan,
El bilir, ürəkdən ona bağlısan,
Oğlun Səttarxandan sinə dağlısan,
Onunçün ağarıb başın Qaradağ.

Hüseyn Cavan Güney Azərbaycanda olduğu kimi Şimali Azərbaycanda da sevilir. Həm o taylı, həm bu taylı Azərbaycanın bir çox aşıqları onun təsiri ilə şeirlər yazmışlar.

İranda Pişəvəri hökuməti (Azərbaycan Demokrat Firqəsi) məğlub olandan sonra Azərbaycanın Şimalına gələn Cavanın burada bir çox şeir və qoşmaları məşhur olmuş, bundan başqa aşıq üç xalq dastanı qoşmuşdur.

Professor Vüqar Əhməd aşıq Hüseyn Cavanın yaradıcılığı barədə bunları qeyd edir: “Aşıq poeziyası əsrlər boyu Azərbaycan şeirinin milli-ədəbi zəmini vəzifəsini yerinə yetirib. Aşıq Hüseyn Cavanın yaradıcılığı mündəricə ilə formanın, bədii metodla dünyagörüşünün, vətəndaşlıq duyğuları ilə estetik zövqün vəhdətinə nümunə olacaq bitkin bir yaradıcılıqdır. Onun yaradıcılığı olduqca əhatəlidir. Vətənpərvərlik, xəlqilik, milli dəyərlərə, ana torpağa bağlılıq onun yaradıcılığında ön plandadır. Şairin poeziyasına nəzər edərkən xalq həyatının tam, bütöv mənzərəsi canlanır. Uşaq vaxtından aşıq məclislərində iştirak eləyən, ən məşhur aşıqları dinləyən şair, onların söylədikləri dastanları zaman-zaman yaddaşına həkk edərək, eyni zamanda bəhrələnərək ruhunda gur qaynayan bir çeşmə meydana gətirib və xalq həyatını hər tərəfli ehtiva edən bədii irs yaradıb. Xalq şeirinin hər formasında mükəmməl əsərlər yaradan şair, şeirlərində atalar sözlərinə, hikmətli ifadələrə geniş meydan ayırıb və ibrətamiz kəlamlarla poeziya xəzinəsinə misilsiz naxışlar vurub.
Aşıq Hüseyn Cavan bilavasitə aşıq olduğu üçün xalq yaradıcılığı ənənələrinin forma xüsusiyyətlərinə peşəkarcasına bələd idi. Daha doğrusu, qələmə aldığı bütün şeir nümunələrini hökmən xalq şeiri formalarında yaradırdı. Təsadüfi deyil ki, şair öz yaradıcılığında çox az işlənən divani, dodaqdəyməz divani, ustadnamə formalarından da məharətlə istifadə edib. Aşıq Hüseyn Cavan özünə ustad saydığı, aşıq sənətində misilsiz töhfələr yaratmış Aşıq Ələsgər kimi aşıq poeziyasının çərçivələrini xeyli genişləndirərək, klassik poeziyamıza daha yaxınlaşdırıb, aşıq poeziyasının gözəl, mütərəqqi ənənələrini inkişaf etdirməklə bərabər, klassik ədəbiyyatın fikri dərinlik, tipikləşdirmə və bədii ümumiləşdirmə qanunlarını aşıq poeziyasının canına hopdurub.
Aşıq Hüseyn Cavanın formaca çox zəngin və oynaqdır, ahəngdar və gözəldir. Həmişə məna ilə doludur, estetik gözəllik nümunəsidir. O, aşıq poeziyasının bütün növlərində ən gözəl, ən kamil nümunələr yaradıb. Xalq şeirinin mayası olan aşıq şeirinin "dodaqdəyməz", "dildönməz", "qıfılbənd" kimi az yayılmış formaları var. "Qıfılbənd" zahiri cəhətdən qoşmadan seçilmir. O, eynilə qoşma kimidir. Lakin burda təsvir və tərif həyat, ilahiyyat və hikmət haqqında dərin, mənalı suallarla əlavə olunur, eyni zamanda təsvirin və tərifin özünü şərh etmək, daha doğrusu, mənasını izah etmək lazım gəlir. Xalq arasında qıfılbəndlərə hikmətamiz qoşmalar da deyilir. Lakin qıfılbəndlər, dodaqdəyməzlər, dildönməzlər elə çətin formalardır ki, belə formalardan yalnız Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli, Aşıq Hüseyn Bozalqanlı və sairə xalq şeirinə, aşıq sənətinə mükəmməl bələd olan, bədahətən qoşmalar, gəraylılar, təcnislər, müxəmməslər söyləyən sənətkarlar bu formalarda nəfis əsərlər meydana gətiriblər”.

“Türkün dili tək sevgili dil olmaz” rubrikasında görkəmli Güney Azərbaycan şairi və aşığı aşıq Hüseyn Cavandan danışdıq, onun barəsində məlumat verdik...Əlbəttə, Təbrizdə, Qaradağda, başqa tarixi torpaqlarımızda bütöv Azərbaycanın himni səslənəndə, bayrağımız dalğalananda aşıq Hüseyn Cavan kimi sənətkarlarımızın da ruhu şad olacaq, onda güneyli aşıqlar quzeyli aşıqlarla qoşalaşıb ustadın yaratdığı “Səttarxan dastan”ını danışacaqlar...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ