çərşənbə günü, 07 oktyabr 2026
     

Tehran rejimi onu 11 aylıq həbsdən sonra edam etdi - məşhur firqəçi soydaşımız Əlirza Oxtay...

Image


Yollarım sınandı yad ölkələrdə,
Neçə yad dodaqda səsləndi adım.
Sağ ol, ana dilim, məni heç yerdə,
Yalqız qoymadın, köməksiz qoymadın...

Bu misralar şair, yazçı, esseist, milli mübariz, demokratik firqənin alovlu carçısı Əlirza Nabdil Oxtayındır... Bu o Oxtaydır ki, 1968-ci ildə  Arazda boğdurularaq öldürülən görkəmli uşaq yazıçımız və yaxın dostu Səməd Behrənginin  ölümündən təsirlənərək “Səməd könlümdədir” elegeyasını yazıb. Tədiqatçı Əli Şamilin yazdığına görə, şeir az zamanda gənclərin dilinin əzbərinə çevrilib.  

“Türkün dili tək sevgili dil olmaz” rubrikasında Əlirza Əli oğlu Nabdildən (Oxtay) danışmaq istəyirik.

Cəmi 28 il yaşayan, gənc yaşında Pəhləvi repressiyasının qurbanı olan Əlirza Nabdil 1944-cü ildə Təbrizdə ortabab bir ailədə anadan olub. Onun barəsində yazan tədqiqatçıların qeyd etdiyinə görə, uşaqlıq və gənclik illərini Təbrizdə keçirən Əlirza Azərbaycan Demokrat Firqəsi haqqında xatirələri dinləyərək böyüyüb. Tədqiqatçılar yazırlar ki, şəhərin hər guşəsində S.C.Pişəvərinin rəhbərlik etdiyi hökumətin bir ildə apardığı quruculuq işlərini görüb. Şəhərə boru ilə su çəkdirən, küçələrə asfalt döşədən, ana dilində qəzet-jurnal, məktəb, universitet, teatr açan vətənsevərlərə şah cəlladlarının divan tutduğunu eşitdikcə rejimə və onun qoruyucularına nifrəti artıb.

Tədqiqatçılar yazır ki, Pəhləvi şah rejimi milli düşüncəli, vətənsevər insanlara divan tutmaqla kifayətlənməyib, ana dilli qəzet və jurnalları, unversitetləri, məktəbləri, teatırı bağlayıb, dövlət idarələrində, məktəblərdə ana dilində danışanlar cərimələnib, cəzalandırılıb.

Azərbaycan türklərinin haqq səsini dünyaya bəyan etmək missiyasını şərəf və ləyaqətlə yerinə yetirən qeyrətli şəxsiyyətlərdən biri də Əlirza Nabdil Oxtay olub. 28 illik qısa, lakin çox şərəfli, ibrətamiz, zaman-zaman nəsillərə örnək ola biləcək bir ömür yaşayıb Əlirza Nabdil

Milli Dekokratik Firqənin alovlu davamçılarından biri idi. O öz mübarizə əzmini "Mən məhəbbət yollarında can qoymaq üçün yaranmışam" misraları ilə dilə gətirirdi. Şair və mücahid Təbriz, Əhər, Marağa, Ərdəbil və Xoy şəhərlərində təhsil alaraq orta məktəbi bitirmək barədə diplom-attestat alır və 1961-ci ildə Tehran Universitetinin hüqüq fakültəsinə qəbul olunur. Hüququ tapdalanan, dilinə, milli adət-ənənələrinə, ədəbiyyatına, maarifinə yasaqlar qoyulan bir millətin hüquqlarını qorumaq eşqilə yaşayan gənc 1967-ci ildə universiteti bitirib ali təhsilli hüquqşünas diplomu alsa da, arzusuna müvəffəq ola bilmir, rejim onun ədliyyə orqanlarında çalışmaq, "millətinin imzasını imzalar içində görmək" (Məhəmməd Hadi) istəyinin üstündən qara bir xətt çəkir.

Ə.Nabdil hüquq sahəsində fəaliyyət imkanlarının olmadığını görəndən sonra Xoy şəhərində müəllim kimi fəaliyyətə başlamış, özü gənc olsa da, gəncliyi vətən və xalq azadlığı uğrunda mübarizlər kimi yetişdirməyə cəhd göstərmişdir. Ağır və üzücü şəraitdə, ana dilində məktəb, mədrəsə və mətbuatın olmadığı, doğma Azərbaycan türkcəsinin dövlət idarələrində deyil, hətta küçə və meydanlarda yasaq edildiyi dövrdə əqidə və məslək dostları ilə birgə o, nəinki doğma dilində danışmaq, eyni zamanda yazıb-yaratmaqdan da çəkinmir. Xoyda müəllim işlədiyi illərdə o, Cənubi Azərbaycanın mütərəqqi fikirli, tərəqqipərvər ziyalılarından olan yazıçı-müəllim Səməd Behrəngi (1940-1968 (9)) ilə tanış olur və bu tanışlıq onun dünyagörüşünün formalaşmasında, ondakı milli ruhun güclənməsində mühüm rol oynayır. S.Behrəngi Ə.Nabdilin duyğu, düşüncə və məramına bələd olduqdan sonra onu milli ruhlu ziyalılardan olan Əmir Pərviz Puyanla tanış edir. Çox keçmir ki, Ə.Nabdil şahlıq rejiminə müxalif olan gənc qüvvələrin dərin rəğbətini qazanır. Az sonra o, əqidə dostalarından olan Bəhruz Dehqani və Manaf İmani ilə birgə "İran Xalq Fədai Partizanları" təşkilatının Təbriz qanadının mərkəzi özəyini yaratmağa müvəffəq olur. Bu təşkilatın əsas məqsədi İran ərazisində yaşayan xalqları, o cümlədən hamıdan artıq ayrı-seçkiliyə, təqib və məhrumiyyətlərə məruz qalan Azərbaycan türklərini şahlıq rejiminə qarşı mübarizəyə hazırlamaqdan və gəlcəkdə İranda yaşayan xalqların milli, mənəvi və hüquqi bərabərliyini təmin etməkdən ibarət idi. Bu təşkilatın əməli fəaliyyəti nəticəsində 1970-ci ildə şahlıq rejiminə qarşı "Siyahkəl silahlı üsyanı" adı ilə məşhur olan xalq hərəkatı baş vermişdi ki, hərəkatda ən fəal şəkildə iştirak edənlər, heç şübhəsiz ki, hüquqları tapdanan Azərbaycan türkləri idi. Əfsuslar olsun ki, beynəlxalq demokratik qüvvələr tərəfindən yetərincə himayə olunmayan bu xalq hərəkatı silah gücünə amansızcasına yatırıldı və təşkilatın qərarı ilə onun üzvləri İranın müxtəlif yerlərinə səpələnərək gizli fəaliyyətə keçdilər. 1971-ci ilin baharında (şəmsi tarixi ilə 1350-ci ilin fərvərdin ayı) Tehranın Paminar rayonunun xəfiyyələri tərəfindən izlənilən Ə. Nabdil hökumətə qarşı silahlı mübarizəni təbliğ edərkən dövlət məmurlarının atəşinə məruz qalaraq ağır yaralandı və huşsuz halda ələ keçirildi. SAVAK-ın məşhur cəlladları Niktəb, Pərviz Sabiti və onların əlaltıları tərəfindən ağır işkəncələrə məruz qalsa da, yoldaşları və təşkilat barədə ondan heç bir məlumat ala bilmədilər.

Yazılı məlumatlara görə, Əlirza Nabdil hökumət əleyhinə silahlı mübarizənin vacibliyini təbliğ edərkən 1971-ci ilin yazında Tehranın Paminar rayonunda xəfiyyələr onu həbs etmək istəyib. O, müqavimət göstərib. Xüsusi xidmət orqanlarının əməkdaşları onu həbs etmək üçün atəş açıb və gənc şairi ağır yaralayıblar. Həbsxanada onun əməliyyat edilməsinə tanınmış cərrah Cavat Heyət dəvət edilib. Əməliyyat uğurla keçsə də, Oxtay işgəncələrə dözməyərək mübarizə yoldaşlarının adını çəkə biləcəyindən ehtiyatlanaraq intihara cəhd edib. Özünü həbsxana xəstəxanasının üçüncü qatından atarkən yarasının tikişləri sökülüb. O, yerə tökülən bağırsaqlarını əlinə dolayaraq qırmaqla ölümünü sürətləndirmək istəyib. Lakin özünü yetirən həbsxana işçiləri Oxtayın intihar etməsinə mane olublar. 11 aylıq ağır işgəncədən sonra 1972-ci il martın 13-də, sübh çağı Əlirza Nabdil Oxtay 8 məsləkdaşı ilə birlikdə edam edilib. Onu Təbrizdəki Behişti Zəhra qəbristanlığında dəfn ediblər.

Tədqiqatçıları yazır ki, şeirlərini "Oxtay" təxəllüsü ilə yazan Ə. Nabdilin belə bir təxəllüs götürməsi təsadüfi deyil. Şairin təxəllüsünün izahı ilə bağlı qeydlərindən anlaşıldlğı kimi, təxəllüsün anlamı "oxa tay, ox kimi, oxa bənzər" mənalarını verir. Ə.Nabdilin ölümündən sonra dostları onun şeirlərini toplayaraq "İşıq" adlı bir kitabda nəşr etdirmişlər. Topluda çap olunmuş şeirlərin 33-ü və şair Məftun Əminindən edilmiş 2 tərcümə 1963-1967-ci illərə aiddir. Şairin S.Behrənginin olümü münasibəti ilə yazdığı "Səməd könlümdədir" şeiri isə "Arəş" qəzetindən alınaraq kitaba daxil edilib. "Rüfət" nəşriyyatının yerini və ilini göstərməməklə çap etdiyi kitabın həcmi 116 səhifədən ibarətdir. Nəşriyyat tərəfindən farsca yazılmış 1 səhifəlik ön sözdən sonra 106-cı səhifə də daxil olmaqla şairin öz şeirləri, 107-116-cı səhifələrdə isə şeirlərini əsasən farsca yazan Azərbaycan şairi Y.Məftundan tərcümə etdiyi "İnsan və soruşucu", "Yeli səsləyirik" adlı iki şeiri verilib. Ə. Nabdilin əlimizə gəlib çatan digər kitabı "Tülkü kitabı" adlanır. XIX əsrdə yaşamış Azərbaycan şairi M. Xalxalinin "Sələbiyyə" məsnəvisinin motivləri əsasında yazılmış bu əsəri müəllif 1970-ci ildə tamamlamış, kitab onun ölümündən 10 il sonra, 1980-cı ildə Təbrizin "Ehya" nəşriyatında çap olunub. 62 səhifədən ibarət olan bu kitabı M. Xalxalinin "Sələbiyyə"sinin sadələşdirilmiş variantı və ya qısaldılmış forması adlandırmaq doğru olmazdı. Bizcə, Ə.Nabdil Cənubi Azərbaycanda yazılı ədəbiyyatda anadilli uşaq ədəbiyyatı nümunələrinin yox dərəcəsində olduğunu nəzərə alaraq, zəmanənin ruhuna uyğun yeni bir "Tülkü kitabı" ("Tülkünamə") yaradıbdır. Bunlardan başqa, Ə.Nabdildən farsca yazdığı bir neçə məqalə və bir xatirə yadigar qalıbdır ki, bunların tərcümə edilərək oxuculara çatdırılması həlli vacib olan məsələlərdəndir. Şairin əlimizə gəlib çatan irsi ilə tanış olduqda, həqiqətən də onun əsərlərinin bir ox kimi Pəhləvi rejiminin bağrına sancılmaq üçün yazıldığı qətiyyən şübhə doğurmur. Həcmcə kiçik, lakin məna və mündəricə baxımından kiçik ölçülərə sığmayan kitabçadakı şeirlərin hər biri məslək və məramı uğrunda məşəl kimi yanan həqiqi, ilhamlı bir şairin hiss və həyəcanlarının bədii təcəssümüdür. Elə bir şairin ki, bütövlük, tamlıq, mərdanəlik, ən əsası milli məfkurə onun həyat və yaradıcılıq idealıdır. Bu barədə onun tədqiqatçıları yazıb.

Tədqiqatçılara görə, forma və məzmun baxımından əsərləri XX əsrin 60-70-ci illərində Cənubi Azərbaycanda yaşayıb-yaradan qələm yoldaşlarından fərqlənən Ə.Nabdil daha çox yeni, bir qədər də sərbəst şeirə meyli ilə seçilir. Dil, üslub cəhətdən tamamilə milli ruhda yazılan, bəzən də az qala danışıq dilinə yaxınlaşan Ə.Nabdil şeirinin baş mövzusu müstəqillik və azadlıq, lirik qəhrəmanı isə şairin özüdür. XX əsrin 60-70-ci illərində Cənubi Azərbaycan poeziyasında süjetli lirikanın bir sıra gözəl nümunələrini yaradan Ə.Nabdil Oxtayın "Tozlu piano", "İşıq", "Yurd", "Səttarxanın atlıları" və s. kimi əsərləri "adi əhvalatlarda böyük həqiqətlər"in çox ustalıqla verilməsi, əsas ideyanın açılmasına xidmət edən orijinal deyim tərzi ilə diqqəti cəlb edir.

Türkün əziz və şirin dili uğurunda mübarizə aparan, Demokrat Firqəsinin ideyasını yaşadan, təbliğ edən şah rejiminə qarşı dirəniş göstərən, Güney Azərbaycanı azad görmək istəyən şair, yazıçı, esseist, milli mücahid Əlirza Nabdil Oxtay şah rejimi tərəfindən qətlə yetirilsə də, son nəfəsinə qədər öz mübarizəsinə sadiq qaldı. Oxtaydan bütöv Azərbaycan xalqı üçün böyük bir irs yadigar qaldı. Bu irs bütöv Azərbaycan uğrunda verilən mücadilədir ki, sonu şəhidlik olsa da, bu ideyanın, bu haqlı mücadilənin milyonlarla davamçısı var. Biz milli mücahidlərimizin açdığı şərəfli yolla irəliləyirik ki, Güney Azərbaycanı molla rejiminin buxovlarından azad edək, bütöv Azərbaycan ideyası gerçəkləşsin.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ