çərşənbə günü, 07 oktyabr 2026
     

Ermənilər özləri də bu məşhur Qərbi azərbaycanlını Ermənistan kinoşünaslığının banisi sayır...

Image


“Mən Qərbi azərbaycanlıyam” rubrikasında İrəvanın məşhur simalarından biri olan və  müasir erməni sənətşünaslarının erməni kinoşünaslığının banisi adlandırdıqları görkəmli azərbaycanlı kinoşünas və teatrşünas, sənətşünaslıq elmləri doktoru, Ermənistan SSR-in əməkdar incəsənət xadimi Sabir Rzayev barədə söhbət açmaq istəyirik.

İrəvanda, bütövlükdə Qərbi Azərbaycanda doğulan, orada boya-başa çatan, fəaliyyət göstərən, erməni şovinistlərinin içində yaşayıb-yaradıb özünə ad-san qazanan, xalqımızın başını uca edən azərbaycanlıların hər birini xalqımız yaxından tanımalıdır. Bu həm bizim Qərbi Azərbaycanda yerli xalq olmağımızı, həm də sonrakı dövrdə də orada aparıcı mövqedə dayandığımızı göstərir. Heç şübhəsiz ki, erməni daşnak-şovinistlərin təzyiqlərinə, bolşeviklərin ayrıseçkilik siyasətinə baxmayaraq, azərbaycanlılar doğma İrəvanın ayrılmaz parçası olduqlarını hər zaman sübut ediblər. Bu gün ermənilər nə qədər inkar etməyə, tarixi saxtalaşdırmağa, sənədləri it-bata salmağa çalışsalar da, heç zaman gerçəklərin izini itirə bilmirlər, çünki gerçəklik heç zaman inkar edilə, üstü örtülə bilməz.  İrəvanlı Sabir Əkbər oğlu Rzayevlə bağlı həqiqətlərin də üzərini ermənilər örtə bilmədilər.

  • Kimdir Sabir Rzayev?

Sabir Əkbər oğlu Rzayev 17 aprel 1924-ci ildə İrəvan şəhərində ziyalı ailəsində anadan olub. S.Rzayev barədə Vikipediya məqaləsində qeyd edilir ki, o, İrəvandakı Puşkin adına yeddiillik məktəbi bitirib. Atası Əkbər Rzayev həmin vaxt Moskvada "İnostrannaya literatura" ("Xarici ədəbiyyat") jurnalının redaksiyasında "Türk ədəbiyyatı" şöbəsinin müdiri işləyirdi. Sabir orta məktəbi Moskvada bitirib. İkinci Dünya müharibəsinin başlanması o dövrün, demək olar ki, bütün gənclərinin arzularının və istəklərinin gerçəkləşdirilməsini arxa plana keçirdi. Gənc  Sabir də 1942-ci ildə könüllü olaraq müharibəyə gedib, müharibə bitdikdən sonra Moskvada qalmayıb doğulduğu İrəvana qayıdıb və burada mətbuat sahəsində fəaliyyətinə başlayıb. “Kommunist” qəzetində işləyən S.Rzayevin 1948-ci ildən teatr tamaşaları və filmlər haqqında tənqidi məqalələri mətbuatda dərc olunmağa başlayıb”.

  • Qəhrəmanımızın “Armenfilm”ə gedən yolu...

S.Rzayev azsaylı azərbaycanlı istedadlardandır ki, erməni şovinistləri ona qarşı bilinən heç bir maneə törədə bilməyib. Öz biliyi, istedadı, yüksək təhsili, peşəkarlığı sayəsində özünə yol açıb, irəliyə gedib.  

Tədiqatçılar onu da vurğulayırlar ki, S. Rzayev 1951-ci ildə İrəvan Teatr İnstitutunu bitirib və 1954-cü ildə Leninqradda (Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aspiranturasını fərqlənmə diplomu ilə bitirdikdən sonra "Armenfilm" kinostudiyasında ssenari şöbəsinə rəhbərlik edib, Ermənistan Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor işləyib. 1965-ci ildən ömrünün sonunadək Ermənistan SSR Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktor müavini və Ermənistan Kinematoqrafçılar İttifaqının idarə heyətinin katibi vəzifəsində işləyib. Qeyd edilənə görə, onun səyi nəticəsində İncəsənət İnstitutunda Kino şöbəsi yaradılıb, bir sıra monoqrafiyalar yazılıb.

  • Böyük sənətkarın ailəsi...

Onun barəsində məlumatlarda qeyd edilir ki, Sabir Rzayevin ömrünü teatra, incəsənətə bağlamasında onun valideynlərinin müstəsna xidmətləri olub. Onun atası Əkbər Rzayev hələ İrəvan gimnaziyasında oxuyarkən "Könülsüz nikah" adlı komediyanı yazıb və həmin əsər İrəvan teatr həvəskarları tərəfindən tamaşaya qoyulub. Daha sonralar Əkbər Rzayev Ermənistan komsomolunun Mərkəzi Komitəsində və Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə işlədiyi vaxtlarda İrəvan teatrını yaşatmaq üçün tamaşalarda rollar ifa edib. S.Rzayevin anası Firəngiz Rzayeva İrəvanda səhnəyə çıxan ilk ziyalı azərbaycanlı qadınlardan olub.

Qeyd edilənə görə, S.Rzayev 1975-ci ildə "Ermənistan SSR Əməkdar incəsənət xadimi" adına layiq görülüb. Müasir erməni sənətşünasları Sabir Rzayevi erməni kinoşünaslığının banisi adlandırırlar. O, bir sıra filmlərin ssenari müəllifi olub. Sabir Rzayevin qələmindən çıxan "Erməni bədii kinematoqrafiyası" (1963), "Hraciya Nersesyan" (1968), "Vardan Əcəmyan" (1978) monoqrafiyaları sənətşünasların stolüstü kitablarına çevrilib. Erməni dilini mükəmməl bilən Sabir Rzayev əsərlərinin əksəriyyətini rus dilində yazıb.

Bildirilənə görə, onun müəllifi olduğu İrəvan Azərbaycan Dram Teatrı haqqında ilk tədqiqat əsəri 1963-cü ildə Bakıda rus dilində "Ermənistanda Azərbaycan teatrı" ("Azerbaydjanskiy teatr v Armenii") adı altında çap olunub. İrəvandakı Azərbaycan teatrının banisi Yunis Nuri haqqında Sabir Rzayevlə aktyorun oğlu Əkbər Yerevanlının birgə yazdıqları 165 səhifəlik illüstrasiyalı "Yunis Nuri" kitabı 1982-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda azərbaycanca çap olunub.

S.Rzayevin ölümü gözlənilməz və qəfil olub.

Sabir Rzayev yaradıclılğının çiçəkləndiyi bir vaxtda həyatdan köçüb. O, 20 dekabr 1978-ci ildə İrəvanda keçirilən konfrans zamanı məruzə edərkən infarkt keçirib və məruzəsini tamamlaya bilməyərək vəfat edib. Sabir Rzayev böyük izdihamla İrəvan şəhər qəbiristanlığında dəfn edilib. Onun vəfatı ilə bağlı 23 dekabr 1978-ci il tarixli "Sovetakan Hayastan" qəzetində nekroloq verilib.

S.Rzayevin əsrlərinə gəlincə, bu barədə qeyd eidlir ki, ümumiyyətlə, Sabir Rizayevin müəllifliyi və tərtibçiliyi ilə 30 kitabı çap olunub. Onlardan 15-i rusca, 14-ü ermənicə, 1-i isə azərbaycanca çap edilib. Sabir Rzayevin yazdığı əsərlərin bu gün də öz aktuallığını saxlamasının göstəricisidir ki, onun rus dilində yazdığı məqalələrinin bir qismi toplanaraq 2009-cu ildə İrəvanda "Teatr və kino haqqında seçilmiş işlər" ("İzbrannıe rabotı o teatre i kino") adı ilə 280 səhifə həcmində nəfis şəkildə çap edilib.

S.Rzayevin həyatı, taleyi İrəvanla bağlı olub və bütün ömrünü doğma şəhərində yaşayıb. Bu gün biz bilmirik, S.Rzayevin İrəvan şəhər qəbristanlığındakı məzarı qalıb, yoxsa dağıdılıb. Bu barədə hər hansı bir məlumatımız yoxdur. Bəlkə də erməni daşnakları bu qədər xidmətlər göstərən bu şəxsiyyətin də məzarını dağıdıblar. Onlardan hər cür xoş olmayan addım gözləmək mümkündür.

Görkəmli kinoşünas və teatrşünas, sənətşünaslıq elmləri doktoru, Ermənistan SSR Əməkdar İncəsənət xadimi Sabir Əkbər oğlu Rzayev irəvanlı kimi doğuldu, irəvanlı kimi də vəfat etdi. O, 45 ildir ki, həyatda deyil. Amma inanırıq ki, onun əziz ruhu irəvanlıların öz ev-eşiklərinə qayıdacağı günü intizarla gözləyir...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ