çərşənbə günü, 07 oktyabr 2026
     

Qərbi Azərbaycanın dünyaca məşhur xalçaları...

Image


Xalça yaradıcılığı xalqımızın genetik vərdişidir desək yanılmarıq. Xalçaçılığın yaranma tarixi konkret bəlli olmasa da, onun ilk toxucularının məhz maldarlıqla, qoyunçuluqla məşğul olan türk tayfaları olduğu şübhəsizdir.  

“İrəvanda izim qaldı” rubrikasında İrəvan, bütövlükdə isə Qərbi Azərbaycanın xalçaçılıq mühiti barədə söhbət açmaq istəyirik.

Xalçaçılıq sənəti qeyri-adi dərəcədə gözəl, maraqlı bir incəsənət, toxuculuq sahəsidir ki, əsrlərdir insanları özünə cəlb edir. Qərbi Azərbaycan xalçaları ta qədimdən öz bənzərsizliyi ilə gözləri, könülləri oxşayıb. Qərbi Azərbaycan xalçaçılıq mühiti haqqında yazmaq istəyirəm.

Qərbi Azərbaycanın Loru, Pəmbək, Şəmşəddin, Aparan, Talın, Əştərək, Ərzin, Axtı, Qırmızı kənd, Basarkeçər, Kəvər, Sərdarabad, Üçkilsə, Dərələyəz, Vedi, Qəmərli, Zəngibasar, Soylan, İrəvan xalçaları bir vaxtlar bütün Qafqaza ün salıb, dünyaya yayılıb.

Azərbaycan xalçaçılıq məktəbinin İrəvan qrupuna aid olan xalçaçılıq qolları tarixən çox geniş şəkildə yayılıb. Uzun əsrlər bu bölgələrimizdə müxtəlif çeşnili xalçalar toxunub. Qərbi azərbaycanlılar öz yurdlarından didərgin düşənə qədər burada xalçaçılıqla məşğul olublar. Göyçəlilər, vedililər, zəngəzurlular, ağbabalılar, gərnilər və başqaları hər zaman danışırdılar ki, hər evdə xana qurulardı və qızlar, gəlinlər uzun qış gecələrində xalça toxuyardılar. Xüsusən də qışın sərt keçdiyi Qərbi Azərbaycan  ellərində qış boyu xalçaçılıqla məşğul olunardı. Çox təəssüf ki, bir əsrdə bir neçə dəfə  ermənilər tərəfindən soydaşlarımız öz yurdlarından deportasiya olunublar. Hər dəfə də soydaşlarımızın toxuduğu xalçaların böyük hissəsi ermənilər tərəfindən qarət edilib. Ermənilər soydaşlarımızın evindən, muzeylərimizdən qarət etdikləri xalçaları alver predmetinə çeviriblər, onları “erməni xalçaları” kimi dünya muzeylərinə, kolleksiyalara satıblar.

Tədqiqatçılar hər zaman vurğulayıblar ki, Qərbi Azərbaycanın Loru, Pəmbək, Şəmşəddin, Aparan, Talın, Əştərək, Ərzin, Axtı, Qırmızı kənd, Basarkeçər, Kəvər, Sərdarabad, Üçkilsə, Dərələyəz, Vedi, Qəmərli, Zəngibasar, Soylan kimi bölgələri olduqca müxtəlif və rəngarəng xalçaları ilə seçilirdi. Ümumilikdə, Qərbi Azərbaycanın ərazisində yaşayan azərbaycanlıların zəngin mədəniyyəti, ədəbiyyatı, folkloru qonşu xalqlara təsir göstərdiyi kimi, burada toxunan xalçalardan da yan keçməyib. İrəvan xanlığının həyatında mühüm rol oynayan sənətkarlıq müxtəlif sahələri özündə ehtiva edirdi. Azərbaycanlıların ənənəvi sənətkarlıq sahələri olan toxuculuq və dulusçuluq bütün Qərbi Azərbaycan boyunca geniş yayılmışdı. Toxuculuq, o cümlədən, xalça, palaz məmulatı istehsalı xüsusilə seçilirdi. O dövrün səyyahları yerli əhalinin qoyun saxladığını və qoyun yunundan gözəl xalçalar, kisə, palaz, çul, qışda geyinmək üçün isti paltarlar, əlcək, corab toxunduğunu qeyd ediblər. Bölgənin tarixi kökləri çox qədimə gedən xalçaları vaxtilə bütün dünyada məşhur olub. Bu fikirlər bir neçə il əvvəl AMEA-nın A.Bakıxanov adına Tarix institutunun qərarı ilə çap olunan “Azərbaycan xalçaları İrəvavan qrupu” kitabı barədə yazılıb.
Sözügedən kitabda toplanan xalçalar, əsasən XIX-XX əsrləri əhatə edir. 1948-53-cü il deportasiyası nəticəsində minlərlə insan öz torpağından çıxarılıb, başqa ərazilərə köçürülüb. Boşalan kəndlərdə, təbii olaraq, xalça ənənəsi də itib- batıb. Qərbi Azərbaycan ərazisində toxunan xalçaları sənətkarlıq imkanlarına, toxunma texnologiyasına, rəng-naxış kompozisiya həllinə görə, şərti olaraq mahallar üzrə aşağıdakı qruplara ayrılıb:

I qrup: Ağbaba, Şörəyel mahalları

II qrup:  Loru, Pəmbək mahalları

III qrup: Şəmşəddin mahalı

IV qrup: Göyçə mahalı

V qrup:  Gərnibasar, Vedibasar mahalları

VI qrup: Zəngibasar, Sərdarabad mahalları

VII qrup: Qırxbulaq, Əştərək mahalları

VIII qrup: Aparan, Dərəçiçək, Talın mahalları

IX qrup: Zəngəzur mahalı

X qrup:  Dərələyəz mahalı

XI qrup: İrəvan şəhəri

Qeyd edilənə görə, Azərbaycan xalçalarının İrəvan qrupu Azərbaycan mədəniyyətinin tərkib hissəsi olub, onun əsas sənətkarlıq xüsusiyyətlərini özündə əks etdirir. Tarixi Azərbaycan torpaqlarının bir hissəsi olan Qərbi Azərbaycanda yaradılan xalçaçılıq nümunələri azərbaycanlıların indiki Ermənistandan deportasiyasının başa çatdığı bir şəraitdə, onların məskunlaşdığı Azərbaycan Respublikası ərazisində davam etdirilir. Qərbi azərbaycanlıların tarixi ənənələri, o cümlədən xalçaçılıq sənətini layiqincə yaşatması onların dədə-baba torpaqlarına qayıtmaq arzusunun bir daha yenilməz təsdiqidir.
Tədqiqatçılara görə, İrəvan şəhəri və onun ətrafında olan mahallar qədim türk-oğuz tayfalarının yaşadığı ərazilər olub. Bu ərazidə olan saysız-hesabsız yaşayış məskənləri-nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sərdabələr, eləcə də, qəribə formalı daşlar, at, qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar yerli əhalinin tarixindən, dünyagörüşündən, etnik, mənsubiyyətindən xəbər verir. İstər yer-yurd və coğrafi adlar, istərsə də müasir dövrümüzə qədər gəlib çatmış folklor nümunələri vaxtilə bu ərazidə yaşamış Azərbaycan türklərinin (azərbaycanlıların) keçmişini, zəngin mədəni irsini özündə təcəssüm etdirir. Buranın yerli əhalisi sənətkarlıq, əkinçilik və heyvandarlıqla məşğul olmuş, təbiətin bəxş etdiyi nemətlərdən səmərəli istifadə edib.

Yerli əhalinin zəngin təxəyyülünün məhsulu olan folklor, mif və əsatirlər, nağıllar, poetik nümunələr burada yurd salmış insanların həm də dünyagörüşünün göstəricisidir. Bu bölgədə ənənəvi türk dünyagörüşünü əks etdirən mif və rəvayətlərdən başqa, hər bir coğrafi adın, müqəddəs yerin tarixçəsini özündə yaşadan hekayətlər də yaranmışdır. Ağbabadan Vedibasara, Lorudan Zəngəzura, Göyçədən Zəngibasara qədər olan ərazidə sıx yaşamış əhali tarixi kökləri çox qədimlərə gedən memarlıq, sənətkarlıq nümunələri ərsəyə gətirib.

Bu ərazidə yaşayan azərbaycanlıların məişətində xalça və xalça məmulatları əsas yer tutur. Qərbi Azərbaycanda müxtəlif ölçülü xalçalarla, kilimlərlə bərabər namazlıqlar, çullar və digər toxunma məmulatları da var idi. Zəngin təbiəti bu bölgənin xalçalarına xüsusi çalarlar verib, onun rəng kompozisiyasının həllinə çoxçeşidli boyalar bəxş edib. Al-əlvan boyalar bu bölgənin xalçalarını digərlərindən fərqləndirən əsas xüsusiyyətdir. Xalçaların naxış-kompozisiya seçimində də yerli əhalinin təsəvvürü, mifik görüşləri, inancları mühüm yer tutub, onların ifadəsi xalçalarda öz əksini tapıb. Mifoloji quşlar, heyvanlar, həmçinin, dünyaya yanaşma tərzindən irəli gələn semantik elementlər bu bölgənin xalçaları üçün spesifik idi. Azərbaycanın müxtəlif xalçaçılıq məktəbləri ilə sıx əlaqəsi duyulan İrəvan xalçalarının bu ərazidə yaşayan insanların əsas düşüncə və hisslərinin müstəvisi kimi çıxış etdiyini söyləmək olar. Bu fikirlər də sözügedən nəşrdə ifadə olunub.

Əlbəttə, Qərbi Azərbaycan xalçaları qədim oğuz türklərinin həyat tərzində, məşğuliyyətində xüsusi yer tutub.

Mərhum professor Vidadi Muradov vaxtilə “Bakı-Xəbər”ə müsahibəsində qeyd edirdi ki,  xalçaların naxış-kompozisiya seçimində də yerli əhalinin təsəvvürü, mifik görüşləri, inancları mühüm yer tutmuş, onların ifadəsi xalçalarda öz əksini tapıb. “Mifoloji quşlar, heyvanlar, həmçinin dünyaya yanaşma tərzindən irəli gələn semantik elementlər bu bölgənin xalçaları üçün spesifik idi.Azərbaycanın müxtəlif xalçaçılıq məktəbləri ilə sıx əlaqəsi duyulan İrəvan xalçalarının bu ərazidə yaşayan insanların əsas düşüncə və hislərinin müstəvisi kimi çıxış etdiyini söyləmək olar. İrəvan xanlığı və onun bölgələrinin Azərbaycan xanlıqları, eləcə də bir çox xarici ölkələrlə geniş ticari əlaqəsi olub. 1782-ci ildə İrəvanda olan rusiyalı Reyneks buranın pambıq parça, ipək, yazlıq buğda, şərabla bol olduğunu söyləyib. Burada həmçinin çəltik istehsalı, küncüt, kətan əkilib-becərilirdi. İ.Şopen İrəvanda olarkən xanlığın ərazisində gördüyü toxmaçarlıqların sayını ipəkçiliyin geniş yayılması ilə əlaqələndirir. İrəvan ərazisi meyvə və üzüm bağları, müxtəlif növ bağ-bostan bitkiləri, tərəvəz məhsulları ilə məşhur idi. Dövrün mənbələrində 1782-ci ilin martında bayazitli İsak paşanın xahişi ilə İrəvandan Bayazitə yeddi min dinar, iki abbası dəyərində qara qarpız, göy qarpız, mürsəqulu, xiyar, sürahi, reyhan, xına tozu, badımcan və s. toxumların göndərilməsi haqqında danışılır. Üçkilsə məbədinin məxaric dəftərində qeyd edilmiş toxum adlarının hamısı Azərbaycan türkcəsindədir. Dövrün mənbələrində bu toxumların adlarının Azərbaycan türkcəsində yazılması, bu torpaqda qədim dövrlərdən elə Azərbaycan türklərinin yaşadığını, onların oturaq təsərrüfatla, xüsusilə də əkinçilik və kənd təsərrüfatının digər sahələri ilə məşğul olduğunu, ermənilərin isə bu bölgəyə sonradan gəldiyini bir daha sübut edir”.

Sözügedən müsahibədə vurğulanırdı ki, Ağrı vadisində Azərbaycanın digər bölgələri üçün səciyyəvi olan yaylaq, qışlaq maldarlığı inkişaf edib. Yazılanlara görə, Qırxbulaq, Göyçə, Aparan, Dərəçiçək, Gərnibasar, Vedibasar, Talın mahallarındakı otlaqlar heyvandarlıq üçün münbit şərait yaradırdı. O dövrün mənbələrinin birində İrəvana Təbrizdən çoxlu karvanların gəlməsinə dair məlumat verilir. İrəvandan Tiflisə, Ərzuruma, Axalsıxa, Qarsa pambıq, Təbriz, Xoy, Bayazitə düyü, buğda, arpa və duz aparılırdı. İrəvan bölgəsinin yolların kəsişməsində yerləşməsi çoxlu sayda körpülərin, karvansaraların, zərbxanaların və bazarların olmasına rəvac verirdi. Ticarət yollarından biri Hindistan, Mərkəzi Asiya və İranı Təbriz və Naxçıvan vasitəsilə İrəvan xanlığına bağlayan karvan yolu idi. Bu yola Ərzurum yolu və ya Bəzirgan yolu da deyirdilər. İrəvandan Ərzuruma gedən digər karvan yolu Aparan və Alagöz dağının şimal ətəyindən keçib Qarsa, oradan da Həsənqalaya yetişir, sonda ana xəttə qovuşurdu. İrəvandan Tiflisə gedən karvan yolu Üçkilsə, Sərdarabad, Hamamlı, Calaloğlu və Şulaverdən də keçirdi. XVII əsrdə fransız səyyahı J.Şarden bu yolun uzunluğunun İrəvan-Ağstafa yolu qədər olduğunu yazırdı. J.Şarden bu yolun üstündə yerləşən yaşayış məntəqələrinin adını da qeyd edib. İrəvandan Ağstafaya gedən yolda Bjni, Keşikkənd, Dəlican, Qaradaş, Məlikkənd, Körpükənd yaşayış məntəqələri yerləşirdi. İrəvan bu yolla Gəncə ilə əlaqə saxlayır, Şamaxıda isə Azərbaycanın Rusiyaya gedən əsas ticari yoluna bağlanırdı. İrəvanın ərazisində olan mahallarda abidələr üzərində yazılar, qayaüstü təsvirlər, daşlara həkk olunmuş simvollar əhalinin həyat tərzindən, məişətindən xəbər verir. Qeyd edilənə görə, İrəvan xanlığından da əvvəlki dövrlərdən başlayaraq burada dekorativ tətbiqi sənət sahələri arasında xalçaçılıq xüsusi yer tutub. Naxış kompozisiyasına görə Qazax, Qarabağ və Təbriz xalçaçılıq məktəblərinə daha yaxın olan İrəvan xalçaçılıq məktəbinin nümunələri zaman-zaman xarici ölkələrə daşınıb, erməni kolleksiyaçılarının sərvətinə çevrilib. Bir daha qeyd edək ki, indinin özündə də erməni xalçası kimi təqdim edilən bu incilər azərbaycanlı ilmə ustaları tərəfindən toxunub. Xalça, kilim, palaz, şəddə, eləcə də digər toxuculuq məmulatlarının meydana gəlməsi tarixən qoyunçuluqla məşğul olmayan ermənilər üçün xarakterik deyil.

Vaxtilə professor Vidadi Muradov bildirirdi ki, xalq yaradıcılığının geniş yayılmış növlərindən biri də tikmədir. “İncəsənətin bu növünün də İrəvanda məşhur olub. İrəvan xanlığına məxsus olan bədii tikmə nümunələrindən ikisi hazırda Milli Azərbaycan Tarixi Muzeyində saxlanır. Onun qeydlərinə görə, 1827-ci ildə ruslar İrəvan şəhərini zəbt edərkən qənimət kimi götürdükləri İrəvan xanlığının bayraqları bədii tikmə sənətinin nadir nümunələrindən hesab olunur. Tarixi faktlar təsdiqləyir ki, vaxtilə İrəvanın düz mərkəzində yerləşən Şiləçi məhəlləsində boyaq bitkilərindən al-əlvan rənglər alınmış, basma naxışlı parçalar istehsal edilib...”

Qərbi Azərbaycan xalçaları özünəməxsusluğu ilə seçilir və o, Azərbaycan mədəniyyətinin, incənəsinin, məişətinin, mənəviyyatının ayrılmaz parçasıdır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ