Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Kərimova rayon ərazisindəki ticarət mərkəzlərindən birində işlədiyi mağazadan çantasından içərisində 750 manat olan pulqabısının oğurlandığını bildirib.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanıb. Araşdırmalarla onun Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədov olduğu məlum olub.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha üç qadının çantasından pul oğurladığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı