Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini D.Fukalov rayon ərazisində 2 naməlum şəxsin zor tətbiq edərək ondan 1080 manat və 168 ABŞ dolları məbləğidə pulunu aldıqlarını bildirib.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər “isti izlər”lə müəyyən edilərək saxlanıb.
Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Edqar Eyyubov və Təbriz İbrahimli olduqları müəyyən edilib.
Faktla bağlı cinayt işi başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı