Moskva regionunda paytaxtın ticarət mərkəzlərində və nəqliyyatda terror hadisələri törətməyi planlaşdıran terrorçu dəstənin üzvləri tutulub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Rusiya FTB açıqlama yayıb. Açıqlamada deyilir ki, seriyalı partlayışların intiharçılar və güclü partlayıcı qurğular vasitəsilə törədilməsi planlaşdırılıb. Xüsusi xidmətin məlumatına görə, terroru planlaşdıran şəxslər “İslam dövləti” terrorçu təşkilatın üzvü olan emissarın göstərişilə hərəkət edirmiş. Həmin şəxslə bərabər iki intiharçı terrorçu və partlayıcı qurğuları düzəldən şəxs artıq saxlanıb.
FTB onu sa aydınlaşdırıb ki, qrupun tərkibi bir rudiyalı və üç Orta Asiya doğumlu şəxs daxil olub. O da aydınlaşıb ki, terrorun planlaşdırılması ilə Suriyda olan İŞİD üzvləri – T.M.Nazarov və A.M.Şirinjonov məşğul olub. Xüsusi xidmətin məlumatına görə, sonuncu həm də İŞİD-in “hazırlıq” məktəbinin başçısıdır.
Bundan əlavə, Moskva yaxınlığında əldədüzəlmə bombaların və partlayıcıların hazırlandığı laboratoriya da aşkar edilib.