Bakıda evlərdən birindən quldurluq yolu ilə külli məbləğdə pul, qızıl əşyalar və tüfəng aparmaqda şübhəli bilinən şəxs tutulub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayonn Buzovna qəsəbəsindəki evlərdən birinə açıq qalmış qapıdan girməklə orada xadimə işləyən qadının əllərini və ayaqlarını kəmərlə bağlayıb seyfdən 75 000 manat, 11 000 ABŞ dolları, 200 000 manat dəyərində qızıl əşyalar və “Vinçestr” markalı tüfəng aparmaqda şübhəli bilinən paytaxt sakini Elvin Piriyev saxlanıb.
Şəxsiyyəti müəyyən edilən daha 3 nəfərin tutulması istiqamətində tədbirlər görülür.