Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Kocaeli Kandıra təşkilatının sədri Cevat Taşdelen silahlı hücum nəticəsində həyatını itirib.
Baki-xeber.com-un “Habertürk”ə istinadən xəbərinə görə, Cevat Taşdelen sahibi olduğu Taşdelen Unlu Mamulleri firmasına gələn şəxs tərəfindən odlu silahla vurularaq qətlə yetirilib. Cinayəti törədən şəxs artıq tutulub. Onun qətli hansı səbəbdən törətdiyi araşdırılır.