Neftçala rayonunda qətl hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə rayonun Xolqarabucaq kəndində qeydə alınıb.
Kənd sakini, 1981-ci il təvəllüdlü Səfərov Əlibala Bayramağa oğlu analığı, 1971-ci il təvəllüdlü Mərdiyeva Bahar Mirzəağa qızını bıçaqla qətlə yetirib.
Ağstafa rayonunda da qətl hadisəsi baş verib. Hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Arzu Namazov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci il təvəllüdlü Xəyalə Şahbazovanı bıçaqlayaraq qətlə yetirib. A. Namazov polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, ailənin iki övladı var.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.