Sumqayıt polisi Novxanı bağlarında əməliyyat keçirib.
Daxili İşlər Nazirliyindən “Trend”-ə verilən xəbərə görə, əldə edilən məlumat əsasında Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə Novxanı bağlar sahəsində yaşayan Bünyad Əliyevin həyətinə baxış zamanı oradan 1 ədəd müvafiq sənədləri olan "MR-155" markalı tüfəng, 1 ədəd "RQD-5" qumbarası, 1 ədəd kustar üsulla hazırlanmış xəncər və 215 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
B.Əliyev saxlanıb, araşdırma aparılır.