Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi Sabunçu rayon Məhkəməsində keçiriləcək.
APA-nın məlumatına görə, cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyevin icraatına verilən işə Bakı Hərbi Məhkəməsində deyil, Sabunçu Rayon Məhkəməsində baxılacaq. Bakı Hərbi Məhkəməsində geniş iclas zalı olmadığı üçün prosesin Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilməsinə qərar verilib.
İclasın hazırlıq iclası aprelin 27-də baş tutacaq.