Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə respublikanın ayrı-ayrı bölgələrində "Dini etiqad azadlığı haqqında" qanunla müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, dini məzmunlu digər mal və məmulatların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirir.
Paytaxtın Nizami, Yasamal, respublikanın Şirvan, Tərtər şəhər və rayonlarında keçirilən belə tədbirlər zamanı dini təyinatlı ədəbiyyat və digər dini məzmunlu məmulatları müvafiq icra hakimiyyəti orqanının razılığı (lisenziya) olmadan satdığına görə 5 nəfər barəsində inzibati xəta haqqında protokollar tərtib olunur.
Həmin şəxslərdən 189 ədəd dini təyinatlı ədəbiyyat, 18 ədəd CD disk aşkar edilərək götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Baki-xeber.com