15/08/2020 23:15
728 x 90

Bakı polisi sosial şəbəkələrdə yayılan qanunsuz hərəkətləri əks etdirən videogörüntülərin axırına çıxdı

img

Sosial şəbəkələrdəki ictimai qaydanın və ictimai təhlükəsizliyin kobud pozuntuları ilə müşahidə olunan videogörüntülərin xüsusatları araşdırılmaqla qanunverciliyə uyğun müvafiq tədbirlər görülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) Mətbuat Xidmətindən baki-xeber.com-a verilən məlumata görə, 2020-ci il martın 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsində "VAZ 2106" markalı avtomobili idarə edən sürücünün yol hərəkət qaydalarını davamlı şəkildə pozaraq avtoxuliqanlıq etməsini əks etdirən sosial şəbəkələrdə yerləşdirilmiş videogörüntülər Bakı şəhər BPİ-də araşdırılıb.

Müəyyən edilib ki, həmin gün saat 23 radələrinda qəsəbə sakini Faiq Əliyev sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla avtoxuliqanlıq etdiyinə görə Sabunçu RPİ DYPŞ əməkdaşları tərəfindən saxlanılarkən o və sərnişini, qəsəbə sakini, Cəbiyey Ceyhun polisin qanuni tələblərinə tabe olmayıblar. Onlar saxlanılaraq Sabunçu RPİ 14-cü PB-yə gətiriliblər.

Toplanmış materiallar əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sürücü Faiq Əliyev və Ceyhun Cəbiyev İXM-nin müvafiq maddələri ilə inzibati qaydada həbs ediliblər.

Eləcə də feysbuk sosial şəbəkəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində “əxlaqsız qadınların və cinsi azlıqların” yığışmasını əks etdirən videoda göstərilən xüsusatlar da araşdırılıb. Qeyd olunan ərazidə fahişəliklə məşğul olan iki qadın saxlanılaraq barələrində İXM-nin 524.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə hər biri 100 manat məbləğində cərimə olunublar. Həmçinin, eyni əməllə məşğul olan dörd qadın və cinsi azlığın iki nümayəndəsi də saxlanılaraq tibbi müayinəyə cəlb ediliblər. Onların narkotik vasitələrin təsiri altında olmaları müəyyən edildiyindən barələrində İXM-nin 206-cı maddəsilə tərtib edilmiş inzibati xəta haqqında protokollar Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər