Bakı və Abşeron sakinlərində silah-sursat aşkarlanıb. Bu barədə baki-xeber.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əhmədovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürürülüb.