şənbə günü, 17 oktyabr 2026
     

Dünya maliyyə sahəsində gözlənilən təhlükələr ölkəmizdən yan keçəcək...

Image


Dünya boyu şiddətlənən ticarət müharibəsinin qarşıdakı dövr ərzində hansı təhdidlər yaradacağı, maliyyə sferasında nələrə gətirib çıxaracağı indi xüsusi maraq doğurur. Bu məsələ mərkəzi bankların və beynəlxalq maliyyə təsisatlarının rəhbərlərinin İndoneziyada Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı ilə birgə illik müşavirəsində də əsas diqqət mərkəzinə yer alıb.

Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqardın fikrincə, ticarət mübahisələri dünya iqtisadiyyatının artımı üçün risq amilinə çevrilib. BVF-nin nümayəndəsi Tobias Adrian isə bildirib: “Təhlükə doğuran budur ki, vaxt gələcək, ticarət ziddiyyətləri investorların etimadını itirəcək, bu isə maliyyə vəziyyətinin pisləşməsinə səbəb olacaq”.

Artıq bəzi ölkələrin valyutalarını ucuzlaşdırması fonunda ekspertlər vəziyyətin daha da gərginləşdyini bildirir. Xüsusən də Çin pulunun ucuzlaşması böyük həyəcanla izlənir. Qeyd edək ki, Çin Mərkəzi Bankı artıq ABŞ dollarının məzənnəsini 6,9154 yuana bərabər müəyyən edib. Yuan-dollar nisbəti bu həddə ötən ilin yanvarında olub. Xatırladaq ki, 2018-ci ilin ilk aylarında yuan dollara qarşı möhkəmlənsə də, maydan etibarən zəifləməyə başlayıb və bu azalma tendensiyası hələ də qalır. Bu vəziyyətdən artıq ABŞ narahatlığını ifadə edib. Xüsusən də bu durumda ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sistemi (FES) tərəfindən dolların bahalaşdırılmasının qəbuledilməz olduğunu bildirib. Onun fikrincə, Federal Ehtiyat Sistemi (FES) çox sərt siyasət aparır: " Mən hesab edirəm ki, FES səhvə yol verir, o çox sərt addım atır". Hesab olunur ki, Çin, ABŞ valyutası məqsədli şəkildə ucuzlaşdırılarlsa, dünyada bir çox digər ölkələr də analoji addım atacaq. Bu isə dünya iqtisadiyyatı üçün böyük təhdiddir. Beynəlxalq Valyuta Fondu da bu durumda bildirir ki, ortamüddətli perspektivdə maliyyə sabitliyi və artım üçün risqlər çox yüksəkdir. Ticarət mübahisələri və onlarla bağlı gərginlik isə bu risqləri daha da artırır. O da vurğulanır ki, dünya maliyyə böhranından on il sonra banklar və hökumətlər dünya maliyyə sisteminə etimadı bərpa edib, lakin bu gün yeni təhdidlər yaranır: siyasi vəziyyət və ticarət mübahisələrindən irəli gələn gərginlik.

Beləliklə, qeyd edilənlərdən bəlli olur ki, dünya boyu çox ciddi iqtisadi təhdiddər yaranır. Bu vəziyyətdə çevik manevr imkanlarına malik olmayan ölkələri böyük problemlər gözləyir. Belə çevik maliyyə imkanlarına malik ölkələrdən biri qismində isə Azərbaycanın adı getdikcə daha çox çəkilir. Belə görünür ki, hökumətin apardığı siyasət maliyyə sahəsində də gözlənilən təhlükələrin ölkəmizdən yan keçməsinə səbəb olacaq. Hesab olunur ki, ilk növbədə aparılan islahatlar və investisiya mühitinin yaxşılaşdırılması, xarici investorlar üçün birbaşa qeyri-neft sektoruna əsaslı investisiya yatırmaq imkanının yaradılması strateji valyuta ehtiyatlarının artmasına bu gün ciddi təkan verir. Digər tərəfdən, artan ixrac potensialı da maliyyə sahəsində ölkəmizə əlavə üstünlüklər qazandırır.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirəsində Prezident İlham Əliyev cari ildə ölkənin valyuta ehtiyatlarının 3 milyard dollar artaraq 45 milyard dollara yüksəldiyini xüsusi qeyd edib: “Qeyri-neft sektorunun inkişafı üçün çox böyük işlər görülür, addımlar atılır. Xüsusilə son dövrdə qəbul edilmiş qərarlar çox böyük canlanmaya gətirib çıxarıb. Təkcə onu demək kifayətdir ki, investisiya təşviqi sisteminin tətbiqindən sonra 300-dən çox investisiya təşviqi sənədi verilib. Bu layihələrin icrası nəticəsində 20 min iş yeri yaradılıb. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra icra edilən və nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 2,7 milyard manatdır. Biz bu sistemi tətbiq etməsəydik, heç kim gəlib bu vəsaiti Azərbaycana qoymazdı. Baxın, bir ciddi islahatın aparılması ilə təxminən 3 milyard manat investisiya cəlb etmişik, 20 min insan üçün isə iş yeri yaratmışıq”.

Bununla bağlı ekspert Cəfər İbrahimli qeyd edir ki, dünya bazarlarında neft qiymətlərinin kəskin düşməsi və buna bağlı olaraq manatın üzərində yaranan təzyiq sonrası dollarlaşma prosesinə paralel olaraq ölkənin valyuta ehtiyatlarında azalma müşahidə olundu: “Əhalinin yığımlarını manatdan ABŞ dollarına yönəltməsi, xüsusilə Mərkəzi Bankın valyuta ehtiyatlarını 15 milyard dollardan 3.5 milyarda qədər azaltdı. Lakin daxili istehsalın stimullaşdırılması çərçivəsində idxalın azaldılması xaricə valyuta axınının qarşısını almış oldu. Həmçinin dövlət büdcəsinin və Dövlət Neft Fondundan transfertlərin həcminin azaldılması ilə valyuta ehtiyatlarının kəskin azalmasının qarşısı alındı. 2017-ci ilin əvvəlindən etibarən aparılan pul-kredit siyasəti ilə manatın məzənnəsinin sabitləşməsinə paralel olaraq neftin qiymətinin yüksəlməsi ilə ölkə iqtisadiyyatı üzərində təsirin azalması və cari ildən etibarən təkrar valyuta ehtiyatlarında artım müşahidə olunmağa başladı.

Neft qiymətlərinin artması ilə ölkəyə daxil olan valyuta axınının artması, əvvəlki illərlə müqayisədə idxalın azalması və qeyri-neft sektorunda ixracın artması, əks dollarlaşma prosesi fonunda iqtisadi subyektlərin valyuta yığımlarının 80 faizdən 63 faizə qədər azalması ilə Mərkəzi Bankın valyuta ehtiyatlarında artım müşahidə olunması valyuta ehtiyatlarının artmasının əsas səbəblərindəndir". Ekspert onu da diqqətə çatdırıb ki, Azərbaycan üçün strateji valyuta ehtiyatları ciddi əhəmiyyət kəsb edir. Dövlət rezervlərinin artırılması əsas hədəflərdən biridir. Bundan sonra ölkə daxilində və xaricdə reallaşdırılan meqalayihələr üzrə investisiyaların başa çatması, bu investisiyaların gəlir yaratmağa başlaması ilə valyuta ehtiyatlarının dayanıqlığını dəstəkləyəcəyi gözlənir. Belə vəziyyət, valyuta ehtyiatlarını artırmaqla yanaşı, manatın sabitlyiinə də  əlavə təkan verir. Digər tərəfdən, neftin qiymətinin büdcədə nəzərdə tutulan həddən yüksək olması, qeyri-neft sektorunun ölkəyə daha çox valyuta gətirməsi, xarici sərmayələrin miqdarını çoxalması Azərbaycana bundan sonra da maliyyə sabitliyi vəd edir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ