şənbə günü, 17 oktyabr 2026
     

Dollarla kredit alıb qaytarmayanlar üzrə statistika hər ay böyüyür…

Image


Aparılan təhlillər göstərir ki, ölkənin bank sektorunda yenə həllini gözləyən ən vacib məsələlərdən biri problemli kreditlərlə bağlıdır. Məsələ dəfələrlə gündəmə gətirilsə də, real addımların atılmaması problemin daha da dərinləşməsi ilə müşahidə olunur. Belə ki, indi Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1 milyard 772,4 milyon manat təşkil edib.

Düzdür, bu, avqustun 1-i ilə müqayisədə 0,5% azdır. Amma vaxtı ötmüş kreditlərin həcmi ilin əvvəlinə nisbətən 9% artıb. Ümumilikdə, gecikmiş kreditlərin 847 milyon manatı milli valyutada olan kreditlərdir. Bunun 671 milyonunu isə uzunmüddətli kreditlər təşkil edir.

Xarici valyutada olan gecikmiş kreditlərin həcmi 926 milyon manata yaxındır və bu statistika hər ay böyüyür. Dollarla olan və geri qaytarılmayan vaxtı ötmüş kreditlərdə də böyük həcm, təxminən 731 milyon manat uzunmüddətli kreditlərin payına düşür. Kreditləri vaxtında qaytarmayanların sırasına ticarət və xidmət sektoru başçılıq edir. Bundan başqa, sənaye və istehsal sektorunda da problemli kreditlərin həcmi yüksəkdir. Araşdırmalar göstərir ki, bu məsələdə yenə kredit faizlərinin yüksək olması mühüm rol oynayır. Ümumiyyətlə, bank faizlərinin yüksək olması Azərbaycan cəmiyyətini hər zaman narahat edən və ciddi fəsadlara səbəb olan problemlərdən biridir. Mərkəzi Bank isə bu xüsusda bildirir ki, bankların verdiyi kreditlərin yüksək olması makroiqtisadi səbəblərdən qaynaqlanmır. Bu fonda baş bank hesab edir ki, kreditlər üzrə faiz dərəcələrinin yüksək olmasının səbəblərini digər şərtlərdə axtarmaq lazımdır. Ekspertlər isə hesab edir ki, faiz dərəcələrinin yüksək olma səbəbi birbaşa bankların özündən qaynaqlanır. Banklar yüksək faiz dərəcələri tətbiq etməklə daha çox qazanc əldə etməyə çalışır. Amma bu, sonda problemli kreditlərin də miqdarının artmasına gətirib çıxarır. Digər tərəfdən, bankların qeyd olunan xüsusda atdığı neqativ addımlardan biri də budur ki, onların əmanət və kredit faizləri arasındakı fərq son aylar daha daha dərinləşməkdədir. Belə ki, aparıcı banklar artıq xarici valyutada olan əmanətlərə illik 0.1 faiz dividend təklif edir. Bəzi banklarda, hətta avro depozitləri dividendsiz qəbul olunur. Manat əmanətləri də cəlbediciliyi itirməkdədir. İllik əmanətlər 7 faiz gəlir gətirir. Bununla belə, illik 7 faizlik əmanət qəbul edən banklar gündəlik tələbat kreditlərinin faizini 30-dək yüksəldib.
Mərkəzi Bankın rəsmi statistikasına əsasən, bu ilin ilk yarısından banklarda fiziki şəxslərin əmanət portfeli əvvəlki dövrə nisbətən azalıb. Bu isə o deməkdir ki, depozit portfelində azalma qeydə alınır. Ekspertlər bunu əmanət faizlərinin azalması ilə izah edir. Onların fikrincə, əmanətlərin aşağı faizlə cəlb edilməsi bank yığımlarına marağın azalmasına gətirib çıxaran səbəblərdəndir. Amma o da aydındır ki, bir sıra banklar kreditləşmə çətinliklərinin olduğunu deyərək böyük həcmdə əmanət cəlb etməkdə maraqlı olmadıqlarını bildirsələr də, bu heç də yüksək kredit faizləri üçün əsas ola bilməz. Digər tərəfdən nəzərə almaq lazım gəlir ki, kreditlərin yüksək faizi bankların risqlərini sığortalamır, əksinə, onlar üçün yeni risqlər yaradır. Problemli kreditlərinin həcmindəki artım da bundan xəbər verir. Onu da qeyd edək ki, daşınmaz əmlak və ümumiyyətlə zəmanətli kredit növlərinin təminatı olduğuna görə onun yığılmasında problemlər çox deyil. İstənilən halda, daşınmaz əmlakı hərraca çıxarıb, kreditin ödənilməsinə nail olmaq olar. Əsas problemlər zəmanətsiz kreditlərlə bağlı yaranır. İqtisadçıların fikrincə, məsələdən çıxış yolu üçün artıq dünya təcrübəsinin ölkəmizdə tətbiqinə ehtyiac var. Belə ki, dünyanın bir çox ölkələrində təkcə depozitlərin yox, kreditlərin də sığortalanması məsələsi var. Azərbaycanda bu, demək olar ki, işləməyən mexanizmdir. Verilən kreditlərin heç bir sığortası olmur. Vətəndaş kreditlərin geri qaytarılmasında yaranan çətinliklərdən sığortalanmır. Banklar da bu sığorta hesabına geri qaytarılmayan kreditləri yenidən bərpa etmək imkanından məhrumdur. Ona görə də problemli kreditlər məsələsinə son qoyulması üçün kreditlərin də sığortalanması vacibdir. Hazırda məsələnin həlli istiqamətində borclu vətəndaşların ölkədən çıxmasına qadağa qoyulması, bundan əlavə, onların əmlakı üzərinə həbs qoyulması, əmək haqqına tutumların yönəldilməsi kimi hallar kifayət qədər geniş olsa da, yenə də bu, borcların tam ödənilməsinə gətirib çıxarmır. Bu səbəbdən sığorta mexanizminin işə düşməsi önəmli sayılır. İndilikdə araşdırmalar göstərir ki, problemli kreditlər məsələsi həllini tapmasa, banklar tərəfindən iqtisadiyyatın sağlam maliyyələşdirilməsi mümkün deyil. Sektorun ən köklü problemi də məhz bu sayılır. Ümumən, hazırda  kredit qoyuluşunun 14,6%-i vaxtı keçmiş sayılır. Vaxtı keçmiş kreditlərin həcminin ümumi kredit portfelində payının 15%-ə yaxın təşkil etməsi çox ciddi faktordur. Həm də problem budur ki, sözügedən kreditlərin həcmi azalmır, əksinə, artım üzrə dinamika nümayiş etdirir. Bu problem mövcud olduğu müddətdə isə bank sektorundakı digər müsbət dinamikaları davamlı saymaq mümkün deyil. Hesab edilir ki, yaranmış vəziyyətdə banklar özləri də sığorta mexanizminin işə düşməsində maraqlı olmalıdır.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ