şənbə günü, 17 oktyabr 2026
     

Bank kreditlərində zamin problemi…

Image


Əkrəm Həsənov: “Hesab edirəm ki, vətəndaşları məlumatlandırmaq baxımından qanunvericilikdə boşluqlar var”
“Vətəndaşlar bilməlidirlər ki, onların zaminlikdən çıxmaq hüquqları var”
“Borcalana görə zamindən pul tutulursa, zamin ondan tutulan pulu məhkəmə yolu ilə borcalandan tələb edə bilər”

 

Son zamanlar insanların qarşılaşdığı ciddi bir problem var-zaminlik. Bu gün ətrafımızda banklardan kredit götürən insanlara zamin duran şəxslər kifayət qədərdir. Bu problemin yaranma səbəblərindən biri bir qisim insanın zaminliyə formal yanaşması ilə bağlıdır. Uzaqdan və yaxından tanıdığı insanlara banklardan kredit götürməsinə yardım məqsədilə zamin duran bir sıra vətəndaşlar hazırda banklarla məhkəmə çəkişmələri yaşayırlar.

Zaminlərin bir çoxu deyir ki, kredit götürən şəxsə zamin durarkən banklar bizə öz vəzifə və məsuliyyətimizi anlatmayıblar, biz bankların və kredit götürən şəxslərin toruna düşmüşük. Zaminlik ilk baxışdan formal bir iş kimi görünsə də, bu gün onun əməlli-başlı ciddi problem olduğu meydana çıxır. Bu, insanlara həm maddi, həm mənəvi, həm də psixoloji baxımdan ciddi çətinliklər yaşadır. Zaminlik şərtlərinə görə, bankdan kredit götürən şəxs bankın pulunu ödəmirsə, yaxud bir müddət ödəyib sonra ödənişi dayandırırsa, həmin pulu birmənalı olaraq zamin ödəməlidir. Ekspertlər bildirirlər ki, banklar zaminə onun üzərinə düşən öhdəliklər barədə məlumat verməyə bilər, lakin zamin duran şəxs özü bilməlidir ki, zaminlik formal xarakter daşımır, bu, zaminin çiyinlərinə böyük məsuliyyət qoyur.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bizimlə söhbətində bildirdi ki, sözügedən problem hazırda cəmiyyətimizdə geniş yayılıb. Onun sözlərinə görə, insanlar bəzən heç tanımadıqları adamlara zamin durub özlərini və büdcələrini böyük zərbə altında qoyurlar. “Qanunvericilikdə birbaşa bankların zaminlərə izahetmə vəzifəsi yoxdur. Bu baxımdan, bu əsas problemdir. Ancaq eyni zamanda da təbii ki, qanunu bilməmək vətəndaşı məsuliyyətdən azad etmir. Mən özüm zaminlərə həmişə sual verirəm ki, siz zaminliyə imza atanda nə düşünürsünüz, niyə zaminsən, nəyin zaminisən? Düşünürəm ki, bəlkə həqiqətən də zamin duranların bir hissəsi bu məsuliyyəti başa düşmür. Zaminlərin böyük hissəsi düşünür ki, yalnız borcalan tam ödəyə bilməyəndə həmin pulu ondan tələb edə bilərlər. Əslində, qanuna görə, zaminliyin iki növü var. Biri subsidyar məsuliyyətli zaminlikdir. Yəni əlavə məsuliyyətdir. Bu o deməkdir ki, borcalan ödəmədisə və məhkəmə müştərini məhkəməyə verib udursa, məhkəmə qərarı qüvvəyə minirsə, bundan sonra da borcalan ödəmirsə, zamin ödəməlidir. İkinci zaminlik növü isə birgə məsuliyyətli zaminlikdir. Zamin elə borclu ilə eyni statusdadır və bank borcu hər ikisindən tələb edə bilər. Zaminlik müqavilədə göstərilməyibsə, bu məhz əlavə məsuliyyətli zaminlikdir, onda qanuna əsasən, bu birgə məsuliyyətli zaminlikdir. Buna görə də Azərbaycanda bağlanan zaminlik müqavilələrinin 99 faizi birgə məsuliyyətli müqavilələrdir. Ona görə də banklar həm borcludan, həm də zamindən pul tələb edə bilər və bu hüquqdan da istifadə edirlər. Yəni qanunvericilik baxımından burada problem yoxdur. Hesab edirəm ki, vətəndaşları məlumatlandırmaq baxımından qanunvericilikdə boşluqlar var. Nəzərə almaq lazımdır ki, vətəndaşlarımızın həm maliyyə, həm də hüquqi savadı yetərincə deyil. Bu yalnız Azərbaycana xas məsələ deyil, dünyanın inkişaf etmiş ölkələrində belə, sadə vətəndaşların çoxu belə şeyləri bilmir. Qanunvericilikdə gərək elə maddələr olsun ki, onlar bu barədə vətəndaşlara məlumat versinlər. Bundan əlavə, 4 il bundan əvvəl bir alman professoru ilə bərabər kritik borc münasibətlərinə dair qanun layihəsi hazırlayaraq hökumətə təqdim etmişik. Həmin layihənin hökumətdə geniş müzakirəsi olub, lakin hələ qəbul edilməyib. Bildiyim qədər, əksər dövlət orqanları bu layihənin qəbul olunmasını istəyir. O layihədə bizim belə bir təklifimiz var ki, zaminlik müqaviləsində zaminlə borcalanın əlaqəsi göstərilsin. Orada yazmışıq ki, zamin borcalanı neçə ildir tanıyır? Ancaq bizdə zaminlik işinə formal bir iş kimi yanaşılır. Bankların daxili qaydalarına görə, tələb olunur ki, borcalanın mütləq zamini olmalıdır. Bəzi bank əməkdaşları borcalana verdiyi kreditə görə ondan pul alırlar. Belə olduğu halda, kimi gəldi zamin kimi qeyd edirlər. Zamin də bu işi formal bilib sənədləri imzalayır. Sabah isə borcalan pulu verməyəndə məhkəmədə deyir ki, mən heç bu adamı tanımırdım, xahiş etdilər, zamin durdum. Bu səbəbdən də biz həmin qanun layihəsində yazmışıq ki, zamin kimdir, borcalan onu haradan tanıyır, nə kimi qohumluq əlaqələri var və s. Bunu ona görə yazmışıq ki, sabah bir problem olanda banka qarşı iddia qaldırmaq mümkün olsun”.

Həmmüəllifi olduğu qanun layihəsində banklardan borc alan vətəndaşların hüquqlarının qorunması və s. ilə bağlı maddənin də olduğunu deyən Ə.Həsənovun sözlərinə görə, qanunvericilikdə zaminin zaminlikdən çıxmaq hüququ da var. “Vətəndaşlar bilməlidirlər ki, onların zaminlikdən çıxmaq hüquqları var. Bu nə zaman baş verə bilər? Kredit müqaviləsi bitəndən sonra üzərindən bir il də keçibsə və bank müştərini, yaxud zamini məhkəməyə verməyibsə, zaminliyə xitam verilə bilər. Məsələn, kredit 3 illiyə verilibsə və 3 illik müddət də bitibsə, bank isə hələlik borcalanı məhkəməyə verməyibsə (bankın borcalanı məhkəməyə vermək müddəti 3 ildir, yəni kredit müqaviləsinin vaxtı bitdikdən sonra - Ə.H.), 1 il sonra bank artıq o vəsaiti zamindən tələb edə bilməz, o yalnız pulu borcalandan tələb edə bilər. Bank zamindən pul ödəməsini tələb edərsə, zamin məhkəmədə deməlidir ki, kredit müddəti ötüb. İkincisi, zaminin xəbəri olmadan kredit müqaviləsinə dəyişiklik edilibsə və dəyişiklik zamin üçün əlverişli deyilsə, ona xitam verilir. Tutalım, kredit müqaviləsinin müddəti uzadılıbsa, yaxud ora başqa dəyişiklik edilibsə, zamin deyə bilər ki, mən buna razılıq vermirəm. Yəni qanunvericilikdə bu məsələ var və bundan vətəndaşlar istifadə edə bilərlər. Ancaq digər hallarda təəssüf ki, onlar borcalanla birgə məsuliyyət daşıyırlar. Borcalana görə zamindən pul tutulursa, təbii, zamin ondan tutulan pulu məhkəmə yolu ilə borcalandan tələb edə bilər”.  

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ